Məhkəmə qərarları › İş №3(060)-3251/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-3251/2021

11.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-3251/2021 11.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, X2 barəsində olan inzibati xəta haqqında qərardan verdiyi şikayətin baxılmağa hazırlanması məsələsinə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinə 08.10.2021-ci ildə X2 barəsində olan Sumqayıt şəhər Pİ-nin DYPŞ-nin TP ******* nömrəli, 25.05.2021-ci il tarixli inzibati xəta haqqında qərarından verdiyi şikayət daxil olmuşdur. İş materiallarından görünür ki, Sumqayıt şəhər Pİ-nin DYPŞ-nin TP ******* nömrəli, 25.05.2021-ci il tarixli inzibati xəta haqqında qərarı ilə X4 Azərbaycan Respublikası İXMnin 329.1-ci maddəsi ilə 40 manat cərimə edilmişdir. Qərarın surəti X3 verildiyindən şikayətə əlavə edilmişdir. Şikayət isə 08.10.2021-ci ildə məhkəməyə daxil olmuşdur. Məhkəmə verilən şikayətə baxmağa hazırlıqla bağlı müəyyən etmişdir ki, şikayət prosessual müddət ötürülməklə verilmiş, müddətin bərpası barədə vəsatət verilməmişdir. Azərbaycan Respublikası İXM-nin 132.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə hesab edir ki, X2 şikayəti qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməklə verilmiş, həmin müddətin bərpa edilməsinə dair vəsatət verilməmişdir. Belə bir vəsatət verilmədiyindən şikayətin vaxtında verilib-verilməməsini, prosessual müddətin buraxılıb-buraxılmamasını yoxlamaq mümkün deyildir. Bu inzibati xəta haqqında qərardan verilən şikayət üzrə icraatı rədd edən hallardandır. Odur ki, X2 şikayəti icraata qəbul edilə bilməz. X1 izah edilməlidir ki, şikayətlə birlikdə şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət edə bilər. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X2 barəsində olan Sumqayıt şəhər Pİ-nin DYPŞ-nin TP ******* nömrəli, 25.05.2021ci il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayəti icraata qəbul edilməsin və şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər X3 geri qaytarılsın. X3 şikayətlə birlikdə şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Fikrət Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar