Məhkəmə qərarları › İş №3(060)-3254/2020

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-3254/2020

21.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-3254/2020 21.12.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, "xxxx" ASC-nin Azərbaycan Respublikası İXM-nin 324.2-ci maddəsi ilə 1500 manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Hüquq Şöbəsinin müdirinin xx.xx.2014-cü il tarixli qərarından "xxxx" ASC-nin verdiyi şikayət üzrə materialın baxılmağa hazırlanması məsələsinə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinə "xxxx" ASC-nin direktorunun Azərbaycan Respublikası İXM-nin 324.2-ci maddəsi ilə 1500 manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Hüquq Şöbəsinin müdirinin xx.xx.2014-cü il tarixli qərarından "xxxx" ASC-nin direktorunun verdiyi şikayət daxil olmuşdur. Şikayətdən görünür ki, Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Hüquq Şöbəsinin müdirinin xx.xx.2014-cü il tarixli inzibati xəta haqqında qərarı ilə "xxxx" ASC Azərbaycan Respublikası İXM-nin 324.2-ci maddəsi ilə 1500 manat cərimə edilmişdir. Şikayət xx xxxxxx 2020-ci ildə məhkəməyə daxil olmuşdur. Mübahisələndirilən qərarın surəti şikayətə əlavə edilməmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt şəhər İcra və Probasiya Şöbəsinin dəvəti ilə qanuni nümayəndə şöbəyə getmiş və məlum olmuşdur ki, Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Hüquq Şöbəsinin müdiri K.İ.Babayev tərəfindən xx xxx 2014-cü il tarixində "xxxx" ASC-yə qarşı inzibati tənbeh verilmə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Hüquq Şöbəsinin müdiri K.İ.Babayev tərəfindən qəbul olunmuş xx xxx 2014-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə "xxxx" ASC Azərbaycan Respublikası İXM-nin 324.2-ci maddəsi ilə 1500 manat məbləğində cərimə edilmişdir. xx xxxxxx 2020-ci il tarixədək sözügedən qərar haqqında məlumat olmamışdır. Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Hüquq Şöbəsinin müdiri K.İ.Babayev tərəfindən qəbul olunmuş xx xxx 2014-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarda qeyd olunmuşdur ki, "QKDK-nın 07-690 saylı xx xxxxx 2014-cü il tarixli sorğu məktubu ilə tələb edilən məlumat və sənədləri "xxxx" ASC QKDK-yə təqdim etməmişdir. Bununla cəmiyyət qiymətli kağızlar bazarında nəzarəti həyata keçirən QKDKnın fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatları təqdim etməyərək araşdırma keçirilməsinə mane olmuş və Azərbaycan Respublikası İXM-nin 324.2-ci maddəsində göstərilmiş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 132.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə hesab edir ki, "xxxx" ASC-nin direktorunun şikayəti qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməklə, yəni altı ildən çox müddət keçdikdən sonra verilmiş, həmin müddətin bərpa edilməsinə dair vəsatət verilməmişdir. Belə bir vəsatət verilmədiyindən və mübahisələndirilən qərarın surəti şikayətə əlavə edilmədiyindən şikayətin vaxtında verilib-verilməməsini, prosessual müddətin buraxılıb-buraxılmamasını, qərarın qanuniliyini və əsaslılığını yoxlamaq mümkün deyildir. Bunlar inzibati xəta haqqında qərardan verilən şikayət üzrə icraatı rədd edən hallardandır. Odur ki, "xxxx" ASC-nin direktorunun şikayəti icraata qəbul edilə bilməz. Həmçinin "xxxx" ASC-nin direktoruna izah edilməlidir ki, nöqsanları aradan qaldıraraq şikayətlə birlikdə şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət edə bilər. Şərh olunanları və Azərbaycan Respublikası İXM-nin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC-nin direktorunun Azərbaycan Respublikası İXM-nin 324.2-ci maddəsi ilə 1500 manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Hüquq Şöbəsinin müdirinin xx.xx.2014-cü il tarixli qərarından "xxxx" ASC-nin direktorunun verdiyi şikayət icraata qəbul edilməsin. "xxxx" ASC-nin direktoruna nöqsanları aradan qaldıraraq şikayətlə birlikdə şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Fikrət Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar