Məhkəmə qərarları › İş №3(060)-3260/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3260/2021

05.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3260/2021 05.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X2 iclas katibliyi, Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan hüquqi şəxs - Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati xəta haqqında 30 sentyabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, Müəyyən etdi: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ''VİV İNŞAAT'' Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) – (bundan sonra mətndə ''VİV İNŞAAT'' MMC) barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, “VİV İNŞAAT” MMC 22898,22 (iyirmi iki min səkkiz yüz doxsan səkkiz dollar iyirmi iki sent) ABŞ dolları məbləğində olan vəsaiti 06 avqust 2019-cu il tarixində xaricə köçürmüş və 02 (iki) il müddət keçsə də, 22898,22 (iyirmi iki min səkkiz yüz doxsan səkkiz dollar iyirmi iki sent) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 07 avqust 2021-ci il tarixində hüquqi şəxsin ünvanında törədilmişdir. “VİV İNŞAAT” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş, 11.10.2021-ci il tarixdə Məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən Şəxs MMC-nin nümayəndəsi X3 izahatında bildirdi ki, “VİV İNŞAAT” MMC həqiqətən də 22898,22 (iyirmi iki min səkkiz yüz doxsan səkkiz dollar iyirmi iki sent) ABŞ dolları məbləğində olan vəsaiti 06 avqust 2019-cu il tarixində Türkiyə Respublikasına köçürmüşdür. MMC tərəfindən xaricə köçürülmüş 22898,22 (iyirmi iki min səkkiz yüz doxsan səkkiz dollar iyirmi iki sent) ABŞ dolları məbləğində qabaqcadan ödəməyə dair təqdim olunan **********4930 saylı gömrük bəyannaməsinin bağlanılması təmin edilmişdir. Odur ki, ''VİV İNŞAAT'' MMC barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş ləğv prosesində olan "xxxx" tərəfindən “VİV İNŞAAT” MMC-yə ünvanlanmış 25 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, ləğv prosesində olan "xxxx" ASC-də Şəxs MMC tərəfindən 06 avqust 2019-cu il tarixdə Türkiyə Respublikasına köçürülmüş 22898,22 (iyirmi iki min səkkiz yüz doxsan səkkiz dollar iyirmi iki sent) ABŞ dolları məbləğində qabaqcadan ödəməyə dair təqdim olunan **********4930 saylı gömrük bəyannaməsinin bağlanılması təmin edilmişdir. Məhkəmə iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmasını təmin etmək məqsədi ilə işə baxılması zərurəti ilə əlaqədar olaraq Şəxs MMC tərəfindən 06 avqust 2019-cu il tarixdə Türkiyə Respublikasına köçürülmüş 22898,22 (iyirmi iki min səkkiz yüz doxsan səkkiz dollar, iyirmi iki sent) ABŞ dolları məbləğində qabaqcadan ödəməyə dair təqdim olunan **********4930 saylı gömrük bəyannaməsinin hansı tarixdə - yəni inzibati xəta hadisəsinin törədilməsindən əvvəl və ya sonra bağlanılmasının təmin edilməsi barədə Məhkəməyə məlumat verilməsi barədə Ləğvedici Əmanətlərin Sığortalanması Fonduna sorğu göndərmişdir. Həmin sorğuya cavab məktubundan görünür ki, "xxxx" ASC-də “VİV İNŞAAT” MMC tərəfindən 06 avqust 2019-cu il tarixdə Türkiyə Respublikasına köçürülmüş 22898,22 (iyirmi iki min səkkiz yüz doxsan səkkiz dollar iyirmi iki sent) ABŞ dolları məbləğində qabaqcadan ödəməyə dair təqdim olunan **********4930 saylı gömrük bəyannaməsinin 03.03.2020-ci il tarixdə bağlanılması təmin edilmişdir. Məhkəmə inzibati işin materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Belə ki iş materiallarından da göründüyü kimi “VİV İNŞAAT” MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 105-ci maddəsinə əsasən, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC barəsində İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: ünvan 1 ünvanında fəaliyyət göstərən Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar