Məhkəmə qərarları › İş №3(060)-327/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-327/2025

14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-327/2025 14.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 Qərarından şikayət verilən orqan Sumqayıt şəhər X9 Şöbəsinin yol-nəqliyyat hadəsi üzrə inspektoru, polis mayoru X2 iştirakları ilə, Sumqayıt ŞPİ-nin X12 Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin X12 Şöbəsinin TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Pərvin Quliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan Pərvin Quliyev şikayətlə məhkəməyə müraciət edərək inzibati tənbeh vermə haqqında TP ******* saylı xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Pərvin Quliyev şikayətini onunla əsaslandırmışdır ki, O, xx.xx.2025-ci il tarixində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Hacıbala Salayev küçəsi ilə “Honda İNSİGT (HİBRİD)” minik markalı, **-KV-*** qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən X10 küçəsi ilə hərəkət edən **-GG-*** qeydiyyat nömrə nişanlı avtomobil onun hərəkət istiqamətinə çıxaraq idarə etdiyi avtomobili vurmuş, nəticədə avtomobilinə 4700 manat maddi ziyan dəymişdir. (hadisə yerindən çəkilən video görüntü və fotoşəkillər təqdim olunur). Hadisə yerinə gələn Sumqayıt şəhər DYPŞ polis mayoru X4 əsassız olaraq yol hərəkəti qaydalarını pozduğunu bildirmiş və İXM-nin 327.2-ci maddəsinə əsasən svetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə) 100 manat cərimə yazmış, xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol və TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərar tərtib etmişdir. Halbuki üstünlük onun hərəkət etdiyi yolda olmuşdur. Qeyd edir ki, qərarı xx.xx.2025-ci il tarixdə almışdır. Hesab edir ki, DİN Sumqayıt şəhər DYPŞ tərəfindən qəbul edilən xx.xx.2025-ci il tarixli TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında qərardan şikayət verən şəxs Pərvin Quliyev şikayətini müdafiə edərək bildirdi ki, qayda pozuntusu iddia edilən yol, yəni onun avtomobili idarə etdiyi yol asfalt örtüklü yol olmuşdur. Həmin yol baş yol hesab olunur. Özünün və hadisənin digər iştirakçısı olan xsürücünün hərəkət etdiyi yolda heç bir yol nişanı olmamışdır. Digər sürücünün hərəkət etdiyi yol onun hərərkətdə olduğu yola birləşir. Belə ki, hesab edir ki, onun hərəkətdə olduğu yol baş yoldur, digər sürücü dalandan çıxdığı üçün onu gözləməli idi. Lakin digər sürücü onu gözləməmiş, gəldiyi kimi yola çıxmış nəticədə toqquşma baş vermişdir. Avtomobilinə quraşdırlmış cihazda hadisənin baş vermə müxanizmi öz əksini tapmışdır. Bundan başqa yaxınlıqda olan köşkün kamerasından əldə etdiyi görüntülərdə də, toquşşmanın necə baş verdiyini görmək mümkündür. Həmin görüntüləri məhkəməyə təqdim edir. Həmin görüntülərdən onun hər hansı qayda pozuntusu etmədiyini görmək mümkündür. Odur ki, qeyd olunanları nəzərə alaraq mübahisələndirdiyi qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında qərarından şikayət verilən şəxs Sumqayıt ŞPİ-nin DYPŞ-nin yolnəqliyyat hadəsi üzrə inspektoru, polis mayoru Habil Şəmmədli qayda pozuntusunun Hacıbala Salayev küçəsi ilə X10 küçələri kəsişməsində baş verdiyini bildirmişdir. Bildirir ki, Pərvin Quliyevin şikayətində baş yolda hərəkətdə etməsi barədə fikirləri həqiqətə uyğun deyil. Bundan başqa Pərvin Quliyev ərizəsində qeyd etmişdir ki, o, ümumi nəqliyyat vasitələrinin istifadə etdiyi yolda hərəkətdə olmuşdur, bu səbəbdən həmin yol baş yol hesab edilməlidir. Halbki qanunvericilkdə belə bir anlayış yoxdur. Habil Şəmmədli çıxışında bildirmişdir ki, “Honda İNSİGT (HİBRİD)” minik markalı, **-KV-*** qeydiyyat nömrə nişanlı avtomobil Sumqayıt şəhəri Hacıbala Salayev küçəsilə hərəkətdə olmuş, digər “Fort Fiesta” minik markalı, **-GG-*** qeydiyyat nömrə nişanlı avtomobil isə X10 küçəsi ilə hərəkətdə olmuşdur. Hadisə yerinə şəxsən baxış keçirmiş, yol-nəqliyyat hadisəsi yerinin sxemini tərtib etmişdir. Hər iki yolda yol nişanı yoxdur, yolların eni 7 metr təşkil edir, asfalt örtüklüdürlər. Bu səbədən hər iki yolu nizamlanmayan eyni əhəmiyyətli yol kimi qəbul edərək “Yol hərəkəti haqqında” Qanunun 77.3-cü maddəsinə rəhbər tutub qərar qəbul etmişdir. Belə ki, qanunun həmin normasında göstərilmişdir ki, eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. Belə yolayrıclarında tramvay, onun hərəkət istiqamətindən asılı olmayaraq, relssiz nəqliyyat vasitələri qarşısında üstünlüyə malikdir. X8 sağdan yaxınlaşan sürücü Nərmin İsmayılzadənin idarə etdiyi avtomobilə yol verməli olduğu halda bu qaydaya riayət etməmiş, nəticədə inzibati xəta törətmişdir. Bu qaydaya əməl etmədiyinə görə Pərvin Quliyev barəsində İXM-nin 327.2-ci maddəsinə əsasən yolayrıcını keçmə qaydalarının pozulmasına görə protokol tərtib olunmuşdur. Qeyd olunanların nəzərə alınmasını və qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarın dəyişdirilmədən qüvvədə qalmasını xahiş etdir. İş materillarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Məhkəmə iclasında sürücü Pərvin Quliyev tərəfindən təqdim edilmiş videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, Hacıbala Salayev küçəsilə hərəkətdə olan “Honda İNSİGT (HİBRİD)” minik markalı, **-KV-*** qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Pərvin Quliyev eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında sağ tərəfdən yəni X10 küçəsi ilə hərəkətdə olan sürücü Nərmin İsmayılzadənin idarə etdiyi “Fort Fiesta” minik markalı, **-GG-*** qeydiyyat nömrə nişanlı avtomobili gözləmədən hərəkətini davam etdirmiş nəticədə hər iki avtomobil toqquşmuş, yol nəqliyyat-hadisəsi baş vermişdir. Həmin görüntüyə baxış keçirilərkən o da, müəyyən edilmişdir ki, “Fort Fiesta” minik markalı, **-GG-*** qeydiyyat nömrə nişanlı avtomobillə sürücü Nərmin İsmayılzadənin hərəkətdə olduğu X10 küçəsi də asfalt örtüklüdür. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 26 yanvar 2025-ci il tarixli, 510№li Aktdan görünür ki, müayinə nəticəsində Nərmin İsmayılzadədə sərxoşluq halı aşkar edilməmişdir. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 26 yanvar 2025-ci il tarixli 509№li Aktdan görünür ki, müayinə nəticəsində Pərvin Quliyevdə sərxoşluq halı aşkar edilməmişdir. “Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair” etibarnaməyə əsasən Pərvin Quliyev “Honda İNSİGT (HİBRİD)” minik markalı, **-KV-*** qeydiyyat nömrə nişanlı avtomobili X5 verdiyi etibarnamə əsasında idarə edir. “Yol nəqliyyat hadisəsi yerinin sxemi” iş materiallarına əlavə eilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” İXM-nin 327.2-ci maddəsinə Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir. Məhkəmə Pərvin Quliyevin şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 12-ci bəndində nizamlanan yolayrıcı dedikdə hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyənləşdirilən yolayrıcılarının başa düşüldüyü qeyd edilmişdir. Həmin qanunun 13-cü bəndində nizamlanmayan yolayrıcı dedikdə nizamlayıcının olmadığı, svetoforun qurulmadığı və ya söndürüldüyü, yaxud yanıb-sönən sarı rəngli işıq siqnalının işlədiyi yolayrıcıların başa düşüldüyü qeyd edilmişdir. “Yol hərəkəti haqqında” Qanunun 77.3-cü maddəsinə əsasən eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. Belə yolayrıclarında tramvay, onun hərəkət istiqamətindən asılı olmayaraq, relssiz nəqliyyat vasitələri qarşısında üstünlüyə malikdir. Məhkəmə iclasında baş vermiş hadisənin görüntüsünü özündə əks etdirən 01 ədəd diskə baxış keçirərkən məlum olmuşdur ki, sürücü Pərvin Quliyev “Honda İNSİGT” minik markalı, **-KV-*** qeydiyyat nömrə nişanlı avtomobillə Sumqayıt şəhəri Hacıbala Salayev küçəsində hərəkətdə olarkən yolayrıcını keçmə qaydalarını pozaraq sağ tərəfdən yəni eyni əhəmiyyətə malik olan X10 küçəsindən yaxınlaşan Nərmin İsmayılzadənin idarə etdiyi “Fort Fiesta” minik markalı, **-GG-*** qeydiyyat nömrə nişanlı avtomobilə yol verməmiş, nəticədə Qanunun yuxarıda qeyd edilən tələbini pozaraq inzibati xəta hadisəsi törətmişdir. Göründüyü kimi məhkəmə tərəfindən şikayətdə göstərilən hər bir xüsusat yoxlanıldı. Müəyyən olundu ki, işə baxılarkən İXM-nin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Ona görə də, Pərvin Quliyevin barəsində inzibati tənbeh tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün həmin məcəllənin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. İXM-nin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis İdarəsinin X12 Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Hadisənin baş vermə görüntüsünü özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar