Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3270/2025 23.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1976-cı ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə 25 noyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o hər hansı dini ayinin icrasına nəzarət etməmişdir. Bir neçə ay öncə Sumqayıt şəhərində erləşən “Ceyhun xanım və Hacı Əhməd” məscidində olarkən imam orada olmamış, oraya ibadətə gələn insanlar özləri ondan xahiş etmişlər ki, öndə dayanaraq onıarın namaz qılmaları təşkil etsin. O da öncə dayanaraq namaz qılmış, digər şəxslər isə ondan arxada namazlarını qılmışlar. Namazdan sonra əlavə hər hansı dini ayinin icrası və ya təbliğatı olmamışdır. Onun heç bir dini təhsili yoxdur və ya hər hansı dini ayinin icrası üçün ona hər hansı orqan və ya təşkilat tərəfindən icazə verilməmişdir. Qeyd etdiyi kimi o, heç bir dini ayinə rəhbərlik etməmiş, yalnız namaz qılaraq ordan getmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili X3 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs hər hansı dini ayinin icrasına rəhbərlik etməmiş, yalnız namaz qılaraq oradan getmişdir. Bundan əlavə nəzərə almaq lazımdır ki, iddia edilən əməl inzibati xəta olsa belə inzibati xəta haqqında iş üzrə məsuliyyətə cəlb etmə müddəti ötürülmüşdür. Belə ki, bu növ inzibati xətalar üzrə məsuliyyətə cəlb etmə müddəti 04 ay müəyyən edilsə də artıq hadisədən atlı aydan artıq müddət keçmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsində işə protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 515.0.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 25 noyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci ildə Sumqayıt şəhəri, Ceyanbatan yaşayış massivində yerləşən “Ceyhun xanım və Hacı Əhməd” məscidində dini ayinlərin icrasına rəhbərlik etmişdir. İş materiallarında olan CD diskdə olan video görüntülərdən görünür ki, Şəxs xx.xx.2025-ci ildə Sumqayıt şəhəri, Ceyanbatan yaşayış massivində yerləşən “Ceyhun xanım və Hacı Əhməd” məscidində çoxsaylı insanların namaz qılma mərasiminə rəhbərlik etmişdir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 4-1.1-ci maddəsinə əsasən peşəkar dini fəaliyyət dini tərbiyəyə və dini təhsilə, dindarların dini tələbatının ödənilməsinə, dinlərin yayılmasına, dini ayinlərin icrasına, moizələrin (xütbələrin) oxunmasına, dini qurumun inzibati və təşkilati idarəetməsinə yönəlmiş fəaliyyətdir. Həmin Qanunun 6-1.1-ci maddəsinə əsasən kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçirilir. Həmin Qanunun 8-ci maddəsinin 3-cü abzasına əsasən islam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimləri Qafqaz Müsəlmanları İdarəsinə məlumat verilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təyin olunur və hər beş ildən bir attestasiya edilir. X1 İdarəsinin nümayəndələrinin və mütəxəssislərin iştirakı ilə keçirilir. Azərbaycan Respublikası Dini X5 Dövlət Komitəsinin 22 aprel 2022-ci il 02 nörməli Kollegiya Qərarı ilə təsdiq edilmiş “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”nın 1.2.1-ci bəndinə əsasən islam dininə aid ayin və mərasimləri həyata keçirən din xadimi – islam dininə aid fəaliyyətlə peşəkar şəkildə məşğul olan dini ali və orta ixtisas təhsilli şəxsdir. İslam dininə aid ayin və mərasimləri həyata keçirən din xadimlərinin imam, imam müavini, dini ayinlərin icraçısı-müəzzin və qadın dini ayinlərin icraçısı vəzifələri vardır. Həmin Qaydaların 1.2.2-ci maddəsinə əsasən imam – islam dininə aid ibadət yerlərinin və ziyarətgahların idarə edilməsi, dindarların dini tələbatının ödənilməsi, dini ayin və mərasimlərə rəhbərlik edilməsi, moizələrin (xütbələrin) oxunması məqsədi ilə təyin olunmuş din xadimidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qismən etirafı, inzibati xəta haqqında protokol, video görüntülər və digər iş materialları ilə Şəxs dini yığıncaqlar və digər dini mərasimlərin təşkili və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozması sübuta yetirildi. Lakin, inzibati xətalar haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edildiyindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 515.0.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, iş materiallarına əsasən hazırki iş üzrə inzibati xəta xx.xx.2025-ci ildə törədilmiş və iş materialları bundan altı aydan artıq müddət keçdikdən sonra məhkəməyə göndərilmişdir. Bununla da inzibati xəta haqqında iş üzrə məsuliyyətə cəlb etmə müddəti ötürülmüşdür. İş üzrə məsuliyyətə cəlb etmə müddətinin axımının dayanması halları da müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-in 515.0.2-ci maddəsi həmin Məcəllənin idarəçilik qaydaları əleyhinə olan inzibati xətalar adlanan 38-ci fəslində nəzərdə tutulmuşdur və həmin kateqoriya üzrə inzibati xətalar üzrə məsuliyyətə cəlb etmə müddəti 04 ay müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-in 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 515.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətsə də, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-in 40, 43, 50, 53, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-3270/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3270/2025
23.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver