Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-328/2021 03.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 iştirakı ilə, xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 21/12, mənzil 21-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli aliment qərarını borclu Şəxs üzrsüz səbəbdan icra etməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3244/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən 10 (on) gün müddətinə inzibati həbs olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-638/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(060)-3244/2020 saylı qərarı ləğv edilmiş, işə başqa hakim tərəfindən yenidən baxılması üçün material Sumqayıt Şəhər Məhkəməsinə, yeni məhkəmə baxışına göndərilmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 məhkəməyə bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2118/19 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Şəxs xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa 160 manat olmaqla ümumilikdə 320 manat sabit pul məbləğində alimentin tutulub X4 verilməsi qət edilmişdir. Borclunun hal-hazırda 4740 manat aliment borcu yaranmışdır. Bu gün həmin borcdan 500 manat ödəmişdir. Şəxs adına əmlak yoxdur, pensiya və ya başqa müavunat almır. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, əvvəllər işlədiyi üçün aliment borcunu ödəyə bilmişdir. Lakin 2 ay işlədikdən sonra işdən çıxmış və aliment borcunu ödəyə bilməmişdir, karantin rejimi ilə bağlı da alimentin ödənilməsində çətinlik çəkmişdir, bu səbəbdən borcu yığılmışdır. Amma borcu ödəməyə başlamışdır, ödənişi davam etdirəcəkdir. Həbcdə olduğu vaxt 1000 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək cəmi 500 manat, hazırda isə yenə 500 manat ödəniş etmişdir, pulu olan kimi ilk olaraq aliment ödəyir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Tələbkar Qasımova (Mehdiyeva) Günel Akif qızı məhkəməyə göndərdiyi ərizəsində borcun yarısının və aylıq alimentin qrafik əsasında ödənilməsinin təmin edilməsini, əks təqdirdə Şəxs inzibati qaydada həbs edilməsini tələb etdiyini göstərmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmamışdır. Onun məhkəmə qətnaməsinin icrasından yayınmaq niyyəti olmamışdır. Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2118/19 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Şəxs xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa 160 manat olmaqla ümumilikdə 320 manat sabit pul məbləğində alimentin tutulub X4 verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru Rüfət Məmmədovun xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Şəxs 4740 manat aliment borcu yaranmış, o, xx.xx.2021-ci il tarixdə 500 manat ödəniş etmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3244/2020 saylı xx.xx.2020-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Şəxs xx.xx.2019-cu il tarixdə 100,00 manat, xx.xx.2019-cu il tarixdə 95,00 manat, xx.xx.2019-cu il tarixdə 100,00 manat, xx.xx.2019-cu il tarixdə 100,00 manat, xx.xx.2019-cu il tarixdə 100,00 manat, xx.xx.2020-ci il tarixdə 500,00 manat, xx.xx.2020-ci il tarixdə 25,00 manat, xx.xx.2020-ci iltarixdə 10,00 manat, xx.xx.2020-ci il tarixdə 10,00 manat, xx.xx.2020-ci il tarixdə 100,00 manat, xx.xx.2020-ci il tarixdə 50,00 manat, xx.xx.2020-ci il tarixdə 100,00 manat, xx.xx.2020-ci il tarixdə 1000,00 manat ödəniş etmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-638/2020 saylı xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 3(060)-3244/2020 saylı qərarı ləğv edilmiş, Şəxs məhkəmə zalında həbsdən azad edilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Şəxs aliment borcundan 500 manat ödəniş etmişdir. Şəxs şəxsi kartoçkasından xx.xx.2021-ci il tarixli elektron çıxarışdan görünür ki, onun adına daşınar və daşınmaz əmlak yoxdur, pensiya və ya başqa müavunat almır. Məhkəmə işə yenidən baxarkən Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)- 638/2020 saylı xx.xx.2020-ci il tarixli qərarında göstərilən halları tədqiq etmiş və müəyyən etmişdir ki, Şəxs borcu xx.xx.2021-ci il tarixə 4740 manat olmuş, bu gün də 500 manat ödəmişdir, onun adına daşınar və daşınmaz əmlak yoxdur, pensiya və ya başqa müavunat almır. Məhkəmə qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktının müəyyən olunması zəruridir. Lakin tərtib olunmuş inzibati xəta haqqında protokoldan və icra işindəki sənədlərdən icra sənədinin hansı üzrsüz səbəbdən yerinə yetirilməməsi görünmür. İcra sənədi üzrə icra hərəkətləri aparılır, amma Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə imkanı olduğu halda icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi ilə bağlı icra işində hər hansı sübut yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar böyük icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Müəyyən edilmişdir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmamışdır. Protokolda göstərildiyi kimi, onun üzrsüz səbəbdən icra sənədi üzrə borcunu ödəməməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir, icra işində də belə sübut yoxdur. Ona görə də, Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi təsdiq edilmir və onun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-328/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-328/2021
03.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver