Məhkəmə qərarları › İş №3(060)-3282/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-3282/2025

09.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-3282/2025 09.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-in 464-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 noyabr 2025-ci il tarixli 3(011)-9712/2025 saylı qərardadına əsasən iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Həmin qərardadda işin aidiyyəti üzrə göndərilməsinin əsası kimi "xxxx" MMC-nin ünvanının ünvan 1dmətinin rəsmi saytından çıxarışa əsasən "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 2dir ki, Azərbaycan Respublikası İXM-in 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hərəkətsizliklə törədilən inzibati xəta olduğundan inzibati xətanın törədilmə yeri "xxxx" MMC-nin öz öhdəlik və vəzifələrini həyata keçirməli olduğu yerdir, MMC-nin öhdəlik və vəzifələrini həyata keçirməli olduğu yer isə onun hüquqi ünvanıdır. Hüquqi şəxsin hüquqi ünvanı isə hüquqi şəxsin dövlət reyestrində qeydə alınmış ünvan hesab edilməlidir. Azərbaycan Respublikası İXM-in 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İXM-in 110.1-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən inzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin, o cümlədən hüquqi şəxsin öhdəliyinin icra edilməli olduğu yer hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında işə aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. Göründüyü kimi işin məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsində fikir ayrılığı yaranır. Yuxarıda qeyd edilən hallara Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərardadında qiymət verilmədiyindən, məhkəmənin qərardadındakı həmin mövqe ilə razılaşmaq olmaz. Buna görə də həmin hallar fikir ayrılığının yaranmasına səbəb olur. Bu fikir ayrılığı qərarın qanuniliyinə və əsaslılığına hüquqi qiymət vermə kimi qəbul edilə bilməz. Yaranmış fikir ayrılığına hüquqi qiymət vermə apellyasiya məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118, 106.0.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsindən daxil olmuş "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-in 464-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar işin ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar