Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3285/2020 23.12.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin nümayəndəsi polis sahə rəisi, polis leytenantı X6, Zərərçəkmiş şəxslər – X2, X1, X3 və X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, subay, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 9/5, mənzil 50-də qeydiyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* №-li, xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* №-li, xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* №-li, xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* №-li və xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri, 23a/8 saylı binanın saylı binanın zirzəmisində su nasosunu oğurlamış, xx.xx.2020ci il tarixdə gecə saatlarında Sumqayıt şəhəri, 9-cu mikrorayon, 9Q saylı binanın çöl hissəsində su nasosunu oğurlamış, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 4/21 saylı evin zirzəmisində gecə saatlarında su nasosunu oğurlamış, xx.xx.2020-ci ildə, saat 05:00 radələrində ünvan 3-yə məxsus su nasosunu zirzəmidən oğurlamış, xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, 9Q saylı binanın 1-ci mərtəbəsindən su nasosunu oğurlamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolu tərtib etmiş şəxs – Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis leytenantı X12 tərtib etdiyi protokollara uyğun izahat verərək bildirdi ki, Şəxs xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri, 23a/8 saylı binanın saylı binanın zirzəmisində su nasosunu oğurlamış, xx.xx.2020-ci il tarixdə gecə saatlarında Sumqayıt şəhəri, 9-cu mikrorayon, 9Q saylı binanın çöl hissəsində su nasosunu oğurlamış, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 4/21 saylı evin zirzəmisində gecə saatlarında su nasosunu oğurlamış, xx.xx.2020-ci ildə, saat 05:00 radələrində ünvan 3-yə məxsus su nasosunu zirzəmidən oğurlamış, xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, 9Q saylı binanın 1-ci mərtəbəsindən su nasosunu oğurlamışdır. “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” xx xxxxxxx 2020-ci il, xx xxxxxx 2020-ci il, xx xxxxxx 2020-ci il, xx xxxxxx 2020-ci il və xx xxxxxx 2020-ci il, və tarixli qərarlarla faktda xırda oğurluğun, yəni Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibi olduğundan hadisəni törətmiş şəxsin müəyyən olunaraq barəsində inzibati tənbeh tədbirlərinin görülməsi üçün qəbul olunmuş qərar aidiyyəti üzrə verilmişdir. Oğurluğun Şəxs tərəfindən törədildiyi məlum olduğundan onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* №-li, xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* №-li, xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* №-li, xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* №-li və xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, o, xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri, 23a/8 saylı binanın saylı binanın zirzəmisində su nasosunu oğurlamış, xx.xx.2020-ci il tarixdə gecə saatlarında Sumqayıt şəhəri, 9-cu mikrorayon, 9Q saylı binanın çöl hissəsində su nasosunu oğurlamış, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 4/21 saylı evin zirzəmisində gecə saatlarında su nasosunu oğurlamış, xx.xx.2020-ci ildə, saat 05:00 radələrində ünvan 3-yə məxsus su nasosunu zirzəmidən oğurlamış, xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, 9Q saylı binanın 1-ci mərtəbəsindən su nasosunu oğurlamışdır. Törətdiyi əməllərdən peşmandır. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 bildirdi ki, onun yaşadığı ünvan 1 ünvanının zirzəmisindən ona məxsus su motoru talanmışdır. Ona dəymiş zərərin ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirdi ki, yaşadığı ünvan 2 ünvanından su motoru dəmir qabdan qırılıb oğurlanmışdır. Ona dəymiş zərərin ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 bildirdi ki, onun yaşadığı ünvan 3 ünvanından ona məxsus olan “Markus” markalı su nasosu oğurlanmışdır. Ona dəymiş zərərin ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X11 bildirdi ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 9Q, mənzil 29-da yaşayır. Ona məxsus su nasosu yaşadığı binanın 1-ci mərtəbəsindən gizli olaraq talanmışdır. Ona dəymiş zərərin ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid X9 bildirdi ki, onun atası X10 məxsus su nasosu onların yaşadığı binanın çöl hissəsindən oğrulanmışdır. İş materiallarında olan “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” xx xxxxxxx 2020-ci il, xx xxxxxx 2020-ci il, xx xxxxxx 2020-ci il, xx xxxxxx 2020-ci il və xx xxxxxx 2020-ci il, və tarixli qərarlardan görünür ki, faktda xırda oğurluğun, yəni Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibi olduğundan hadisəni törətmiş şəxsin müəyyən olunaraq barəsində inzibati tənbeh tədbirlərinin görülməsi üçün qəbul olunmuş qərar aidiyyəti üzrə verilmişdir. Məhkəmə inzibati xətaya dair materialları araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətalar törədilmişdir. Bu iş materialları ilə tam təsdiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İşdə Şəxs məsuliyyətini yüngülləşdirən hal əməlindən peşman olmasıdır, onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs müxtəlif vaxtlarda öz hərəkətləri ilə törətdiyi beş inzibati xətaya dair işlərə eyni vaxtda baxıldığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinin tələblərinə əsasən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilməli, həmin Məcəllənin 34.4-cü maddəsinin tələbləri nəzərə alinmaqla inzibati tənbehlər qismən toplanilmalıdır. İnzibati həbsin əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 17:30-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* №-li, xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* №-li, xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* №-li, xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* №-li və xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokollar üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və hər birinə görə ayrılıqda 25 (iyirmi beş) gün müddətinə inzibati həbs olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən tənbehlər qismən toplanılmaqla Şəxs qəti olaraq 30 (otuz) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 17:30-dan hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-3285/2020
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3285/2020
23.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver