Məhkəmə qərarları › İş №3(060)-3288/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3288/2021

28.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3288/2021 28.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X2 iclas katibliyi, Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan hüquqi şəxs – Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Əziz Əliyev adına Sumqayıt Tibb Kolleci”-nin etibarnamə üzrə nümayəndəsi Babaxanova Lalə Mirəhəd qızının iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsi Dövlət X6 inzibati xəta haqqında 25.09.2021-ci il tarixli, AP ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə, Müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsi Dövlət X7 tərəfindən Az 5000, ünvan 1 ünvanında qeydiyyatda olan “Əziz Əliyev adına Sumqayıt Tibb Kolleci” hüquqi (VÖEN **********) barəsində 25.09.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, “Əziz Əliyev adına Sumqayıt Tibb Kolleci” hüquqi şəxsin mülkiyyətində və yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xəta törədilməsi zamanı – 15.07.2021-ci il tarixdə idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin etibarnamə üzrə nümayəndəsi Babaxanova Lalə Mirəhəd qızı izahatında göstərdi ki, həqiqətən də “Toyota Corolla” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Əziz Əliyev adına Sumqayıt Tibb Kolleci”-nə məxsusdur. İnzibati xəta hadisəsi törədilən zaman - 15.07.2021-ci il tarixdə həmin nəqliyyat vasitəsini idarə edən sürücü barədə məlumatı sorğunun onlara 12.08.2021-ci il tarixdə daxil olmasına baxmayaraq 5 gün müddətində verməmişlər. Törədilən əməlin hüquqpozma olduğunu etiraf edirlər. İş materiallarında olan 25.09.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, “Əziz Əliyev adına Sumqayıt Tibb Kolleci” ona məxsus olan “Toyota Corolla” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xəta törədilməsi zamanı, yəni 15.07.2021-ci il tarixdə idarə etmiş sürücü haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmiş, bununla da 25.09.2021-ci il tarixdə saat 09:50 radələrində İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki həmin avtomobili idarə etmiş fiziki şəxs barəsində məlumat istənilsə də “Əziz Əliyev adına Sumqayıt Tibb Kolleci” hüquqi şəxsi tərəfindən Sumqayıt şəhər Pİ-nin DYPŞ-yə məlumat verilməmişdir. Bununla da, “Əziz Əliyev adına Sumqayıt Tibb Kolleci” Azərbaycan Respublikası İXM-in 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan xəbərdarlıqdan və xəbərnamədən görünür ki, “Əziz Əliyev adına Sumqayıt Tibb Kolleci” sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində tələb olunan məlumatın verilməməsinə görə İXM-in 347-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulması barədə xəbərdar edilmiş və 12.08.2021-ci il tarixdə xəbərnamə digər qaydada qrafasında Vəlibəyov C. soyadlı əməkdaş (mühafizə) tərəfindən imzalanaraq qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə görə-Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən “Əziz Əliyev adına Sumqayıt Tibb Kolleci” hüquqi şəxsinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Törədilmiş inzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş “Əziz Əliyev adına Sumqayıt Tibb Kolleci” barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 128- 130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Az 5000, ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs “Əziz Əliyev adına Sumqayıt Tibb Kolleci” (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar