Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-3289/2025 08.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokolundan görünür ki, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(028)- 263/2020 nömrəli icra vərəqəsi üzrə üzrlü səbəb olmadan icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və 9180 manat aliment borcunu qərəzli olaraq ödəməmişdir. Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X3 bildirmişdir ki, icra sənədi onun icraatına yeni daxil olmuşdur. xx.xx.2025-ci il tarixdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək borclu Şəxs 9180 manat aliment borcunun olduğunu bildirmişdir. Bundan sonra borclu Şəxs icra idarəsinə dəvət olunmuş və o, müəyyən ödənişlərlə bağlı qəbzlər təqdim etsə də, alimentlə bağlı hər hansı qəbz təqdim etməmişdir. Zərər çəkmiş şəxsin xx.xx.2024-cü il tarixli ərizəsi isə onun icraatına daxil olmazdan əvvəl yazılmışdır. Məhkəmədən qanunauyğun şəkildə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, protokolda göstərilən borc məbləği razı deyildir. Belə ki, o, aybaay əlinə keçən məbləği hissə-hissə də olsa aliment üçün müəyyən olunmuş karta göndərmişdir. Ödənişi isə həm telefonda proqram vasitəsi ilə, həm də terminal vasitəsi ilə ödəmişdir. Kartdan ödənişləri ilə bağlı çıxarışları çıxara biləcəyini və yerdə qalan nə borc varsa ödəyəcəyini bildirmiş, protokolun baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli ərizəni yazmasını xatırlamır, lakin, ərizədə olan yazı və imza ona məxsusdur. O, alimentin həmin tarixdən, yəni 2024-cü ilin iyul ayından etibarən hesablanmasına etiraz etmir. Həmçinin, qeyd etmişdir ki, 2024-cü ilin iyul ayından etibarən də Şəxs tərəfindən müəyyən ödənişlər edilmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə 30 manat məbləğində pul ödəmişdir. Ona indiyədək aylıq aliment məbləği tam ödənilməmişdir. O, Şəxs hansı məbləğləri ödəməsi barədə bank hesabından çıxarış çıxaracağını bildirmiş, həmin məbləğlər hesablandıqdan sonra yerdə qalan məbləğin tam şəkildə ödənilməsini tələb etmişdir. Hazırda ona ödənilməli olan borcun nə qədər olmasının müəyyən edilməsi üçün bankdan çıxarışları əldə edəcəyini bildirmiş və məhkəmədən borc məbləğinin hesablanması ilə bağlı olaraq protokolun baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 aliment borcunun məbləğinin dəqiq müəyyən olunmadığı üçün protokolun geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, tərtib edilmiş protokol natamamdır və hazırda baxılması mümkün deyildir. Belə ki, məhkəmə inzibati xətanın törədilməsinə dair protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq qeyd edir ki, iş materialında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-263/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 2024-cü ilin iyun ayı da daxil olmaqla aliment borcu yoxdur. Lakin, Zərərçəkmiş şəxs aliment məbləğini həmin tarixlər üzrə də hesablamış, icra idarəsinə müraciət edərək 9180 manat məbləğində aliment borcunun olmasını bildirmişdir. Bundan başqa, zərər çəkmiş şəxs məhkəmə iclasında izahatında 2024-cü ilin iyul ayından etibarən Şəxs müəyyən məbləğləri ödədiyini bildirmiş, lakin, nə qədər ödəniş etməsi barədə dəqiq məlumat verə bilməmiş, borclunun 2024-cü ilin iyul ayından etibarən hansı məbləğdə aliment ödəməsi ilə bağlı kart hesabından çıxarışları əldə edəcəyini söyləmiş və borc məbləğinin dəqiqləşdirilməsi üçün protokolun baxılmadan geri qaytarılmasını xahiş etmiş və bu barədə ərizə təqdim etmişdir. Məhkəmə hesab edir ki, hazırda aliment borcunun məbləğini müəyyənləşdirmək mümkün olmamasını, zərər çəkmiş şəxsin məbləğin müəyyən edilməsi üçün banka müraciət edəcəyini və protokolun baxılmadan geri qaytarılmasını xahiş etməsini nəzərə alaraq, protokol və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. 111.3-cü maddəsinə əsasən-inzibati həbs tənbeh növü nəzərdə tutulan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: Nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir:100.5.1. protokolun tərtib edildiyi tarix, vaxt və yer;100.5.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;100.5.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat (fiziki və ya vəzifəli şəxslərin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları);100.5.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.5.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.5.6. olduğu halda şahidlərin və zərərçəkmiş fiziki şəxslərin soyadı, adı, atasının adı və onların yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları; 100.5.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.5.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.5.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdirsə və ya maddi zərər vurulmuşdursa, bu hallar barədə qeydlər; 100.5.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 528.1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi qeyd edilən maddənin sanksiyasında həbs tənbeh tədbiri nəzərdə tutulduğundan, hazırki inzibati xəta haqqında işə dərhal baxılmalı olduğundan, qeyd edilən natamamlıqlar aradan qaldırılmadan işə baxılması mümkün deyildir. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN2326502 nömrəli protokol geri qaytarılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi 02 (iki) saata görə 22 (iyirmi iki) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında material baxılmadan Sumqayıt şəhəri üzrə İcra İdarəsinə geri qaytarılsın. Vəkil Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 22 (iyirmi iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-3289/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-3289/2025
08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver