Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-329/2022 14.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Məmmədovun sədrliyi, məhkəmə iclas katibi Aslan Haqverdi oğlu İsgəndərovun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Sumqayıt şəhərində doğulmuş, evli, ali təhsilli, "X1" MMC-də çilingər vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhər polis idarəsinin Dövlət yol polisi şöbəsinin YPX-nin inspekroru polis baş serjantı X3 tərəfindən 17 dekabr 2021-ci il tarixdə inzibati xəta haqqında AP № ******* saylı protokol tərtib olunmuşdur ona görə ki, “Chverolet” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən xx.xx.1984-cü ildə Sumqayıt şəhərində doğulmuş, evli, ali təhsilli, "X1" MMC-də çilingər vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan sürücü Şəxs Sumqayıt şəhəri, Z.Hacıyev küçəsi və Ü.Hacıbəyov küçəsinin kəsişməsində hərəkət edən zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyindən saxlanılmışdır. Yoxlama zamnı sürücü sərxoş halda olması aşkar olunmuşdur. Sumqayıt şəhər polis idarəsinin Dövlət yol polisi şöbəsi tərəfindən Şəxs barəsində İXM-nin 329.1 və 333.1-ci maddələrinə əsasən inzibati xətanın törədilməsi ilə bağlı toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 31.01.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 14 fevral 2022-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində özünü təqsirli bilməyərək göstərdi ki, özünə məxsuz “Chverolet” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri, Z.Hacıyev küçəsi və Ü.Hacıbəyov küçəsinin kəsişməsində hərəkətdə olan zaman yol patrul xidmətinin əməkdaşı tərəfindən saxlanılmışdır. Ondan spitli içki qəbul edib-etməməsini soruşduqda o, spirtli içki qəbul etmədiyini bildirmişdir. Bundan sonra yol patrul xidməti əməkdaşları ona həkim müayinəsindən keçməli olduğunu bildirmişlər. Onlarla birlikdə həkim müayinəsindən keçmək üçün getmiş və müayinə zamanı onun sərxoş vəziyyətdə avtomobili idarə etməsi müəyyən olunmuşdur. O, inzibati xəta törədildiyi gündən bir gün sonra, yəni 18.01.2022-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə tibbi müayinədən keçmiş və nəticə olaraq sərxoş halda olması aşkar olunmamışdır. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs qeyd olunanların nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında iş üzrə ictraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İXM-nin 43-cü maddəsinə əsasən qeyd edir ki, Şəxs əməli 333.1-ci maddədən əlavə İXM-nin 329.1-ci maddəsi ilə də tövsif edilmiş və həmin növ inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə deyil, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid olduğundan hazırkı iş üzrə onun İXM-nin 329.1-ci maddəsi ilə məsuliyyət məsələsinə baxıla bilməz. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 333.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq olunmalıdır. Şəxs İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, inzibati xəta haqqında protokol və Sumqayıt şəhər Səhiyyə şöbəsi Narkoloji Dispanserinin 11439 №li 17 dekabr 2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə öz təsdiqini tapır. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına görə Şəxs müayinə vaxtı (17 dekabr 2021-ci il) 0,59% promil alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarından görünür ki, Şəxs məxsus AE 013420 saylı sürücülük vəsiqəsi 01.09.2020-ci ildən 01.09.2030-cu ilədək etibarlıdır. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi, o cümlədən həmin şəxsin tibbi müayinəyə göndərilməsi haqqında Qanununun 2.4-cü bəndində qeyd olunur ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə iclasında Şəxs 1/2447 №-li 18 dekabr 2021-ci il, saat 09:30-da tərtib olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə tibbi müayinə protokolunu məhkəməyə təqdim etmişdir. Həmin protokolda Şəxs sərxoşluq halı aşkar olunmaması qeyd olunmuşdur. Məhkəmə bu məsələ ilə bağlı qeyd edir ki, Şəxs 17 dekabr 2021-ci il tarixində müayinədən keçirilən zaman onda sərxoş halda olması müəyyən olunmuş, 18 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən təkrar müayinədən keçərkən onda sərxoşluq vəziyyəti aşkar olunmamışdır. Məhkəmə bu məsələ ilə bağlı Azərbaycan Respublikasını Nazirlər Kabinetinin “Nəqliyyat vasitəsinin idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə 27 iyun 2014-cü il tarixli 209 saylı qərarının 3.6-cı bəndinə istinad edir. Həmin Qərarın 3.6-cı bəndində qeyd olunur ki, müayinə olunan şəxs tibbi müayinənin nəticəsi ilə razı olmadığı təqdirdə, o təkrar tibbi müayinənin keçirilməsi barədə müayinənin keçirən tibb müəssəsinin rəhbərliyinə yazılı ərizə təqdim edə bilər. Bu halda tibb müəssəsinin rəhbəri təkrar tibbi müayinənin həkim-narkoloqlar tərəfindən təşkil edilən komisyon qaydada aparılması barədə qərar qəbul edir. Məhkəmə iclası zamanı Şəxs təkrar müayinədən keçməsi üçün yazılı ərizə təqdim etməsi müəyyən olunmamışdır. Buna görə də məhkəmə 1/2447 №-li 18 dekabr 2021-ci il, saat 09:30-da tərtib olunmuş Mərkəzindən sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə tibbi müayinə protokolunu Şəxs barəsində olan İXM-nın 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün tutarlı sübut hesab etmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İXM-nin 333.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 32 və 33-cü maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı Məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs oğlu barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinsin və o 400,00 (dörd yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-329/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-329/2022
14.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver