Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-329/2025 06.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin polis sahə rəisi X4, Zərərçəkmiş şəxslər Həsənova Nailə Azad qızının, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan мэ yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş 06 fevral 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 22.30 radələrində Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində Həsənova Nailə Azad qızını və X2 söyüb təhqir etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin polis sahə rəisi Cavid Məmmədov izahatında bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 22.00 radələrində Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində Həsənova Nailə Azad qızının və X1 yaşadığı mənzilə gələrək qapını döymüş, zərərçəkmiş şəxslər təxminən 10 dəqiqədən sonra məcbur qalaraq qapını açdıqda Turan evə daxil olmağa çalışmış və səs-küy yaradaraq ictimai qaydanı pozmuşdur. Nəticədə qonşular səsə görə çölə çıxaraq hadisəyə şahid olmuş, lakin məhkəmə iclasında iştirak etmək istəməmişlər. Həmçinin, Şəxs Həsənova Nailə Azad qızını və X2 söyüb təhqir etmişdir. Şəxs tərəfindən oxşar hərəkətlər dəfələrlə törədilmiş, bununla bağlı materiallar iş materiallarına əlavə edilmişdir. Bundan əlavə polis sahə rəisi Cavid Məmmədov ona verilmiş suala cavab olaraq bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə inzibati qaydada tutulmuşdur. Yuxarıda qeyd etdiklərinin nəzərə alınmasını, lakin Şəxs əvvəllərdə bu kimi əməllərə yol verməsini nəzərə alaraq məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, 2022-ci il mart ayından etibarən Nailə Həsənova ilə sosial şəbəkə vasitəsi ilə tanış olmuş, həmin müddətdə evli olmuş, həmin dövrdə bir sıra məsələlərə görə öz ailəsində problemlər yarandığından boşanmış və Nailə ilə ailə qurmaq istəmiş, sonuncunun ailəsi və qardaşı ilə tanış olmuşdur. Bir müddət sonra anasını elçilik üçün Nailənin evinə göndərmiş, buna baxmayaraq Svetlana Hüseynova anasını təhqir etmişdir. xx.xx.2025-ci il tarixdə Nailənin evinə gedərək onda olan portretini vermək istəmiş, qapını döymüş, qapını açan kimi zərərçəkmiş şəxslər bıçağla ona xəsarət yetirməyə çalışmış, qapıdan içəri daxil olmağa çalışmamışdır. Bundan əlavə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona verilmiş suala cavab olaraq bildirmişdir ki, o, ürəyindən 3 dəfə əməliyyat olunmuş, zərərçəkmiş şəxslərin bildirdiyi formada onun elə bir qüvvəti olmayıb ki, zərərçəkmiş şəxslərə evinə daxil olsum. Hadisə baş verən günü o, yalnız barışıq əldə etmək məqsədi ilə Nailənin evinə getmiş, Nailəni sevmişdir, lakin bu mübahisə Nailənin onun anasının təhqir etməsi səbəbindən yaranmışdır. Bir daha əməllərə yol verməyəcəyinə söz verərək, bağışlanılmasını, yenidən bu əməllərə yol verərsə barəsində daha en ağır tənbeh tədbirinin tətbiq edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Həsənova Nailə Azad qızı izahatında bildirmişdir ki, 2024-cü ilin sentyabr ayında Şəxslə münasibətlərinə son qoymuş, buna baxmayaraq oktyabr ayından etibarən Turan dəfələrlə gecələr qapısına gələrək onu narahat etməyə davam etmiş, xx.xx.2025-ci il tarixdə saat 23-24 radələrində davamlı olaraq Turan ona zəng etmiş, zənglərə əhəmiyyət verməmiş, bu zaman qapıdan səs gəldiyini eşidib ora yaxınlaşmış, anasının Turanla qapıda olduğunu görmüş, sonuncunun evə daxil istədiyini müşahidə etmişdir. Həmin vaxt anasının Turanı çölə çıxarmaq istədiyini görüb, anasına kömək etmək istəmiş, lakin Turan onu gördükdən sonra daha da sərt formada evə daxil olmağa çalışmışdır. O, Turanı qapını itələyən zaman sonuncu onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Qeyd edir ki, Turan bu kimi əməllərinə əvvəllərdə yol vermiş, bu barədə müvafiq orqanlara şikayət etmişdir. Şəxs barəsində ağır inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 22:00 radələrində dayanmadan qapının döyüldüyünü eşidib qapıya yaxınlaşmış, qapının arxasında Turanın olduğunu görmüş, sonuncu Nailənı görmək istədiyini dedikdə polisə şikayət edəcəyini bildirmiş, lakin Turan öz hərəkətlərinə davam etmiş, Nailə onların səsinə yanlarına gəldikdə Turan evə daxil olmağa çalışmış və onların ünvanlarına nalayiq ifadələr işlədərək, Nailənin başqa kişilərlə görüşdüyünü iddia edərək bu hərəkətlərə görə qızının başına oyun açacağını bildirmiş və öz hərəkətlərinə davam etmişdir. Onlar zorla Turanı çölə çıxararaq qapını bağlamışlar. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs məhkəməyədək və məhkəmə iclası zamanı təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır. Şəxs təqsiri zərərçəkmiş şəxslərin izahatları ilə, digər iş materialları ilə tam sübuta yetirilir. Onun əməli xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərdən ibarətdir. Şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 19.00-da inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 10.30-da azad edilərək məhkəməyə gətirilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli raportdan məlum olur ki, Nailə Həsənova DİN-in “102” Xidmətinə zəng edərək Şəxs onun yaşadığı evinə daxil olmaq istəmiş və onları təhqir etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ərizədən məlum olur ki, Nailə Həsənova Sumqayıt ŞPİ 3-cü PB-yə müraciət edərək Şəxs onu və anasını təhqir etmiş, evə girmək istəmiş, sözlə hədələmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, ərizələrdə Nailə Həsənova 3-cü PB-yə ərizə ilə müraciət edərək Şəxs onu və ailəsini narahat etdiyini, zəng edib təhqir etdiyi xx.xx.2025-ci il tarixli ərizəsində isə onu narahat etdiyini və ölümlə hədələdiyini bildirmişdir. xx.xx.2025-ci il tarixli ərizəsi üzrə təhqiqat araşdırması aparılmış xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, həmin qərar iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İXM-in 32-ci maddəsinə əsasən Şəxs 01 (bir) azyaşlı övladının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İXM-in 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-cı maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın hallarını və xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Bu növ tənbehin tətbiqi tənbeh tətbiq edilməsinin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115.1, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati qaydada tutulduğu 01 (bir) gün müddət İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən nəzərə alınaraq 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-329/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-329/2025
06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver