Məhkəmə qərarları › İş №3(060)-3291/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3291/2021

04.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3291/2021 04.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyiilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər polis idarəsi X6 şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər polis idarəsi X6 şöbəsinin (bundan sonra mətndə Sumqayıt şəhər Pİ DYPŞ) İTÜİ polis mayoru E.Vəliyev tərəfindən 25 sentyabr 2021-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra mətndə "xxxx" MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 347-ci maddəsi ilə inzibati xəta haqqında AP seriyalı ******* №li protokol tərtib edilmişdir ona görə ki, “Fiat Tempra minik” markalı, **-AA- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən, Sumqayıt şəhəri, 6-cı məhəllə ünvanında yerəşən "xxxx" MMC hüquqi şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xəta törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusunun daxil olduğu vaxtdan 5 (beş) gün müddətində verilməsini təmin etməmişdir. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Sumqayıt şəhər Pİ DYPŞ tərəfindən protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 13.10.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması 27 oktyabr 2021-ci il tarixə təyin olunmuş, sübutların təqdim olunması üçün və protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadığı üçün işin baxılması 04 noyabr 2021-ci il tarixə təxirə salınmışdır. Protokolu tərtib etmiş Sumqayıt şəhər Pİ DYPŞ-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edildiklərinə baxmayaraq nümayəndələrinin məhkəmə iclsında iştirakını təmin etmədiyindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X3 təmsil etdiyi hüquqi şəxsin inzibati xətanın törədilməsində təqsirli bilməyərək izahatında bildirdi ki, Azərbaycan Respublikası Əmək və Əhakinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 14 avqust 2020-ci il tarixli **********9 №-li qərarı ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində Sumqayıt şəhəri Əlillərin Bərpa Mərkəzinin əsasında Sumqayıt Reabilitasiya Mərkəzi publik hüquqi şəxs yaradılmışdır. Sumqayıt şəhər polis idarəsi X6 şöbəsinin İTÜBİ polis mayoru Emil Vəliyen tərəfindən İXM-nin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, qeyd olunan protokolda MMC-nin mülkiyyətində olan “Fiat Tempra minik” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə olunarkən inzibati xətanın törədilməsi zamanı fiziki şəxs haqqında məlumatın 5 gün ərzində verilməsini təmin etməmişdir. Lakin, Mərkəzin balansında olan “Fiat Tempra minik” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil deformasiyaya uğramış, dağılmış, çürümüş, ehtiyyat hissələri sıradan çıxmış və istifadəyə yararsız hala düşdüyü üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təhvil verilərək, 17 aprel 2019-cu il tarixdə balansdan silinmiş və ləğv edilmişdir. Hal-hazırda sözü gedən avtomobil Sumqayıt Reabilitasiya Mərkəzinin mülkiyyətində deyil və eyni zamanda işlək halda deyildir. Məhkəmədən qeyd olunanların nəzərə alınmaqla cəmiyyət barəsində İXM-nin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, Sumqayıt şəhər Pİ DYPŞ tərəfindən "xxxx" MMC-nin barəsində İXM-nin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 14 avqust 2020-ci il tarixli **********9 №-li qərarından görünür ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində Sumqayıt şəhəri Əlillərin Bərpa Mərkəzinin əsasında Sumqayıt Reabilitasiya Mərkəzi publik hüquqi şəxs yaradılmışdır. İş materiallarına əlavə olunmuş 17 aprel 2019-cu il tarixli Avtomobil nəqliyyatı vasitələrinin ləğvi aktından görünür ki, buraxılış ili 1990-cı il olan, “Fiat Tempra minik” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobili, texniki pasportu AA № 932209 olan avtomobilin mühərriki, karbüratoru, starteri, ötürücü qutusu, karteri, təkərlərin diski, kuzov, cihazlar, yanlıqlar, ayaqaltı, arxa körpüaü, sükab idarə mexanikası və akkumlyatoru yararsız halda olması qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhakinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Sumqayıt Reabilitasiya Mərkəzi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin rəisi polis general mayoru Ramiz Zeynalova ünvanlanmış 11 avqust 2021-ci il tarixli, 24 №-li məktubdan görünür ki, Sumqayıt Reabilitasiya Mərkəzi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 10.07.2021-ci il tarixli, H/80/28 saylı bildirişə cavab olaraq bildirib ki, Mərkəzin balansında olan “Fiat Tempra minik” markalı **- AA-*** dövlət qeydiyyat nişanlı avtomobil deformasiyaya uğramış, dağılmış, çürümüş, ehtiyyat hissələri sıradan çıxmış və istifadəyə yararsız hala düşdüyü üçün Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təhvil verilərək, 17 aprel 2019-cu il tarixdə balansdan silinmiş və ləğv edilmişdir. Hal-hazırda sözü gedən avtomobil Sumqayıt Reabilitasiya Mərkəzinin mülkiyyətində deyil və eyni zamanda işlək halda deyildir. Avtomobil nəqliyyat vasitəsinin ləğv aktını Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə təqdim edilməsi qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhakinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Sumqayıt Reabilitasiya Mərkəzinə ünvanlanmış 02.11.2021-ci il tarixdə, 016-1-296 №-li məktubundan görünür ki, Mərkəzin 36 saylı, 28.10.2021-ci il tarixli məktublarına cavab olaraq bildirilmişdir ki, Mərkəzin 24 nömrəli, 11.08.2021-ci il tarixli məktubu 30.08.2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə daxil olmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.1-ci bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 157, 209, 212.1, 266.3, 266.4, 290.1.1-290.1.6, 290.2 (baxılması səlahiyyətlərinə aid edilmiş maddələr üzrə), 306, 322.0.2, 322.0.8, 323, 327.1- 327.7, 328-331, 332.1-332.3, 333.1, 334.1, 335.1-335.4, 336, 337.1-337.4, 338.1-338.6, 339.1, 342.1.1-342.1.8, 342.1.10, 342.1.11, 342.2-342.7, 343.1, 343.4, 344-347, 352.0.1-352.0.3, 352.0.6, 352.0.11, 352.0.12, 353.1-353.4, 353.6, 354.0.1, 354.0.4, 354.0.7, 355-358, 428.5, 443.2, 510, 513, 514, 517.0.1-517.0.6, 517.0.9-517.0.13, 520, 521, 523, 524, 563.1, 564, 565, 583-586, 588, 589, 590.1, 591 və 593-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs olan "xxxx" MMC-nin hərəkətlərində İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhakinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Sumqayıt Reabilitasiya Mərkəzi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin rəisi polis general mayor Ramiz Zeynalova ünvanlanmış 11 avqust 2021-ci il tarixli, 24 №-li məktumubdan görünür ki, Sumqayıt Reabilitasiya Mərkəzi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 10.07.2021-ci il tarixli, H/80/28 saylı bildirişə cavab olaraq bildirilib ki, Mərkəzin balansında olan “Fiat Tempra minik” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil deformasiyaya uğramış, dağılmış, çürümüş, ehtiyyat hissələri sıradan çıxmış və istifadəyə yararsız hala düşdüyü üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təhvil verilərək, 17 aprel 2019-cu il tarixdə balansdan silinmiş və ləğv edilmişdir. Hal-hazırda sözü gedən avtomobil Sumqayıt Reabilitasiya Mərkəzinin mülkiyyətində deyil və eyni zamanda işləh halda deyildir. Qeyd olunan məktuba cavab olaraq bildirilmişdir ki, Mərkəzin 36 saylı, 28.10.2021-ci il tarixli məktublarına cavab olaraq bildirilmişdir ki, Mərkəzin 24 nömrəli, 11.08.2021-ci il tarixli məktubu 30.08.2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə daxil olmuşdur. Bundan başqa 17 aprel 2019-cu il tarixli Avtomobil nəqliyyatı vasitələrinin ləğvi aktından görünür ki, buraxılış ili 1990-cı il olan, “Fiat Tempra minik” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobili, trxniki pasportu AA № 932209 olan avtomobilin mühərriki, karbüratoru, starteri, ötürücü qutusu, karteri, təkərlərin diski, kuzov, cihazlar, yanlıqlar, ayaqaltı, arxa körpüaü, sükab idarə mexanikası və akkumlyatoru yararsız halda olması qeyd edilmişdir. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdətutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və yasəlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarqəbul edir. Məhkəmə hesab edir ki, "xxxx" MMC-nin hərəkətlərində İXM-nin 347-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2 və 114.2.1-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər polis idarəsi X6 şöbəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində 25 sentyabr 2021-ci il tarixli AP seriyalı ******* №li inzibati xəta haqqında protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar