Məhkəmə qərarları › İş №3(060)-3292/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3292/2021

28.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3292/2021 28.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X2 iclas katibliyi, Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan hüquqi şəxs – “AR Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsi”-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsi Dövlət X6 inzibati xəta haqqında 27.09.2021-ci il tarixli, AP ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə, Müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsi Dövlət X7 tərəfindən Az 5000, ünvan 1 ünvanında qeydiyyatda olan “AR Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsi” hüquqi (VÖEN **********) barəsində 27.09.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, “AR Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsi” hüquqi şəxsin mülkiyyətində və yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xəta törədilməsi zamanı – 23.07.2021-ci il tarixdə idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin etibarnamə üzrə nümayəndəsi X3 izahatında göstərdi ki, həqiqətən də X8” minik markalı, ** AE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “AR Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsi”-nə məxsusdur. Həmin avtomobili müxtəlif tarixlərdə idarə etmiş sürücülər barədə məlumatları 2020-ci ilin 02 iyun və 08 dekabr tarixlərində vermişlər. Hesab edir ki, inzibati xəta hadisəsi törədilən 23.07.2021-ci il tarixdə də məlumat verilmiş hesab edilməlidir. Məlumatların bir neçə dəfə təqdim olunması kifayətdir. Odur ki, inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İş materiallarında olan 27.09.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, “AR Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsi” ona məxsus olan “X8” minik markalı, ** AE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xəta törədilməsi zamanı, yəni 23.07.2021-ci il tarixdə idarə etmiş sürücü haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmiş, bununla da 27.09.2021-ci il tarixdə saat 18:00 radələrində İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki həmin avtomobili idarə etmiş fiziki şəxs barəsində məlumat istənilsə də “AR Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsi” hüquqi şəxsi tərəfindən Sumqayıt şəhər Pİ-nin DYPŞ-yə məlumat verilməmişdir. Bununla da, “AR Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsi” Azərbaycan Respublikası İXM-in 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan xəbərdarlıqdan və xəbərnamədən görünür ki, “AR Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsi” sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində tələb olunan məlumatın verilməməsinə görə İXM-in 347-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulması barədə xəbərdar edilmiş və 19.08.2021-ci il tarixdə xəbərnamə digər qaydada qrafasında Tahirə Ağasiyeva adlı əməkdaş tərəfindən imzalanaraq qəbul edilmişdir. “AR Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsi” tərəfindən isə sürücülər barədə məlumat 5 gün müddətində verilməmişdir. Həmin məlumatlar dəyişə bilən olduğundan əvvəllər nəqliyyat vasitəsini idarə etmiş sürücü barəsində məlumatın verilməsi inzibati məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə görə-hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən “AR Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsi” hüquqi şəxsinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Törədilmiş inzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş “AR Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsi” barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 128- 130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Az 5000, ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs “AR Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsi” (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar