Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3292/2025 08.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru Sənan Qasımlının, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, ali təhsilli, "xxxx" MMC-də bölmə rəhbəri işləyən, subay, ünvan 1 ünvanda yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Sənan Qasımlı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(105)-353/2025 nömrəli icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Hazırda 18914,97 manat borcu yaranmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru Sənan Qasımlı izahatında bildirmişdir ki, Şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-353/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(105)- 353/2025 nömrəli nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar tərəflərə və məhkəməyə göndərilmişdir. Bundan başqa borclunun əmlak vəziyyəti yoxlanılmışdır. Hal-hazırda onun digər icra sənədi üzrə tələbi yerinə yertirmədiyinə görə əmək haqqının 50%-nə tutulma yönəldilmişdir. xx.xx.2025-ci il tarixdə borclu icra sənədi üzrə icraata başlamaq haqqında qərarla tanış olmuş və onun izahatı alınmışdır. İzahatında icra sənədi üzrə tələbi tam şəkildə ödəyə bilməyəcəyini qeyd etsə də, ona yenidən tələbin könüllü icrası üçün müddət verilmişdir. Bundan sonra icra idarəsi tərəfindən borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı təqdimat təqdim olunmuş və xx.xx.2025-ci il tarixli Sumqayıt şəhər Məhkəməsinin qərardadı ilə borclunun ölkədə getmək hüququ məhdudlaşdırılmışdır. Tələbkar yenidən şifahi zənglə icra idarəsinə borclunun icra sənədi üzrə tələbi yerinə yetirməməsi ilə bağlı müraciət etmişdir. Bundan sonra borclu yenidən icra idarəsinə dəvət olunmuş və onun izahatı alınmışdır. Borclu izahatında icra sənədi üzrə tələbi tam yerinə yetirə bilməyəcəyini bildirmişdir. Borclu may ayında iki dəfə 200 olmaqla cəmi 400 manat məbləğində tələbkarın kart hesabına ödəniş etmişdir. Bundan başqa, digər icra sənədi üzrə borclunun əmək haqqının 50%-i onun "xxxx" ASC-yə olan borcuna görə tutulur. O, tərtib etdiyi protokolu müdafiə etdiyini bildirmiş və məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, borcun tam şəkildə ödəməsini tələb edir. Borclu may ayından ona cəmi 600 manat məbləğində ödəniş etmişdir. O, müvafiq olaraq may, noyabr, dekabr aylarında 200 manat olmaqla onun kart hesabına ödəniş etmişdir. Məhkəmədən borcunun tam şəkildə ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, özünü təqsirli bilmir. Onun maddi vəziyyəti imkan verdikcə borcundan ödəniş edir. Hal-hazırda icra sənədi üzrə yaranmış borcunu tam şəkildə ödəyə bilmir. Onun aldığı 500 manat əmək haqqının 50%-i "xxxx" ASC-yə olan borcuna görə tutulur. O, borcunu hazırda tam şəkildə ödəməyə imkanı olmadığını, hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Məhkəmə iclasında müdafiəçi qismində iştirak edən Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 bildirmişdir ki, borclu borcun məbləği ilə razıdır və az əmək haqqı almağına baxmayaraq borcundan müəyyən qədər ödənişlər edib. O, borcun ödənilməsindən qərəzli şəkildə yayınmır. Məhkəmədən borclu barəsində həbslə bağlı olmayan, aşağı həddə olan inzibati tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(105)- 353/2025 nömrəli icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Hazırda 18914,97 manat borcu yaranmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 17600 (on yeddi min altı yüz) manat məbləğində pul vəsaiti, ödənilmiş 151,37 (bir yüz əlli bir manat otuz yeddi qəpik) manat dövlət rüsumu, vəkilə hüquqi yardıma görə ödənilən 300 (üç yüz) manat pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edeilmişdir. xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(105)-353/2025 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişlə borcluya icra sənədi üzrə tələbi 10 gün ərzində könüllü icra etməyi xahiş olunmuş, xx.xx.20255ci il tarixdə borcluya təqdim edilmişdir. Şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, icra sənədi barədə xəbərdardır. İcra sənədi üzrə tələbini maddi vəziyyəti qənaətbəxş olmadığına görə icra etməmişdir. Halhazırda 17400 manat borcu qalmışdır. İcra sənədi üzrə borcunu tam olaraq yox, hissəhissə aylıq ödənişlərlə ödəməyə hazırdır. Bildirir ki, əmək haqqının 50%-i bank üçün tutulur. Adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlakı, aidiyyəti təşkilatlarda qiymətli kağız və ya əmanəti yoxdur. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(060)-1106/2025 nömrəli qərardadından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-353/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1986-cı il təvəllüdlü Şəxs (FİN: xxxxxxx) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. “Elektron İcra” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs "xxxx" MMC-də bölmə rəhbəri vəzifəsində işləyir. Aylıq əmək haqqı 555 manatdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, protokol tərtib olunduğu müddətədək borclu Şəxs müəyyən miqdarda ödənişlər etsə də, 18914,97 manat borcu qalmış, icra sənədinin vaxtında və tam icra edilməsi üçün hər hansı üzrlü səbəb müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Həmin Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında İXM-in 32 və 33-cü maddəəərinə əsasən borclunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X1 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 (üç) saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 göstərdiyi 03 (üç) saat hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-3292/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3292/2025
08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver