Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3293/2021 27.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Məmmədovin sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 1022 olan Şəxs (bundan sonra mətndə Şəxs MMC) (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 215.4 və 221.1-ci maddələrinə əsasən 11 oktyabr 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, M.Əsədov küçəsində yerləşən Şəxs MMC-yə məxsus aptek təşkilatında 08.10.2021-ci il tarixdə saat 11:35-də dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satış məqsədilə saxlanılması, sertfikasiyadan keçməyən əczaçının fəaliyyət göstərməsi aşkar olundu. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC barəsində İXMnin 215.4 və 221.1-ci maddələrinə əsasən tərtib edilmiş 11 oktyabr 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər 13.10.2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında işin baxılması 27 oktyabr 2021-ci il tarixə təyin olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC və protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etmədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 215.4 və 221.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC İXM-nin 215.4 və 221.1-ci maddələri ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materialında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin 27 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, 08 oktyabr 2021-ci il tarxixdə Sumqayıt şəhəri, 17-ci mikrorayon, M.Əsədov küçəsində yerləşən Şəxs MMC-də əczaçılıq təşkilatının fəaliyyətinin yoxlanılması barədə planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır. İş materialında olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, yoxlayıcı orqan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 08 oktyabr 2021-ci il tarixdə “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Şəxs MMC-nin Sumqayıt şəhəri, 17-ci mikrorayon, M.Əsədov küçəsində yerləşən əczaçılıq mallarının pərakəndə satışı mağazasında plan üzrə nəzarət yoxlaması aparılmışdır. İş materialında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin 08 oktyabr 2021-ci il tarixli, 424 №-li əczaçılıq müəssisələrinin plan üzrə (növbəti) yoxlama aktından görünür ki, Şəxs MMC-nin Sumqayıt şəhəri, 17-ci mikrorayon, M.Əsədov küçəsində yerləşən əczaçılıq mallarının pərakəndə satışı mağazasında yoxlama zamanı qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatından keçməli olan, lakin dövlət qeydiyyatından keçməyən 1 qutu Valtreks 500 mg № 10, 1 qutu Betaserc 16 mg № 30, 1 qutu Timalin 10 mg № 10, Zyrtec 10 mg № 20, 1 qutu Norvasc 5 mg № 30. 1 qutu Norvasc 10 mg № 30, 2 qutu Ominic Ocas 0,4 mg № 30, 1 qutu Xarelto 15 mg № 28, 1 qutu Xarelto 20 mg № 28, 1 qutu Travmacort 10 mg/1 mg krem №1, 1 qutu Alflutop 1 ml injek № 10, 3 qutu Venfolin 100 meg 200 doza N 1, 4 qutu ventolin 2 mg/5ml sirop № 1, 1 qutu Sustonon 250 mg/mlamp № 1 və 1 qutu İbuprofen 200 mg tab № 50 dərman vasitələri götürülmüşdür. İş materialına əlavə olunmuş 09.04.2019-cu il tarixli Əmək Müqaviləsinin bildirişindən görünür ki, X3 Şəxs MMC-də məşğulluq təsnifatı üzrə əczaçı, pərakəndə satış, Əmək müqaviləsi üzrə əczaçı vəzifəsində işləyir. İş materialına əlavə olunmuş AA № 018427 saylı Azərbaycan Respublikası Diplomundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci Dövlət Atestasiya Komissiyasının 13 iyun 2012-ci il tarixli qərarı ilə X5 əczaçılıq ixtisası üzrə subbakalavr dərəcəsi verilmişdir. İş materialına əlavə olunmuş AB-İİ № 085458 saylı Azərbaycan Respublikası Diplomundan görünür ki, X4 2000-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb məktəbinə daxil olmuş və 06 iyul 2002-ci il tarixdə həmin məktəbi əczaçılıq işi ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət ixtisas komissiyasının 06 iyul 2002-ci il tarixli qərarı ilə X2 əczaçı ixtisası verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 11 yanvar 2018-ci il tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmiş Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydalarının ümumi müddəalarının 1.5-ci bəndinə əsasən “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 4.8-ci maddəsinə əsasən normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, keyfiyyətsiz, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı qadağandır. Həmin qaydaların 4.1.2.4-cü bəndinə əsasən aptek öz funksiyalarını yerinə yetirmək üçün dərman vasitələrinin dövlət standartlarının tələblərinə uyğunluğunu təsdiq edən sertifikatının, Azərbaycan dilində içlik vərəqəsinin olmasına, keyfiyyətinə, effektivliyinə və təhlükəsizliyinə nəzarət qaydalarına riayət etməlidir. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanunun 6.1-ci maddəsinə Bu Qanunun 6.5-ci və 9.3-cü maddələri ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına, Azərbaycan Respublikası ərazisində istehsalına, satışına və istifadəsinə yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan sonra yol verilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, M.Əsədov küçəsində yerləşən Şəxs MMC-yə məxsus aptek təşkilatında 08.10.2021-ci il tarixdə, saat 10:20-də dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş, eləcə də sertifikatı olmayan dərman vasitələri aşkar edilmişdir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 46-cı bəndinə əsasən fasiləsiz olaraq ixtisasları üzrə beş ildən çox işləməmiş həkimlər və əczaçılar müvafiq təhsil müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. İxtisaslarının təsdiq olunmasından sonra İxtisasları üzrə beş ildən çox işləməmiş orta tibb və ya əczaçılıq təhsili olan işçilər dövlət səhiyyə sisteminin müvafiq müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktiki tibb və əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Həmin Qanunun 49-1-ci bəndinə əsasən sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Praktik tibb və ya əczaçılıq fəaliyyətini xüsusi razılıq (lisenziya) əsasında həyata keçirən şəxslərin sertifikasiyadan keçməməsi qanunvericiliyə uyğun olaraq lisenziyanın fəaliyyətinin dayandırılması üçün əsasdır. Həmin Qanunun 59-cu bəndinə əsasən tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar. Məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq qeyd edir ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 46-cı bəndinə əsasən fasiləsiz olaraq ixtisasları üzrə beş ildən çox işləməmiş həkimlər və əczaçılar müvafiq təhsil müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. İxtisaslarının təsdiq olunmasından sonra İxtisasları üzrə beş ildən çox işləməmiş orta tibb və ya əczaçılıq təhsili olan işçilər dövlət səhiyyə sisteminin müvafiq müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktiki tibb və əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Yuxarıda sadalanan iş materialları ilə Şəxs MMC-yə məxsus tibb müəssisəsində çalışan tibb işçinin sertifikasiyadan keçmədən fəaliyyətə buraxılması öz təsdiqini tapmış və Cəmiyyətin İXM-in 215.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tam sübuta yetirilmişdir. Bundan başqa Şəxs MMC-nin Sumqayıt şəhəri, 17-ci mikrorayon, M.Əsədov küçəsində yerləşən əczaçılıq mallarının pərakəndə satışı mağazasında yoxlama zamanı qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatından keçməli olan, lakin dövlət qeydiyyatından keçməyən aşkar edilmişdir. Bu fakt iş materialənda olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin 08 oktyabr 2021-ci il tarixli, 424 №-li əczaçılıq müəssisələrinin plan üzrə (növbəti) yoxlama aktında öz əksini tapmışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İXM-nin 215.4 və 221.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, İXM-nin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 215.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyası həddində inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.4 və 221.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları ilə tam sübut olunur. İXM-in 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. İXM-nin 221.1-ci maddəsinə əsasən bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC İXM-nin 215.4 və 221.1-ci maddələri ilə məsuliyyətə cəlb olunmalıdır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Qanunvericiliyin qeyd olunan tələblərini və inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhəri, 17-ci mikrorayon, M.Əsədov küçəsində yerləşən Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri 20 avqust 2021-ci il tarixli əczaçılıq müəssisələrinin plan üzrə (növbəti) yoxlama aktında göstərilmiş və saxlanca götürülmüş (1 qutu Valtreks 500 mg № 10, 1 qutu Betaserc 16 mg № 30, 1 qutu Timalin 10 mg № 10, Zyrtec 10 mg № 20, 1 qutu Norvasc 5 mg № 30. 1 qutu Norvasc 10 mg № 30, 2 qutu Ominic Ocas 0,4 mg № 30, 1 qutu Xarelto 15 mg № 28, 1 qutu Xarelto 20 mg № 28, 1 qutu Travmacort 10 mg/1 mg krem №1, 1 qutu Alflutop 1 ml injek № 10, 3 qutu Venfolin 100 meg 200 doza N 1, 4 qutu ventolin 2 mg/5ml sirop № 1, 1 qutu Sustonon 250 mg/mlamp № 1 və 1 qutu İbuprofen 200 mg tab № 50) dərman vasitələri müsadirə edilməklə 8.000,00 (səkkiz min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-3293/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3293/2021
27.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver