Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3296/2025 08.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Tağıyeva Fatimə Rahim qızının katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fəhlə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Talışov X8 rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(022)-99/2025 nömrəli icra sənədini üzrsüz səbəbdən icra etməmiş, onun X3 2208 manat məbləğində aliment borcu yaranmışdır. Nəticədə o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 bildirmişdir ki, xx.xx.2025-ci il tarixli Biləsuvar rayon Məhkəməsinin qətnaməsi əsasında icra sənədi tərtib edilmişdir. Onun ümumilikdə icra sənədi üzrə 2208 manat borcu yaranmışdır. xx.xx.2025-ci il tarixdə Biləsuvar rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(022)-99/2025 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. Borcluya icra sənədi üzrə tələbin könüllü icrası barədə bildiriş göndərilmiş, borcunu ödəməsi tələb olunmuşdur. Lakin, o, müəyyən məbləğlər ödəsə də, sonra ödəniş etməmişdir. Protokol tərtib edildikdən sonra borclu tələbkara 600 manat məbləğində ödəniş etmişdir. O, zərər çəkmiş şəxslə məhkəmə iclasında telefon vasitəsilə əlaqə saxlamış, zərər çəkmiş şəxs Biləsuvar rayonunda yaşadığı üçün məhkəmə iclasına gələ bilmədiyini, ona borclu tərəfindən 600 manat ödəniş edildiyini və borclu ilə borcun ayda 300 manat məbləğində olmaqla ödənilməsi ilə bağlı razılığa gəldiyini və iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmədən tərəflərin razılığa gəlmələrinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, işsizlik səbəbindən aliment borcunu ödəyə bilməmişdir. Barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli protokol üzrə 2208 manat aliment borcundan 600 manat ödəmiş, qalan aliment borcunu ayda 300 manat olmaqla ödəyəcəyinə söz vermişddair zərər çəkmiş şəxslə razılığa gəldiklərini bildirmişdir. Qeyd edilənlərə əsasən tərtib edilmiş protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Biləsuvar rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(202)-99/2025 nömrəli icra vərəqəsindən görünür ki, 30 oktyabr 2024-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 05 sentyabr 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs iddiaçı X1 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İcraat başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərarla Biləsuvar rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(022)-99/2025 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, borcludan tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuşdur. Şəxs izahatından görünür ki, icra sənədi barədə xəbərdardır. İcra sənəsi üzrə tələbi işləmədiyi üşün tam şəkildə icra edə bilmir. İcra sənədi üzrə bu günədək 1600 manat ödəniş etmişdir. Adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlakı, aidiyyəti təşkilatlarda qiymətli kağız və ya əmanətləri yoxdur. “Elektron İcra” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, borclu şəxsin mülkiyyətində daşınar və ya daşınmaz əmlak, avtomobil nəqliyyatı ,əmək haqqı, pensiya, təqaüd və sair gəlirləri aşkar edilməmişdir. Məhkəmə iclasında X6 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli protokol üzrə 2208 manat aliment borcundan 600 manat ödəmiş, yerdə qalan aliment borcunu aya 300 manat olmaqla ödəyəcəyinə söz vermişdir. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, icra sənədinin icrasına Şəxs münasibəti qərəzli olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsi ilə əlaqədar məhkəmə prosesində iştirak edən vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Vəkil X7 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-3296/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3296/2025
08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver