Məhkəmə qərarları › İş №3(060)-3300/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3300/2025

06.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3300/2025 06.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili “Alibi” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 03 dekabr 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili “Alibi” Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüş 17.000 Avro qarşılığında mallar qanunverilciliklə müəyyən edilmiş müddət ərzində ölkəyə idxal edilmiş, müvafiq olaraq xx.xx.2024-cü il tarixli **********5879 sorğu nömrəli və xx.xx.2024cü il tarixli **********6788 sorğu nömrəli gömrük bəyannamələri ilə rəsmiləşdirilmişdir. Həmin bəyannamələr bank sistemində vaxtında qeydə alınmadığı üçün ətraflı araşdırma aparılmadan hazırki protokol tərtib edilmişdir. İşin məhkəmə araşdırması zamanı "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 22013 nömrəli məktubla da bu fakt bir daha öz təsdiqini tapır. Göstərilən halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddələrinə əsasən işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin, inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 22013 nömrəli məktubda qeyd edilən bəyannamələrlə mallar idxal edildiyi üçün iş üzrə icraata xitam verilməsinə etiraz etmədiklərini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə inzibati xəta hadisəsi olmadığı üçün Şəxs MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankının 03 dekabr 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokolundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC tərəfindən 17.000 Avro məbləğində vəsaiti bank vasitəsi ilə xx.xx.2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikası rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 02 (iki) il müddətində 17.000 Avro məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarmamışdır. Xəta xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin hüquqi ünvanında, yəni ünvan 1 materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 22013 nömrəli məktubdan görünür ki, Şəxs MMC tərəfindən “X1 və Dış Ticaret A. S.” şirkətinin hesabına köçürülmüş avans ödənişi **********5879 və **********6788 sorğu nömrəli gömrük bəyannamələri ilə tam bağlanılmışdır. Bəyannamələr banka xx.xx.2025-ci ildə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********5879 sorğu nömrəli və xx.xx.2024-cü il tarixli **********6788 sorğu nömrəli gömrük bəyannamələrindən görünür ki, “X1 və Dış Ticaret A. S.” şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına göndərilmiş mallar bəyan edilərək ölkəyə idxal edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə tərəfindən elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə ünvanlanmış ərizədən görünür ki, "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 22013 nömrəli məktubda qeyd edilən bəyannamələrlə mallar idxal edildiyi üçün iş üzrə icraata xitam verilməsinə etiraz etmirlər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüş 17.000 Avro məbləğində vəsaitə görə mallar müvafiq olaraq xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə, yəni qanunvericiliklə müəyyən edilmiş müddət ərzində ölkə ərazisinə idxal edilmiş, lakin malların idxal edilməsi ilə bağlı gömrük bəyannamələri müvəkkil banka təqdim edilmədiyi üçün bank sistemində həmin vəsaitin qarşısı açıq qalmış və hazırki protokol tərtib edilmişdir. İşin məhkəmə baxışı zamanı qeyd edilən anlaşılmazlıq aradan qaldırılaraq gömrük bəyannamələri banka təqdim edilmiş və protokol tərtib etmiş orqanın nümayəndəsi ərizəsində malların idxal edilməsini təsdiq etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, avans olaraq ölkə xaricinə köçürülmüş vəsaitə görə mallar qanunverilciliklə müəyyən edilmiş müddət ərzində ölkəyə idxal edildiyindən hazırki iş üzrə inzibati xəta hadisəsi mövcud deyil, ona görə də iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə xx.xx.2020-ci ildə dəyişiklik edilmiş və həmin dəyişiklik xx.xx.2020-ci ildən qüvvəyə minmişdir. Həmin Qaydaların 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Qeyd edilən səbəbdən də məhkəmə hesab edir ki, hazrıki iş üzrə inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-in 18.4, 40, 43, 53.1.2, 114- 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar