Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3305/2021 22.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı Şəhər İdarəsinin 30.09.2021-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinin 30.09.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1000 AZN məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan X10 şikayət verərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş MN ******* saylı, 30 sentyabr 2021-ci il tarixli qərarın ləğv edilərək inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş 30.09.2021-ci il tarixli ******* saylı qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında material Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş, iş baxılması üçün təyin edilmişdir. X10 şikayəti onunla əsaslandırmışdır ki, vətəndaş X8 "xxxx" MMC-də əmək hüquqlarını pozulması ilə bağlı Azərbaycan Respublikası DƏMX-in Bakı şəhər İdarəsinə olan müraciəti ilə bağlı inzibati xəta haqqında 20.09.2021-ci il tarixli MN №1052275 protokol ünvanına daxil olmuşdur. Tərəfindən həmin məktuba müvafiq qaydada baxılmış və 23.09.2021-ci il tarixli cavab məktubu göndərilmiş və müvafiq məktub səlahiyyətli oran tərəfindən 24.09.2021-ci il tarixdə qəbul edilmişdir. Həmin məktubda da qeyd edildiyi kimi, protokolun tərtib edilmə əsası olan ehtimal edilmiş hüquq pozuntusu üzrə mübahisəyə Bakı şəhər Yasamal Rayon Məhkəməsində 22.07.2021-ci il tarixində baxılaraq 2(004)- 3849/2021 saylı qətnamə qəbul edilmişdir. Müvafiq iş üzrə X2 mübahisəyə dair iddiaları öz əsasını tapmadığından Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli, 2(004)-3849/2021 saylı qətnaməsi ilə həmin iddialar rədd edilmişdir. Qeyd edir ki, qətnamə 23.09.2021-ci il tarixli cavab məktubunda əlavə şəklində Azərbaycan Respublikası DƏMX-in Bakı şəhər İdarəsinə təqdim olunsa da, diqqətə alınmamış və müvafiq məsələ araşdırılmadan qərar qəbul edilmişdir. X1 əmək haqqı hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilməsi faktı birmənalı olaraq mövcud deyildir., bu barədə iddia tamamilə əsassızdır. Belə ki, 21.08.2020-ci il tarixində X8 operator vəzifəsinə işə qəbul edilmiş və daha sonra vəzifə artımı ilə depo müdiri müavini vəzifəsinə keçirilmiş və qoşmaya əlavə edilmiş bank çıxarışlarından da göründüyü kimi ona müvafiq müddətdə vəzifə maaşına və işə çıxma müddətlərinə uyğun olaraq əmək haqqı hesablanaraq ödənilmiş və həmin müddətdə ərizəçini işəgötürənə “Səhv” hesablanmaya dair ümumiyyətlə hər hansı bir iddiası, müraciəti olmamışdır. Həmçinin işçi N.Yaqubovanın məzuniyyət haqqının hesablanma və ödənilməsində qanun pozuntusuna yol verilməsi faktı da tamamilə uydurma və əsassız iddiadır. Belə ki 24.08.2021-ci il tarixində N.Yaqubovanın əmək müqaviləsinə xitam verilmiş və istifadə edilməmiş əmək məzuniyyətinə görə 23 təqvim günü pul əvəzinin ödənilməsi barədə 78/K saylı əmr verilmiş və 60SS8GL0006X1 nömrəli bildirişlə elektron sistemə qeydiyyata alınmışdır. Lakin həmin müddətdə və hazırda da qüvvədə olan "xxxx" MMC-nin müvafiq bank hesabının üzərində olan sərəncam istənilən əməliyyatların icrasını məhdudlaşdırıldığından müvafiq köçürmənin edilməsi mümkün olmamışdır. Yəni məzuniyyət haqqının ödənilməməsi tamamilə işgötürəndən asılı olmayan səbəblərdən olmuş, bununla da o istisnasız olaraq hər hansı qanun pozuntusuna yol verməmişdir. DƏMX-in Bakı şəhər İdarəsinin 30.09.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı 04.10.2021-ci il tarixində ünvanına daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq qərardan şikayət verən şəxs-X10 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş 30.09.2021-ci il tarixli, MN ******* saylı qərarından görünür ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4cü maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 78/K saylı əmrdən görünür ki, X7 24.08.2021-ci il tarixdən cəmiyyətin depo müdir müavini, Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İstifadə edilməmiş əmək məzuniyyətinə görə 23 təqvim günü pul əvəzi ödənilməlidir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3849/2021 saylı, 22.07.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdeh "xxxx" MMC-yə qarşı “ona qarşı etdikləri haqsızlıqlara və əməyindən sui-istifadə edərək qarşılığını ödəmədiklərinə görə 15.000 manat maddi zərərin, bu müddət ərzində ona çəkdirdikləri iztirab və əziyyətlərə görə mənəvi zərərin əvəzi kimi 5.000 manat olmaqla, ümumilikdə 20.000 manat təzminatın cavabdeh "xxxx" MMC-dən tutularaq ona ödənilməi” tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə X5 şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, X10 tərəfindən X3 işdən çıxarılması zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əməl edilməmiş, onunla son haqq-hesab aparılmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.4-cü maddəsinə əsasən İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, X5 şitkayəti əsassız olduğundan rədd edilməlidir. X10 işçinin işdən çıxarılması zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əməl edilməmiş, onunla son haqq-hesab aparılmamış, bunun nəticəsində qanun pozuntularına yol vermişdir. Bununla bağlı kifayət qədər mötəbər sübutlar var, bunu şikayətçi təkzib etsə də məhkəməyə heç bir sübut təqdim etməmişdir. Şikayətçinin şikayətdə bəhs etdiyi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3849/2021 saylı, 22.07.2021-ci il tarixli qətnaməsi ilə həll edilən məsələ ilə inzibati xəta haqqında qərarla tənbeh tətbiq edilən məsələ ayrı-ayrı məsələlərdir. Həmin mülki işə baxılarkən işçi işdən çıxarılmamış və işçiyə məzuniyyət haqqı verilib-verilməməsi həmin işin məhkəmə baxışı predmeti olmamışdır. Şikayətçinin özü də şikayətində işçiyə məzuniyyət haqqı verilmədiyini təsdiq edir, ancaq bunu bank hesablarına məhdudiyyət qoyulması ilə əsaslandırır. Bunu da təsdiq edən mötəbər sübut yoxdur və bu da işçıyə son haqq-hesab verilməməsinə bəraət qazandırmır. Ona görə də, məhkəmə hesab edir ki, X9 inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X6 şikayəti təmin edilməsin. X5 vəzifəli şəxs kimi Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinin 30.09.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-3305/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3305/2021
22.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver