Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-3309/2020 28.12.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, X2 Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə 3000 manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X3 rəisinin MN ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərarından X2 verdiyi şikayət üzrə materialın baxılmağa hazırlanması məsələsinə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinə X2 Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə 3000 manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X3 rəisinin MN ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərarından X2 verdiyi şikayət daxil olmuşdur. Şikayətdən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X3 rəisinin MN ******* nömrəli, xx xxxxxx 2020ci il tarixli inzibati xəta haqqında qərarı ilə X5 Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə 3000 manat cərimə edilmişdir. Şikayət xx xxxxxx 2020-ci ildə məhkəməyə daxil olmuşdur. Mübahisələndirilən qərarın surəti şikayətə əlavə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 132.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Müəyyən edilmişdir ki, X2 şikayəti qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməklə, eyni zamanda aidiyyat qaydaları pozulmaqla verilmiş, müddətin bərpa edilməsinə dair vəsatət verilməmişdir. Belə halda şikayətin vaxtında verilib-verilməməsini, prosessual müddətin buraxılıb-buraxılmamasını, qərarın qanuniliyini və əsaslılığını yoxlamaq mümkün deyildir. Bunlar inzibati xəta haqqında qərardan verilən şikayət üzrə icraatı rədd edən hallardandır. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, X1 rayonunda qeydiyyatdadır, qeydiyyatsız olaraq Sumqayıt şəhərində ünvansız evdə yaşayır, inzibati xəta hadisəsi isə Bakı şəhəri, Binəqədi rayonunun ərazisində törədilmişdir. Qanunun tələbinə görə inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X2 şikayəti icraata qəbul edilə bilməz. Şikayət qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməklə verilmiş, müddətin bərpa edilməsinə dair vəsatət verilməmişdir. Onun şikayətindən aydın deyildir ki, o, işə yaşayış yeri üzrə Lerik Rayon Məhkəməsində və ya inzibati xətanın törədildiyi yer üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmasını istəyir. Sumqayıt Şəhər Məhkəməsi bu işə baxmağa səlahiyyətli deyildir. X4 izah edilməlidir ki, nöqsanları aradan qaldıraraq şikayətlə birlikdə şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətlə aidiyyatı üzrə məhkəməyə müraciət edə bilər. Şərh olunanları və Azərbaycan Respublikası İXM-nin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə 3000 manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X3 rəisinin MN ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərarından X2 verdiyi şikayət icraata qəbul edilməsin. X4 izah edilsin ki, nöqsanları aradan qaldıraraq şikayətlə birlikdə şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə aidiyyatı üzrə məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim Fikrət Əliyev
Məhkəmə qərarları › İş №3(060)-3309/2020
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-3309/2020
28.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver