Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3309/2021 29.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi ilə, xx.xx.1988-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Qobu qəsəbəsi, X.Rza küçəsi, ev 20C-də yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər Məhkəməsinə 14.10.2021-ci il tarixdə vətəndaş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 05 oktyabr 2021-ci il tarixli AP ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokola əsasən sürücü Sumqayıt şəhəri, Nərimanov küçəsində hərəkət edən zaman Sülh küçəsində kəsişmədə velosipedçi qəfildən dönərək qarşısına çıxmış və onu vuraraq bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi və barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xətaya dair iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 21 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, 21.08.2021-ci il tarixdə saat 16:05-də Sumqayıt şəhər TTYX-dan məlumat daxıl olmuşdur ki, Sumqayıt şəhəri Nərimanov küçəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Hümbətov Toğrul Vəkil oğlu xəsarət almış və təcili yardım xəstəxanasına müraciət etmişdir. Araşdırma zamanı X1 izahat verərək göstərmişdir ki, 21.08.2021-ci il tarixdə təxminən saat 15:45 radələrində idarə etdiyi “Renault Megane” markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhər Nərimanov küçəsi ilə Sülh küçəsinin kəsişməsi istiqamətində yolun soldan 1-ci hərəkət zolağı ilə təxminən 50-60 km/saat surətlə hərəkətdə olduğu zaman qarşısında eyni istiqamət üzrə sağdan 1-ci hərəkət zolağı ilə hərəkət edən velosepedçi qəflətən sola doğru dönmə əməliyyatı edərək qarşısına çıxmış və qabaq hissəsi ilə onun avtomobilinin qabaq sağ qanadı ilə toqquşmaqla aşmışdır. Həmin an o, dərhal maşını saxlayıb velosepedçiyə yardımlar göstərib sonuncunu xəstəxanaya çatdırmış və tibbi müayinələrdən keçirmişdir. Bundan sonra xəsarət alan velosepedçiyə müalicə xərci üçün 50 (əlli) manat pul vermişdir. Hadisə vaxtı maşında tək olmuş, özü xəsarət almamış, avtomobilinin sağ qanadı və sağ qapının kantı əzilmiş, hadisədən öncə spirtli içki qəbul etməmişdir. Həmçinin araşdırma zamanı faktla bağlı Hümbətov Toğrul Vəkil oğlunun hadisənin mahiyyəti üzrə izahatını almaq məqsədi ilə sonuncunun Sumqayıt şəhər TTYX-da qeydiyyat kitabinda qeyd olunmuş ***-***-**-** nomrə ilə işləyən mobil telefonu vasitəsi ilə əlaqə saxlanılmış, telefona cavab verən Cavid adlı şəxs bildirmişdir ki, Toğrul Hümbətov onun yeznəsidir, sonuncu lal-kar qusurlu olduğundan, həmçinin baş vermiş hadisəyə görə və xəsarət almağı ilə bağlı şıkayət və tələbi olmadığından, ona dəymiş maddi ziyan hadisəni törədən avtomobil sürücüsü tərəfindən tamamilə ödənildiyindən, Toğrulun məhkəmə tibbi ekspertiza müayinəsindən keçməkdən könüllü olaraq imtina etdiyindən, nə Toğrul nə də onun ozü Sumqayıt ŞPİ-yə gəlməkdən və material üzrə izahat verməkdən imtina etmişlər. Bu baxımdan T.Hümbətovun material üzrə izahatını almaq mümkün olmamışdır. Bu barədə tərtib edilmiş protokol materiala əlavə edilmişdir. Təhqiqat zamanı yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alan Hümbətov Toğrul Vəkil oğlu məhkəmə tibbi ekspertiza müayinəsindən imtina etdiyindən ona qərarla tibbi sənədlər əsasında məhkəmə tibbi ekspertizası təyin edilmiş, keçirilmiş məhkəmə tibbi ekspertizasının ekspert rəyinə əsasən T.Hümbətovun bədən səthində aşkar edilmiş xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yol nəqliyyat hadisəsi zamanı və 21.08.2021-cı il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvuran xəsarətlərə aid edilir. Həmçinin icraat zamanı sürücü Şəxs qüvvədə olan sürücülük vəsiəqəsinin olduğu və hadisə vaxtı avtomobili idarə etmək hüququnun olduğu sübut olunmuşdur. İş materiallarında 21.08.2021-ci il tarixl 6134 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, inzibati xəta hadisəsi baş verən vaxtda Şəxs alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. İş materiallarından görünür ki, Hümbətov Toğrul Vəkil oğlunun şikayəti yoxdur. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə əsasən prokuror həmin Məcəllənin konkret göstərilən maddələrində nəzərdə tutulan inzibati xətalardan əlavə həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən digər inzibati xətalar haqqında işlər üzrə də icraatın başlanması haqqında qərar qəbul etmək hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Beləliklə, Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam təsdiq olunur. Odur ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Şəxs təqsirli bilindiyi AR İXM-in 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Abşeron rayonu üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-3309/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3309/2021
29.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver