Məhkəmə qərarları › İş №3(060)-3313/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3313/2021

04.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3313/2021 04.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X1 iştirakları ilə, Bakı şəhəri Xətai rayonu 37-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş 23.08.2021ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X3 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X3 şikayətlə Bakı şəhəri Xətai rayonu 37-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş 23.08.2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Xətai rayonu 37-ci Polis Bölməsinin nümayəndəsi müvafiq olaraq gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X3 bildirdi ki, 23 Avqust 2021-ci il tarixdə o, 175 nömrəli Baku Bus sərnişin avtobusunda 28 May istiqamətində hərəkət edən zaman sahə inspektoru 175 nömrəli sərnişin avtobusunu saxlamışdır. Qanuna əsasən, onun « avtobusdan düş» əmrinə riayət etmişdir. Avtobusdan düşəndən sonra sahə inspektoru X2 ona yaxınlaşmış və saxlama səbəbini deyərək, sənədlərini istədi. Bakı şəhəri Xətai rayonu 37-ci bölmədən sahə inspektoru X2 bildirdi ki, guya o, avtobusda hərəkət edən zaman tibbi maskadan düzgün istifadə etməyib. O isə öz növbəsində ona etiraz edərək, tibbi maskadan istifadə etmişdi və şahidi, X4 da yanında olub. O da onun avtobusda olarkən maskada olduğunu təsdiq edə bilər. Onun inzibati pozuntu etdiyini tam sübut etmədən, sahə inspektoru X2 ona EXP ******* saylı inzibati protokol tərtib etdi. Bakı şəhəri Xətai rayonu 37-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş 23.08.2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X5 məhkəmə iclasında bildirdi ki, həqiqətən də 23 Avqust 2021-ci il tarixdə o, 175 nömrəli Baku Bus sərnişin avtobusunda X3 ilə birlikdə 28 May istiqamətində hərəkət edən zaman hər ikisi tibbi maskadan istifadə edirdi. Lakin bu zaman polis əməkdaşları avtobusu saxlamış və E.Fərəcova avtobusdan düşməsini bildirmiş, o da könüllü surətdə avtobusdan düşərək polis əməkdaşlarına yaxınlaşmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 211.3-cü maddəsinə əsasən bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşma çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 1 mart 2016-cı il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə inzibati iş üzrə şikayət vermiş şəxs və qərardakı ziddiyyətləri aradan qaldırmaq və iş üzrə obyektiv araşdırma aparmaq məqsədilə Bakı şəhəri Xətai rayonu 37ci Polis Bölməsinə sorğu göndərərək 23.08.2021-ci il tarixli, EPQ ******* saylı qərar üzrə inzibati xəta hadisəsinin baş verdiyini və X3 tərəfindən törədildiyini sübut edən inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitə ilə çəkilmiş foto və video materialları Sumqayıt şəhər Məhkəməsinə təqdim etməyi xahiş etmişdir. Lakin üzərindən xeyli vaxt keçməsinə baxmayaraq şəxsən inzibati xətanı törətməsini sübut edən foto və videogörüntülər Məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə materialları araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta hadisəsini törətməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilmədiyindən barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X1 şikayəti təmin olunmalı, Bakı şəhəri Xətai rayonu 37-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş 20.09.2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsi ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X3 barəsində Bakı şəhəri Xətai rayonu 37-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş 20.09.2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar İXM-nin 134.1.3-cü və 53.0.2-ci maddələrinə əsasən ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar