Məhkəmə qərarları › İş №3(060)-332/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-332/2023

02.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-332/2023 02.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5, Tələbkar "xxxx" BOKT MMC-nin direktoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işrirakı ilə, xx.xx.1998-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 tərəfindən xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3326/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs oğlndan 27356,00 (iyirmi yeddi min üç yüz əlli altı) manat "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməli olsa da, borclu üzürsüz səbəbdən məhkəmə qərarını icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 məhkəmə iclasında bildirdi ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3326/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 27356,81 (iyirmi yeddi min üç yüz əlli altı manat səksən bir qəpik) manat pul vəsaiti və 172,59 (bir yüz yetmiş iki manat əlli doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun X1, Şəxs, X2 və X4 müştərək qaydada tutularaq "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Borclu tərəfindən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə dəvət olunmuş və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq gəlməmiş və borcu ödəməmişdir. Onun barəsində axtarış elan edilmiş, Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt şəhəri üzrə İcra İdarəsinə təhvil verilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqnda protokol tərtib olunaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Hal-hazırda borcdan 400 (dörd yüz) manat ödəmişdir. Protokolu müdafiə etdiyini və borclu Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3326/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 27356,81 (iyirmi yeddi min üç yüz əlli altı manat səksən bir qəpik) manat pul vəsaiti və 172,59 (bir yüz yetmiş iki manat əlli doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun X1, ondan, X2 və X4 müştərək qaydada tutularaq "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İşləmədiyi üçün indiyədək ödəniş edə bilmədiyini, hal-hazırda borcdan 400 (dörd yüz) manat ödəniş etdiyini və əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Tələbkar "xxxx" BOKT MMC-nin direktoru X6 məhkəmə iclasında bildirdi ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3326/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 27356,81 (iyirmi yeddi min üç yüz əlli altı manat səksən bir qəpik) manat pul vəsaiti və 172,59 (bir yüz yetmiş iki manat əlli doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun X1, Şəxs, X2 və X4 müştərək qaydada tutularaq "xxxx" BOKT MMCnin xeyrinə ödənilməsi qət edilmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borlu borcu ödəməmişdir. Borcun tam ödənilməsini tələb edir. Borclu Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarı izahatını dinləyib belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 tərəfindən xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3326/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs oğlndan 27356,00 (iyirmi yeddi min üç yüz əlli altı) manat "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməli olsa da, borclu üzürsüz səbəbdən məhkəmə qərarını icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona inzibati cərimə cəzası tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar