Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-333/2021 27.01.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, Müdafiəçi- Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil, Sumqayıt şəhəri Polis İdarəsi 1-ci PB-nin sahə rəisi, polis leytenantı X5 oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsxx.xx.1992-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Sumqayıt şəhər Məhkəməsinə Sumqayıt ŞPİ-nin 1-ci X1 Xanım Teymur qızı barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətaya dair MN ******* saylı, 27.01.2021-ci il tarixli protokol daxil olmuşdur. Protokoldan görünür ki, Şəxs 12.12.2020-ci il tarixdə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında çıxış edən Sumqayıt şəhəri 1-ci PB-nin sahə rəisi, polis leytenantı X3 bildirdi ki, vət. Şəxs 12.12.2020-ci il tarixdə vət.Pirov Fuad Akif oğlu bölməyə gəlib şikayət ərizəsi yazmaq istəyən zaman bölmənin iş rejimini pozmuş və dəfələrlə nizam-intizama dəvət olunmasına baxmayarq sahə rəisi Tural Kazımovun qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən də onun barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətaya dair protokol tərtib olunmuşdur. Barəsində qanunamüvafiq tədbir görülməsini Məhkəmədən xahiş edir. Məhkəmədə verdiyi izahatında barəsində protokol tərtib olunmuş şəxs Şəxs bildirdi ki, Pirov Fuad adlı şəxsi tanıyır. Fuadın ona borcu vardır. Bu səbəblə 12.12.2020-ci il tarixdə Fuadın evinə gedərək borcunu tələb etmiş, sonuncu isə onu narahat etdiyi üçün DİN-nin 102 xidmətinə zəng edib şikayət etmişdir. Daha sonra Fuad şikayət ərizəsi yazmaq üçün 1-ci PB-nə gəlmiş, özü də orada olmuşdur. Fuad bölmənin akt zalında ərizə yazarkən içəri daxil olub ona söz demək istədikdə Tural kazımov kobud şəkildə akt zalını tərk etməyi söyləmiş, buna görə də qorxudan qışqırmışdır. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində izahat vermiş polis nəfəri X4 bildirdi ki, Sumqayıt şəhəri Polis İdarəsi 1-ci Polis Bölməsində sahə rəisi vəzifəsində xidmət edir. 12.12.2020-ci il tarixində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat qrupunda olduğu zaman vətəndaş Pirov Fuad Akif oğlu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gəlib şikayət ərizəsi yazmaq istəyərkən sonradan adının Şəxs olduğunu bildiyi bir xanım da gəlib bölmənin iş rejimini pozmağa və qışqırmağa başlamışdır. O da öz növbəsində həmin xanımı nizam-intizama dəvət etmiş, lakin həmin xanım buna məhəl qoymayıb polisin qanuni tələblərinə tabe olmamışdır. Buna görə də tərəfindən raport yazılıb aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini Məhkəmədən xahiş etdi. İş materiallarını araşdıraraq, inzibati xəta törətmiş şəxsi dinləyərək və işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv qiymət verərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. Məhkəmə, hesab edir ki, inzibati xəta törətməkdə təqsirləndirilən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə cəzası tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 535.1-ci maddələrini rəhbər tutatarq, məhkəmə Qərara aldı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “xxxx” ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-333/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-333/2021
27.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver