Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-334/2025 21.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Azərbaycan Respublikası DİN Baş X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 20101991 saylı elektron inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elçin Xasiyev tərəfindən barəsində inzibati cərimənin tətbiqi barədə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 20101991saylı qərarı ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş materialları tədqiq edilərkən müəyyən edilmişdir ki, qərardan şikayət etmiş X2 xx.xx.2025-ci il tarixində ərizəsi məhkəməyə daxil olmuşdur. Ərizədə şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə qərardan şikayət etmiş X2 ərizəsini nəzərə alaraq hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər qərardan şikayət etmiş şəxsə geri qaytarılmalıdır. Ərizənin təmin edilməsi qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-132-ci maddələrini rəhbər tutaraq rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 tərəfindən Azərbaycan Respublikası DİN Baş X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 20101991 saylı elektron inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və ona əlavə olunmuş sənədlər baxışdan çıxarılmaqla X4 geri qaytarılsın. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-334/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-334/2025
21.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver