Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-335/2021 27.01.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Bakı şəhər Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsinin 24 yanvar 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş inzbati tənbeh vermə haqqında qərarı ləğv edilməsinə dair X2 ərizəsinə hazırlıq iclasında baxaraq müəyyən etdi: X5 şikayət şikayət ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 24 yanvar 2021-ci il tarixli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş inzbati tənbeh vermə haqqında qərarını ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər 27 yanvar 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmə şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, şikayətə əlavə olunmuş sənədlərə inzibati xəta haqqında qərar əlavə olunmamışdır. İnzibati xəta haqqında qərarın mövcudluğu halında həmin qərarla hüquqları məhdudlaşdırılan inzibati xəta törədən şəxs İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan qaydada şikayətlə müraciət edə bilər. Məhkəmə belə hesab edir ki, X5 Bakı şəhər Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsinin 24 yanvar 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsinə dair şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər natamam olduğundan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132, 132.1.2-ci maddələrinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub olmamasının məsələlərini həll edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhər Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsinin 24 yanvar 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş inzbati tənbeh vermə haqqında qərarını ləğv edilməsinə dair X2 şikayət ərizəsi ona əlavə olunmuş sənədlə birlikdə X3 geri qaytarılsın. Şikayət vermiş şəxs X3 izah olunsun ki, qərardadda göstərilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-335/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-335/2021
27.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver