Məhkəmə qərarları › İş №3(060)-335/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-335/2024

01.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-335/2024 01.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6, zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) X5 iştirakları ilə, xx.xx.1988-ci ildə, Qubadlı rayonunda doğulmuş, subay, orta təhsilli, işsiz, Qubadlı rayonu, Yuxarı Mollu kəndi ərazisində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib olunmuşdur, ona görə ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-329/19 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrsüz səbəbdən icra edilməmiş və nəticədə 1800 manat borc yaranmışdır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar xx.xx.2024-cü ildə məhkəməyə daxil olmuşdur. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 məhkəmə iclasında bildirdi ki, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tələbkarın ərizəsinə əsasən tərtib olunmuşdur. Borclu, Qubadlı Rayon Məhkəməsinin 2(028)-329/19 saylı, xx.xx.2019-cu il tarixli icra sənədini üzrsüz səbəbdən icra etmir. Tələbkarın dediyinə əsasən onun 1800 manat borcu var. Bu gün borclu həmin borcdan 300 manat ödəniş edib. Ola bilsin ki, tərəflər öz aralarında razılaşaraq müəyyən ödənişlər ediblər və həmin ödənişlər barədə icra məmuruna məlumat verməyiblər. Borc yalnız tələbkarın bildirdiklərinə əsasən hesablanıb. Qeyd edilənlərə əsasən o, qanunvericiliyin tələbinə uyğun inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, onun tələbkara 1800 manat borcu yoxdur. Belə ki, 2023-cü ilin noyabr-dekabr aylarında və 2024-cü ilin yanvar ayında borc qalmışdı ki, bu da 900 manat edir. Hazırda həmin borcdan 300 manat ödəniş edib və 600 manat boru qalıb. Şəxs qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) X9 məhkəmə iclasında bildirdi ki, Şəxs ona müxtəlif vaxtlarda ödənişləri ləngitmiş və bu səbəbdən 1800 manat borcu yığılmışdır. Hazırda həmin borcdan 300 manat ödəniş edilmiş və 1500 manat borc qalmışdır. Borcun hansı dövrlərdə yarandığını dəqiq deyə bilməz. Zərərçəkmiş şəxs qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. X1 inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarından görünür ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-329/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs hər ay 100 manat sabit pul məbləğində aliment xx.xx.2019-cı il tarixdən başlayaraq tutulub xx.xx.2010-cu il tarixdə doğulmuş X10 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, hər ay 100 manat sabit pul məbləğində aliment xx.xx.2019-cı il tarixdən başlayaraq tutulub xx.xx.2012-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün və hər ay 100 manat sabit pul məbləğində aliment xx.xx.2019-cı il tarixdən başlayaraq tutulub xx.xx.2018-ci il tarixdə doğulmuş X11 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X7 verilməlidir. Hazırda tələbkar icra sənədi üzrə borclunun 1500 manat borcu qaldığını, borclu isə icra sənədi üzrə cəmi 600 manat borcu qaldığını bildirir. İcra məmuru isə inzibati xəta haqqında protokolun tələbkarın verdiyi məlumat əsasında tərtib edildiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir (100). Qeyd olunan normanın məzmunundan göründüyü kimi barəsində inzibati xəta haqqında icraat aparılan fiziki və yaxud hüquqi şəxs barədə və inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatların toplanılması və bu məlumatların protokola daxil edilməsi məhkəmənin deyil, inzibati xəta haqında protokol tərtib etmiş səlahiyyətli orqanın vəzifəsidir. İXM-də göstərilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərartdad qəbul edilir (109.1.6.). Göründüyü kimi inzibati xətaya dair işə baxılması mərhələsində inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə natamamlıq müəyyən edilmişdir. Belə ki, Şəxs icra sənədi üzrə borcunun dəqiq məbləği inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə müəyyən edilmir. Bu səbəbdən qeyd olunan natamamlığın aradan qaldırılması üçün inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər İcra İdarəsinə geri qaytarılsın. Sumqayıt şəhər İcra İdarəsinə qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilmiş nöqsanlar tam aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar