Məhkəmə qərarları › İş №3(060)-3350/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-3350/2025

08.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-3350/2025 08.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Sumqayıt Regional Reklam İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə xx.xx.2025-cü il tarixli MN seiyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə İXM-in 112.1.4-cü maddəsinə əsasən işə protokol tərtib etmiş orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın, yəni Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Sumqayıt Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq inzibati xəta haqqında protokolun və ona əlavə edilmiş sənədlərin geri qaytarılması xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin ərizəsini nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılmadan inzibati xəta haqqında protokol tərtib etmiş orqanq geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İXM-in 114-cü maddəsinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Sumqayıt Regional Reklam İdarəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim : Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar