Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-3355/2021 18.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin sahə rəisi polis mayoru X9, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs - Şəxs, Zərərçəkmiş şəxs - X6 və X1, Tərcüməçi - X2, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil Hüseyn oğlunun iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xətanı törətməsinə dair Sumqayıt ŞPİ-nin 4-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi : Sumqayıt şəhər Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 17 oktyabr 2021-ci il tarixli, MN ******* nömrəli və 17 oktyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar daxil olmuşdur. İnzibati xəta haqqında protokollardan görünür ki, Şəxs 11.10.2021-ci il tarixdə saat 17:00-da Sumqayıt şəhəri 14-cü məhəllə ərazisində X4 pulun çıxarılmasında X10 köməklik edən zaman sonuncunun 287 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa o, 15.10.2021-ci il tarixdə saat 12:50-də Sumqayıt şəhəri 14-cü məhəllə ərazisində yerləşən Beynəlxalq Banka məxsus kartdan 186 manat pul çıxararaq X3 qarşı dələduzluq etmişdir. Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 17 oktyabr 2021-ci il tarixli, MN ******* nömrəli və yenə həmin məcəllənin 227-ci maddəsi ilə 17 oktyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)- 3354/2021 №li iş, və 3(060)-3355/2021 №li iş bir icraatda, 3(060)-3354/2021 nömrə ilə birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 17 oktyabr 2021-ci il tarixli, MN ******* nömrəli və yenə həmin məcəllənin 227ci maddəsi ilə 17 oktyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-3354/2021 №li iş, və 3(060)-3355/2021 №li iş bir icraatda, 3(060)-3354/2021 nömrə ilə birləşdirilsin. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-3355/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-3355/2021
18.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver