Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3359/2021 01.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Məmmədovun sədrliyi Məhkəmə iclas katibi Aslan Haqverdi oğlu İsgəndərovun katibliyi ilə, xx.xx.2000-ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Ağdam rayonu, Xıdırlı kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Buna görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Sumqayıt şəhər Dövlət yol polis şöbəsi İTÜBİ polis mayoru X1 tərəfindən 29.08.2021-ci il tarixində İXP ******* №li protokol tərtib edilmişdir. Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsi tərəfindən Şəxs barəsində tərtib olunmuş İXP ******* №li inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 18.10.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətinə baxır. İnzibati xəta haqqında işə baxılması 01 noyabr 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, Şəxs və Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsi müvafiq olaraq gəlmədiyindən və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında İXP ******* №li qərarın qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. İXM-nin 529.3-cü maddəsinin dispozisiyasına əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə məsuliyyət (nəqliyyat vasitəsinin idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır) nəzərdə tutulmuşdur. İnzibati xəta haqqında işə baxılarkən İXM-nin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıranhallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, nəzərə alaraq ona nəqliyyat vasitələrini idarə etmə hüququnu məhdudlaşdırma növündə tənbeh verilməsini məqsədə uyğun hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114, 114, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov AZƏRBAYCAN RESPUBLİKASİ SUMQAYİT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Məhkəmə Kompleksi Sumqayıt şəhəri, Sülh prospekti 70. Tel: (018) 655-03-03: Daxili: 43071 01 noyabr 2021-ci il İş № 3(060)- 3359/2021 Şəxs Ünvan: Ağdam rayonu, Xıdırlı kəndi Sumqayıt şəhər polisi idarəsi Dövlət yol polis şöbəsinə Ünvan: Sumqayıt şəhəri, İnşaatçılar qəs., Rustavi küç., ev 13/31 Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3359/2021 saylı iş üzrə qəbul etdiyi 01 noyabr 2021-ci il tarixli qərarın surəti Sizə göndərilir. Qoşma: qərarın surəti Hakim Elçin Məmmədov İş № 3(060)-3359/2021 Məhkəmə İclasının Protokolu 01 noyabr 2021-ci il Sumqayıt şəhəri Sumqayıt Şəhər Məhkəməsi X2 Məmmədovun sədrliyi, Məhkəmə iclas katibi Aslan Haqverdi oğlu İsgəndərovun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər polis idarəsi dövlət yol polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxılır. İclas saat 09:30 da başlandı. Sədirlik edən məhkəmə iclasını açdı və baxılası işi elan etdi. Məhkəmə iclas katibi məruzə edərək bildirdi ki, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və protokolu tərtib etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Sədrlik edən yerində müşavirə edərək qərara aldı: Məhkəmə iclası barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokolu tərtib etmiş şəxsin nümayəndəsinin iştirakları olmadan davam etdirilsin. Sədrlik edən baxılan iş üzrə məruzə edərək bildirdi ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Buna görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Sumqayıt şəhər Dövlət yol polis şöbəsi İTÜBİ polis mayoru X1 tərəfindən 29.08.2021-ci il tarixində İXP ******* №li protokol tərtib edilmişdir. Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsi tərəfindən Şəxs barəsində tərtib olunmuş İXP ******* №li inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 18.10.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bu müzakirə olunmalıdır. Sədrlik edən müşavirə otağına getdi, qayıtdıqda qərarı elan etdi. Sədrlik edən məhkəmə iclasını bağlı elan etdi. Sədrlik edən: Katib:
Məhkəmə qərarları › İş №3(060)-3359/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3359/2021
01.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver