Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3361/2025 25.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, X1, Qərarından şikayət verilmiş şəxs Sumqayıt ŞPİ-nin X8 Şöbəsinin YPX inspektoru X3 iştirakı ilə, Sumqayıt ŞPİ-nin X8 Şöbəsinin YPX inspektoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt ŞPİ-nin X8 Şöbəsinin YPX inspektoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İXM-in 330.0.1-ci maddəsinə əsasən “yol verilməsi” dedikdə piyadanın hərəkət istiqamətini və sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür. Piyada baxmalıdır ki, yaxınlaşmaqda olan nqəliyyat vasitəsi uzaqdadır, sonra piyada keçidinə daxil olmalıdır. Video görüntülərdən aşkar şəkildə görünür ki, o piyada keçidinə bir yaxud yarım metr qalmış piyada anidən özünü piyada keçidinə atır. Maşında körpə uşaq olduğu üçün anidən tormozlama edə bilməmişdir. Bu barədə etirazını YPX inspektporuna da bildirmiş və ona qərarsız protokol yazmasını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayətini müdafiə edərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş şəxs Sumqayıt ŞPİ-nin X8 Şöbəsinin YPX inspektoru X3 şikayətlə razılaşmayaraq bildirmişdir ki, video görüntülərdən də göründüyü kimi X4 idarə etdiyi avtomobillə kifayət qədər uzaq məsafədə olduğu zaman piyadalar yola daxil olmuşlar, yolda olan hərəkət sürəti və intensivliyi sürücü Zərbəliyrvin idarə etdiyi nəqliyyat vasitəsini tam dayandırması üçün uyğun olmuş, lakin sonuncu piyadalara yol vermədən hərəkətini davam etdirmişdir. Sürücü yerində narazlıq etdiyi üçün protokol tərtib etmək istəmiş, lakin bort kompüterdə nasazlıq olması səbəbindən qərar çıxmışdır. Göstərilən halları nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt ŞPİ-nin X8 Şöbəsinin YPX inspektoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş baxılması üçün Sumqayıt ŞPİ-nin X8 Şöbəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt ŞPİ-nin X8 Şöbəsinin YPX inspektoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə saat 17:26 radələrində Sumqayıt şəhəri, Babək küçəsində “BYD Destroyer 05 Plug-İn Hibrid” minik markalı **- SO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol vermədiyinə görə Azərbaycan Respublikası İXM-in 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında baxış keçirilmiş video görüntülərdən görünür ki, “BYD Destroyer 05 Plug-İn Hibrid” minik markalı **-SO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Sumqayıt şəhəri, Babək küçəsində hərəkətdə olarkən həmin nəqliyyat vasitəsindən öndə nizamlanmayan piyada keçidinə piyadalar daxil olur, həmin vaxt “BYD Destroyer 05 Plug-İn Hibrid” minik markalı **-SO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hərəkətini davam etdirdiyi üçün piyadalar ani dayanır, qeyd edilən nəqliyyat vasitəsi isə piyada keçidinə təxmini bir metr qalmış ani tormozlama etsə də hərəkətini tam dayandırmadan yoluna davam edir. Video görüntülərə əsasən həmçinin müəyyən edilir ki, piyadalar nizamlanmayan piyada keçidinə daxil olduğu və sürücülərin görünüş dairəsinə düşdüyü vaxt “BYD Destroyer 05 Plug-İn Hibrid” minik markalı **-SO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidindən təxmini 15 metr məsafədə olmuşdur. Beləliklə də, məhkəmə araşdırması müəyyən edilmişdir ki, sürücü X4 yuxarıda qeyd olunan və ona istinad edilən inzibati xəta hadisəsinin mövcudluğu ilə yerində razılaşmasa da, YPX inspektoru tərəfindən Azərbaycan Respublikası İXM-in 124.3 və 124.4-1-ci maddələrinin tələbləri gözlənilmədən sürücü barəsində özü inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, sürücü inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığı üçün onun barəsində YPX inspektoru tərəfindən Azərbaycan Respublikası İXM-in 124.3-cü maddəsinin tələblərinə əsasən yalnız inzibati xəta haqqında protokol tərtib edilə bilərdi və həmin protokol İXM-in 124.4-1-ci maddəsinin tələblərinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməli idi. Göründüyü kimi YPX inspektoru tərəfindən xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən Azərbaycan Respublikası İXM-in 124.3 və 124.4-1-ci maddələrinin tələbləri gözlənilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, indiki halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığı üçün YXP inspektorunun yerində inzibati xəta haqqında iş üzrə qərar qəbul etmək səlahiyyəti olmamışdır, ona görə də Sumqayıt ŞPİ-nin X8 Şöbəsinin YPX inspektoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş baxılması üçün Sumqayıt ŞPİnin X8 Şöbəsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-1-ci maddəsinə əsasən bu Məcəllənin 124.4-cü maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) həmin iş üzrə bu Məcəllənin 124.4-cü maddəsinə uyğun olaraq əl ilə nömrələnmiş blankda tərtib edilmiş qərar qəbul edir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.5-2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti qismən təmin olunsun. Sumqayıt ŞPİ-nin X8 Şöbəsinin YPX inspektoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Sumqayıt ŞPİ-nin X8 Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-3361/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3361/2025
25.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver