Məhkəmə qərarları › İş №3(060)-3362/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-3362/2025

17.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-3362/2025 17.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızı, Azərbaycan Respublikasının DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ31474898 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə işin baxılmağa hazırlanması mərhələsində baxaraq, MÜƏYYƏNETDİ: X2 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək xx.xx.2025-ci il tarixli EQ31474898 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayətə baxmağa hazırlıq zamanı iş üzrə icraatı rədd edən halların mövcud olmasını müəyyən etmişdir. Belə ki, X2 tərəfindən şikayətə əlavə edilmiş qərardan görünür ki, X1 barəsində İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməsi ilə əlaqədar 80 manat manat məbləğində cərimə edilməsi barədə qərara alınmışdır. Lakin, cərimə olunan şəxs X1 olduğu halda şikayət X2 tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək hüququ olan şəxslərin dairəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində dəqiq müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində şikayət vermək hüququ olan subyektlərin dairəsi dəqiq göstərildiyinə görə geniş təfsir edilə bilməz və yalnız həmin maddədə sadalanan şəxslər inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraatda müdafiəçi, zərərçəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə iştirak edə bilər. Həmin Məcəllənin 65.1-1-ci maddəsinə əsasən məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə icraata fiziki şəxsin müdafiəçisi qismində yalnız vəkil, zərər çəkmiş fiziki şəxsin nümayəndəsi qismində isə onun yaxın qohumu və ya vəkil buraxılır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən Məcəllənin 65.1-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, müdafiəçi qismində və nümayəndə kimi inzibati xəta haqqında iş üzrə icraatda vəkil və ya digər şəxslər iştirak edə bilərlər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati tənbeh tətbiq etmə barədə qərardan şikayət hüququ olmayan şəxs tərəfindən verildiyindən şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ31474898 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayət icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar