Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3367/2025 15.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, Zərər çəkmiş şəxsin Zərərçəkmiş şəxs , Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2025ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-172/2024 nömrəli icra sənədi Şəxs tərəfindən üzrsüz səbəbdən icra olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X5 izahatında protokolu elan edərək bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-172/2024 nömrəli icra sənədinə əsasən Şəxs 2040 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraat başlanmışdır. xx.xx.2024-cü il tarixdə icra sənədi üzrə tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmiş və o, bildirişlə tanış olmuşdur. Lakin, borclu 2024-cü ilin may ayından etibarən hər dəfə 100 manat məbləğində olmaqla cəmi 200 manat icra sənədi üzrə borcundan ödəniş etmişdir. Hal-hazırda onun icra sənədi üzrə 1840 manat məbləğində ödənilməmiş borcu vardır. O, tərtib etdiyi protokolu müdafiə etdiyini bildirmiş və qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, inzibati xəta üzrə özünü təqsirli bilir, lakin, alimenti xəstəliyi ilə əlaqədar ödəyə bilməmişdir. Belə ki, o, Hepatit C xəstəliyindən əziyyət çəkir, müalicəsinə hər ay müəyyən məbləğdə pul xərclənir. Bir müddət əvvəl vəziyyəti pis olduğu üçün işləyə də bilməmişdir. Həmçinin, icra sənədi üzrə borcundan 200 manat məbləğində ödəniş etdiyini bildirmişdir. Məhkəmədən qərar qəbul edilərkən xəstəliyinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs icra sənədi üzrə borcunu ödəməlidir, çünki övladı xəstədir, o, təkbaşına maddi cəhətdən oğlunun müalicəsinə və saxlanılmasına çatdıra bilmir. Həmçinin qeyd etmişdir ki, Şəxs 12 ay müddətində borcundan sadəcə 200 manat məbləğində ödəniş etmişdir. Sonuncu dəfə 2025-ci ilin noyabr ayında 100 manat ödəniş etmişdir. Hazırda oğlunun 16 yaşı olduğunu bildirmiş və məhkəmədən icra sənədi üzrə olan borcun Şəxs tərəfindən tam həcmdə ödənilməsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi X3 bildirmişdir ki, barəsində protokol tərtib edilmiş şəxs xəstəliyi ilə əlaqədar alimenti ödəyə bilməmişdir. Qeyd edilən halı nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-172/2024 nömrəli icra sənədindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün 120 manat sabit pul məbləğində aliment Qulamova (Quliyeva) Hökümə Qulu qızından tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixli 2(060)-172/2024 nömrəli icra sənədi icra sənədi üzrə icraata başlanmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdeh Şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-172/2024 nömrəli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icrası tələb olunmuşdur. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Şəxs əmək haqqı, pensiya, təqaüd və sair gəlirləri, habelə avtomobil nəqliyyatı barəsində məlumat aşkar edilməmişdir. Məhkəmə iclasında təqdim edilmiş “Unikal” Klinika tərəfindən edilmiş ekspress test edilməsi barədə sənəddən görünür ki, Şəxs AHCVEX Anti-HCV pozitiv aşkar edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-172/2024 nömrəli icra sənədi icra olunması üçün icra idarəsinə göndərilmiş, xx.xx.2024-cü il tarixdə icra sənədi üzrə icraat başlanmış və borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edilmiş, borclu icra sənədini tam icra etməmiş və məhkəmə iclasında izahatında özünü təqsirli bilərək icra sənədi üzrə borcunu səhhəti ilə bağlı olaraq ödəyə bilmədiyini bildirmiş, tələbkar X6 isə borclu tərəfindən icra sənədi üzrə borcun tam həcmdə ödənilməsini tələb etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs Hepatit C virusu xəstəliyinin olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, vəkil X1 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 (üç) saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Vəkil X3 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-3367/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3367/2025
15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver