Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-337/2022 31.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X7 iclas katibliyi, Protokol tərtib etmiş şəxs – Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi, polis mayoru X4, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1989-cu ildə Zərdab rayonu, Şahsünlü kəndinə olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 4-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 31.01.2022-ci il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, 29.01.2022-ci il tarixdə saat 11:45 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Kamal Boutiqe” qadın geyimlərinin satışı dükanından satıcı X3 məxsus, içərisində 52 manat pul, ətir, şəxsiyyət vəsiqəsi, kosmetik ləvazimatlar, iki qadın qol saatı və papaq olan çantasını oğurlayaraq ona 300 manat maddi ziyan vurmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin sahə rəisi, polis mayoru X4 tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək bildirdi ki, o çantanı oğrulayandan sonra içərisində yalnız iki manatı götürmüş, daha sonra əraflı çantanı axtarmaq imkanı olmadığından, çantanı ilk qarşısına çıxan binanın giriş meydançasına atmışdır. Əməlindən peşmandır. Himayəsində bir uşağının olmasının məhkəmə tərəfindən nəzərə alınmasını və barəsində daha yüngül cəza növünün tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs X6 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Kamal Boutiqe” qadın geyimlərinin satışı dükanında satıcı kimi fəaliyyət göstərir. 29.01.2022-ci il tarixdə saat 11:45 radələrində çantasını tapmadığı üçün onun oğurlandığını anlamış və oğurluğu törədənin şəxsiyyətini ayındalşdırmaq üçün videoçəkilişlərə baxmışdır. Bununla da inzibati xətanı törədən şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Bu barədə o, 29.01.2022-ci il tarixdə Sumqayıt şəhər 4-cü Polis Bölməsinə müraciət etmişdir. Məhkəmədən oğurluq etmiş Şəxs barəsində qanunauyğun olaraq ən ciddi tədbir görülməsini xahiş edir. İş materillarında olan 26.01.2022-ci il tarixli, inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 30.01.2022-ci il tarixdə saat 20:40-da inzibati qaydada tutulmuş və 31.01.2022-ci il tarixdə saat 14:25-də azad edilmişdir. İş materiallarnda olan Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin təhqiqatçısı Kənan Hacıyevin 31 yanvar 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, oğurluq hadisəsini törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh təbdiri görülməsi üçün Sumqayıt ŞPİ-nin 4-cü PB-nə göndərilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən edilmiş çıxarışdan görünür ki, Şəxs himayəsində bir azyaşlı uşağı 18.10.2009-cu il təvəllüdlü X11 vardır. Məhkəmə protokolu tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Şəxs himayəsində uşağının olması və əməlindən peşman olmasını məsuliyyəti yüngünləşdirilən hal kimi nəzərə alınır.. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qanunvericiliyin tələbinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs himayəsində on dörd yaşına çatmamış uşağı olduğundan, onun barəsində həbs növündə inzibati tənbeh tətbiq edil bilməz. Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növüictimai işlər tətbiq edilməli və Şəxs bir gün inzibati qaydada tutulması nəzərə alınmalıdır. Eyni zamanda Şəxs saxlanılarkən üzərində aşkar olunan və müvəqqəti saxlamaq üçün götürülmüş şəxsi əşyaları, qara rəngli əl çantası, mobil telefon, mobil telefon qidalandırıcısı, pul qabı və 10 manat pul Şəxs özünə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 180 (yüz səksən) saat ictimai işlər inzibati tənbeh növü tətbiq olunsun. Şəxs saxlanılarkən üzərində aşkar olunan və müvəqqəti saxlamaq üçün götürülmüş şəxsi əşyaları, qara rəngli əl çantası, mobil telefon, mobil telefon qidalandırıcısı, pul qabı və 10 manat pul Şəxs özünə qaytarılsın. X1 tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-337/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-337/2022
31.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver