Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-339/2021 11.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi ilə, “Şəxs“ MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində inzibati xəta haqqında xx xxxxxx 2021-ci il tarixli, 00700-0250/20 saylı protokol tərtib edilmişdir ona görə ki, Sumqayıt BGİ-nin Gömrük Prosedurları və Ödənişləri Şöbəsindən Sumqayıt BGİnin Gömrük Prosedurları və Ödənişləri Şöbəsindən Sumgayit şəhəri, Mehdi Hüseynzadə, ev 4, mənzil 3 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN **********) xx xxxxxxx 2020ci il tarixdə Türkiyə Respublikasından 99NU574/99ZD122 nömrə nişanlı nəqliyyat vasitəsində “üyütmə sənayesi üçün avadanlıq” yükü ölkə ərazisinə daxil olmuş və **********4788 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Lakin qeyd olunan yükə aid **********4788 saylı bəyannamənin və ona aid əlavə edilmiş sənədlərin yoxlanması zamanı müəyyən edilmişdir ki,qeyd olunan yükə aid mallar ölkə ərazisinə daxil olmamışdan öncə elektron formada tərtib olunan **********6792 saylı qısa idxal bəyannaməsinin 18-ci qrafasında nəqliyyat vasitəsinin nömrəsi 99NU574/99ZD122 deyil 99NU574/99ZA122 qeyd edilmişdir Faktla bağlı Sumqayıt BGİ Əməliyyat və Təhqiqat şöbəsi Təhqiqat Bölməsində araşdırma başlanılmışdır. Şəxs MMC (VÖEN **********) xx xxxxxxx 2020-ci il tarixdə Türkiyə Respublikasından 99NU574/99ZD122 nömrə nişanlı nəqliyyat vasitəsində “üyütmə sənayesi üçün avadanlıq” yükü ölkə ərazisinə daxil olmuş və **********4788 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Lakin qeyd olunan yükə aid **********4788 saylı bəyannamənin və ona aid əlavə edilmiş sənədlərin yoxlanması zamanı müəyyən edilmişdir ki,qeyd olunan yükə aid mallar ölkə ərazisinə daxil olmamışdan öncə elektron formada tərtib olunan **********6792 saylı qısa idxal bəyannaməsinin 21-ci qrafasında nəqliyyat vasitəsinin nömrəsi 99NU574/99ZD122 deyil 99NU574/99ZA122 qeyd edilmişdir. Belə ki, iş üzrə “Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs MMC (VÖEN **********) xx xxxxxxx 2020-ci il tarixdə Türkiyə Respublikasından 99NU574/99ZD122 nömrə nişanlı nəqliyyat vasitəsində “üyütmə sənayesi üçün avadanlıq” yükü ölkə ərazisinə daxil olmuş və 0**********4788 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Lakin qeyd olunan yükə aid **********4788 saylı bəyannamənin və ona aid əlavə edilmiş sənədlərin yoxlanması zamanı müəyyən edilmişdir ki, qeyd olunan yükə aid mallar ölkə ərazisinə daxil olmamışdan öncə elektron formada tərtib olunan **********6792 saylı qısa idxal bəyannaməsinin 21-ci qrafasında nəqliyyat vasitəsinin nömrəsi 99NU574/99ZD122 deyil 99NU574/99ZA122 qeyd edilmişdir. Qısa idxal bəyannaməsində nəqliyyat vasitəsinin nömrəsini düzgün bəyan etməmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Aparılmış araşdırma ilə müəyyən olunmuşdur ki, Sumgayit şəhəri, Mehdi Hüseynzadə, ev 4, mənzil 3 ünvanında qeydiyyatda olan Şəxs MMC ünvanına Türkiyə Respublikasından 99NU574/99ZD122 nömrəli avtomobil ilə göndərilmiş “üyütmə sənayesi üçün avadanlıq” yükünə dair Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək **********6792 nömrəli qısa idxal bəyannaməsi təqdim etmiş,lakin təqdim etdiyi nömrəli qısa idxal bəyannaməsində nəqliyyat vasitəsininin nömrəsini düzgün bəyan etməməklə yəni 99NU574/99ZD122 deyil səhvən 99NU574/99ZA122 kimi qeyd etməklə Mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlagədar gömrük ödənişlərinin (borcunun) məbləği haggında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatları vermişdir. AR Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində qeyd edilən inzibati xəta hadisəsini törətmişdir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. İşdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Şəxs“ MMC barəsində izibati tənbeh tətbiq edərkən işin hallarını, inzibati xətanın xarakterini, törədilmə üsulunu və şəraitini nəzərə alır və cərimə növündə inzibati tənbeh tətbiq etməyi məqsədəuyğun sayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Şəxs“ MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 128- 130, 505-ci maddəllərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: ünvan 1 ünvanında qeydiyyatda olan “Şəxs“ MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1000 (min) manat məbləğində cərimə tutularaq Dövlət X1: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ******************** hesaba köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-339/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-339/2021
11.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver