Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3391/2025 16.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1981-ci il tarixdə ünvan 1ində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləyən, ünvan 1i ünvanında qeydiyyatda olmaqla, ünvan 2 xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2025ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-4310/2024 nömrəli icra sənədini üzrlü səbəb olmadan icra etməmişdir. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 protokolu elan edərək izahatında bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-4310/2024 nömrəli icra sənədinə əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-3601/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2008-ci il təvəllüdlü Novruzlu Novruz Elhad oğlunun və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdeh Şəxs hər ay hər uşağa görə 200 manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Cavabdeh Şəxs dövlət rüsumu qismində 68 (altmış səkkiz) manat məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödəməlidir. İcra sənədi üzrə xx.xx.2024cü il tarixdə icraat başlanmışdır. xx.xx.2025-ci il tarixdə icra sənədi üzrə tələbin icrası barədə borcluya xəbərdarlıq edilmişdir. Bildirmişdir ki, borclu icra sənədi üzrə hal-hazırda 3340 manat aliment borcu vardır. Şəxs əmək haqqından hər ay təxminən 270-300 manat məbləğində tutulmalar yönəldilməklə, qalan məbləğ isə borclu tərəfindən aylıq olaraq ödənilir. Lakin, borclu icra sənədi üzrə əvvəldən yaranmış borcunu ödəmir. Dəfələrlə icra idarəsinə çağırılaraq icra sənədi üzrə borcunu ödəməsi tələb olunsa da, o, 2025-ci il oktyabr ayından etibarən icra məmurunun çağırışlarına ümumiyyətlə gəlməmişdir. Onunla əlaqə saxlamaq mümkün olmadığından, habelə yaşayış yerində də olmadığı müəyyən olunduğundan onun barəsində axtarış elan edilmişdir. Bundan sonra, o icra idarəsinə gəlmiş və verdiyi izahatında icra sənədi üzrə borcunun ödənilməsi üçün vaxt istəsə də, tələbkar bununla razı olmamışdır. Bununla da Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmaqla məhkəməyə təqdim edilmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, iş Sumqayıt şəhər İcra idarəsinin icraatına Şamaxı rayon İcra idarəsindən 2025-ci ilin iyun ayından daxil olmuşdur. Şəxs aylıq 430 manat aliment ödənişinin bir hissəsi onun əmək haqqından tutulur, digər hissəsi isə özü tərəfindən ödənilir. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, maddi imkanı kifayət etdiyi qədər icra sənədi üzrə borcundan ödənişlər edir. Belə ki, o, ay ərzində 420 və 430 manat məbləğində aliment ödənişi edir, lakin, əvvəldən yaranmış borc məbləği işləmədiyi dövrdə yığılan borcdur. Həmin borcu da ödəyəcəyinə söz verir. O, hazırda əmək müqaviləsi ilə fəhlə işləyir və alimenti əmək haqqına yönəldilmişdir. Əmək haqqından tutulan məbləğdən əlavə olaraq özü də ödəniş edir. O, həbs ediləcəyi halda işindən də olacağını bildirmişdir. Bundan başqa, o ikinci dəfə ailə qurmuş və arvadı ölmüş, himayəsində bir azyaşlı övladı qalmışdır. Hazırda övladının 3 yaşı var. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən barəsində həbslə əlaqədar olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs icra sənədi üzrə yığılmış borcunu ödəməmişdir. Belə ki, Şəxs hər ay 430 manat məbləğində aliment ödəyir. Hal-hazırda dekabr ayının aliment ödənişini etməmişdir. Lakin, borclu hər ay aliment ödənişini etsə də, əvvəldən yığılmış borc məbləği olduğu kimi qalır və o, borc məbləğinin tam şəkildə ödənilməsini tələb edir. O, məhkəmədən Şəxs borc məbləğini tam ödəmədiyi halda tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi X8 bildirmişdir ki, müdafiə etdiyi şəxs hər ay mütəmadi olaraq alimenti ödəyir, həmçinin himayəsində hazırda 3 yaşlı uşağı vardır. Qeyd edilənləri nəzərə alaraq borclunun əməlində inzibati xəta tərkibi olmadığından, barəsində başlanmış inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-4310/2024 nömrəli icra sənədindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3601/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2008-ci il təvəllüdlü Novruzlu Novruz Elhad oğlunun və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdeh Şəxs hər ay hər uşağa görə 200 manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, cavabdeh Şəxs dövlət rüsumu qismində 68 (altmış səkkiz) manat məbləğində pul vəsaitinin tutularaq dövlət büdcəsinə ödəməsi qət edilmişdir. İcra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-4310/2024-012 nömrəli, xx.xx.2024-cü il tarixli sənədi icra olunması üçün Sumqayıt şəhər İcra idarəsinə göndərilmişdir. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixli 2(060)-4310/2024 nömrəli icra sənədi icra sənədi üzrə icraata başlanmışdır. Cavabdeh Şəxs alınmış xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, o, icra sənədindən xəbərdardır. İcra sənədi üzrə borcundan hazıradək 23546 manat ödəmişdir. Borcun hamısını birdəfəlik ödəməyə imkanı yoxdur. Hər ay 400 manat aliment və əlavə olaraq borcundan 60-70 mamat ödəyə bilər. Əlavə olaraq bilmişdir ki, borcundan imkan olduqca əlavə olaraq ödəyəcəkdir. Bildirmişdir ki, icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırmamışdır. Adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlakı, habelə aidiyyəti təşkilatlarda adına rəsmiləşdirilmiş qiymətli kağız və ya əmanəti yoxdur. Sumqayıt şəhər İcra idarəsi tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlığa əsasən Şəxs xx.xx.2025-ci il tarixində şəxsiyyəti təsdiq edən sənədlə birlikdə Sumqayıt şəhər İcra idarəsinə gələrək icra sənədi üzrə tələbi yerinə yetirməyi tələb edilmiş , əks halda “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 84.2-ci maddəsinə əsasən onun məcburi gətirilməsi və 84.1-ci maddəsinə əsasən isə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Elektron İcra İnformasiya Sistemindən çıxarışdan görünür ki, Şəxs pensiya, təqaüd və sair gəlirləri, habelə avtomobil nəqliyyatı və əmlakı barəsində məlumat aşkar edilməmişdir. Elektron İcra İnformasiya Sistemindən çıxarışdan görünür ki, Şəxs “1 nömrəli X1 Yaşıllaşdırılması və Ekologiyası” MMC-də torpaq işləri üzrə ixtisassız fəhlə qismində fəaliyyət göstərir və hər ay 517 manat məbləğində əmək haqqı hesablanır. Elektron Məhkəmə İnformasiya sistemindən görünür ki, borclu Şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü X10 adlı azyaşlı uşağı vardır. Atalğın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Şəxs X2 doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X6 atası hesab edilmişdir. AZ-İİ№453026 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2025-ci il tarixdə ölmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-4310/2024 nömrəli icra sənədinin icra olunması üçün icra idarəsinə göndərilmiş, xx.xx.2024-cü il tarixdə icra sənədi üzrə icraat başlanmış və borcluya xx.xx.2025-ci il tarixdə tələbin icrası barədə xəbərdarlıq təqdim edilmiş, borclu icra sənədi üzrə ödənişlər etsə də, onun əvvəldən icra sənədini icra etmədiyi üçün borc məbləği yığılmış və məhkəmə iclasında izahatında aylıq aliment borcunu ödəməsini, lakin, maddi cəhətdən imkanı olmadığından əvvəldən yığılmış borc məbləğini tam şəkildə ödəyə bilmədiyini, himayəsində azyaşlı övladı olduğunu bildirmiş, tələbkar Zərərçəkmiş şəxs isə borclunun həbs olunmasını məhkəmədən tələb etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs himayəsində azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı- himayəsində azyaşlı uşağının olmasını və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, vəkil X4 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 (üç) saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-3391/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3391/2025
16.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver