Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3398/2025 25.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Məhkəmə iclasının katibi Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin 2 saylı X3 böyük məsləhətçi-müfəttişi X7 iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Qubadlı rayonu, Alaqurşaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Qubadlı rayonu, Mahruzlu ərazi dairəsi, Alaqurşaq kəndində qeydiyyatda olan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin 2 saylı X1 daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin 2 saylı X4 tərəfindən tərtib edilmiş 03 dekabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, Corat bağları ünvanında Şəxs məxsus yaşayış evində su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması faktı aşkar edilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin 2 saylı X3 böyük məsləhətçimüfəttişi X11 izahatında bildirmişdir ki, bir ay ərzində Sumqayıt şəhəri ərazisində 1,2-1,3 ton sudan qanunsuz istifadə faktı aşkar edilmiş və bunun qarşısını almaqdan ötrü mütəmadi olaraq Sərəncam əsasında monitorinqlər aparılmış, qanunsuz istifadə faktı aşkar edildikdə isə protokol tərtib edilmişdir. Şəxs məxsus yarımtikilidə olan ustalardan evin sahibi barədə məlumat almış və inzibati araşdırma ilə bağlı Şəxs iştirakını təmin edilərək izahatı alınmışdır. Şəxs özü də izahatında sudan qanunsuz istifadə faktını etiraf etmişdir və bu səbəbdən də barəsində protokol tərtib edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən şəxs barəsində cərimə tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin 2 saylı X4 tərəfindən tərtib edilmiş 03 dekabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, Corat bağları ünvanında Şəxs məxsus yaşayış evində su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması faktı aşkar edilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında X2 Dövlət Nəzarəti Xidmətinin 2 saylı X3 18 noyabr 2025-ci il tarixli 000529 nömrəli aktından görünür ki, Suların İstifadəsinə və X6 Xidmətinin 2 saylı X3 17 noyabr 2025-ci il tarixli 00032 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası “Su Məcəlləsinin”, suların istifadəsi və mühafizəsi sahəsində mövcud olan digər qanunvericilik aktlarının tələblərinə riayət edilməsinin araşdırılması məqsədi ilə keçirilən nəzarət tədbirləri zamanı Sumqayıt şəhəri, Corat bağları ünvanında Şəxs məxsus yaşayış evində sudan qanunsuz istifadə olunmaqla suyun talanması faktı aşkar olunmuşdur. Belə ki, icazə sənədləri, sayğac və müqavilə olmadan qanunsuz sudan istifadə olunması məqsədi ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X13 Bağlar Su- Kanal İdarəsinin balans və istismarında olan su təchizatı şəbəkəsinə 25 mm-lik plastik boru vasitəsi ilə birləşmə verilmişdir. Yaşayış evinin sahibi Şəxs ilə telefon danışığı zamanı aşkar olunmuş faktı təsdiq etmiş, su şəbəkəsi sistemlərinə qanunsuz qoşulmasının onun tərəfindən aparıldığını etiraf etmişdir. Bununla da, Şəxs tərəfindən su şəbəkə sistemlərinə qanunsuz qoşulmaqla Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddələrinin “Su təchizatı və tullantı suları haqqında” qanunun və “Sudan istifadə qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarından irəli gələn tələblər pozulmuşdur. Ərazidə çəkilmiş fotoşəkillər və video çəkiliş diskdə akta əlavə edilmişdir. xx.xx.2025-ci il tarixli Şəxs tərəfindən verilmiş izahatdan görünür ki, Sumqayıt şəhəri, Corat bağları ünvanında yerləşən fərdi yaşayış evi üçün tikilən tikintinin sahibidir. xx.xx.2025-ci il tarixində qanunsuz kimi aşkar olunan su xətti tərəfindən deyilmədən çəkilmişdir. İcazə sənədi, sayğac və müqaviləsi yoxdur. Yenidən müraciət edib icazə sənədlərini alacaqdır. Azərbaycan Dövlət Su X9 Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X13 Bağlar Su- Kanal İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, Corat bağları ünvanında Şəxs tərəfindən inşa olunan fərdi yaşayış evinin 20 mm-lik su xəttindən müqaviləsiz istifadəsi faktı aşkar olunmuş, 168 (bir yüz altmış səkkiz) manat məbləğində dəymiş ziyan hesablanmışdır. 18 noyabr 2025-ci il tarixli 000529 nömrəli akta əlavə edilmiş video çəkilişə məhkəmə iclasında baxış keçirilmiş və video çəkilişdə Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən torpaq sahəsində Şəxs onun tərəfindən inşa olunan fərdi yaşayış evinin tikintisi zamanı 25 mm-lik plastik boru vasitəsilə sayğaca icazəsiz qoşulması müşahidə edilir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun etirafedici izahatı ilə yanaşı, tərtib edilmiş inzibati xəta haqqında protokol, xx.xx.2025-ci il tarixli akt və ona əlavə edilmiş video və foto şəkillər, vurulmuş ziyanın məbləği ilə bağlı tərtib edilmiş məktub və digər iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş Şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 262.3-cü maddəsinə əsasən su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə fiziki Şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli Şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi Şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin maddənin Qeydinə əsasən bu Məcəllənin 262.3-cü maddəsində “az miqdarda” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məhkəmə iclasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən barəsində icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi sübuta yetirildiyindən, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törədən şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-nin 262.3-cü maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-3398/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3398/2025
25.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver