Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-34/2022 07.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, Şikayət vermiş şəxs Həsənov Anar Qələndər oğlunun, Sumqayıt şəhər XPM-nin xidmət üzrə inspektoru, polis kapitanı X1 iştirakları ilə, Həsənov Anar Qələndər oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 14.10.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həsənov Anar Qələndər oğlu şikayət ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən Sumqayıt şəhər X6 Şöbəsi tərəfindən qəbul edilmiş 14.10.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini Məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt şəhər Məhkəməsinə 10.12.2021ci il tarixdə daxil olmuşdur. Məhkəmə iclasında çıxış edən şikayətçi Həsənov Anar Qələndər oğlu izahatında bildirdi ki, 14 oktyabr 2021-ci il tarixində Sumqayıt şəhər Dəmiryol Stansiyasından Bakı şəhərinə gedərkən avtomobilini dayanacaqda saxlamaqla bağlı problem yaranmışdır. Bununla bağlı o Dəmiryol vağzalının əməkdaşlarına öz iradını bildirmiş və onların rəhbərliyi ilə görüşüb iradını bildirmək istədiyi demişdir. Bu zaman onara yaxınlaşan polis əməkdaşları onu Dəmiryol vağzalının içərisində yerləşən Polis məntəqəsinə dəvət etmişdir. Bu zaman o polis əməkdaşına avtomobildən maska götürməli olduğunu, bu zaman polis əməkdaşı bunun üçün narahat olmamasını bildirmişdir və o polislə razılaşıb onun dediklərini etmişdir. Polis məntəqəsinə gələn zaman özünü rəis müavini kimi təqdim edən şəxs onun niyə maskadan istifadə etmədəyini soruşmuş və bu səbəbdən ona cərimə yazacağını bildirmişdir. Etirazını bildirməsinə və protokolun surəti ona təqdim edilməli olmasına baxmayaraq protokolun surəti ona verilməmişdir. Yalnız hadisədən 40 gün sonra oun ünvanına gələn məktub vasitəsilə o İXP-nin 211.2-ci maddəsi ilə cərimə olunduğunu bilmişdir. Bu səbəbdən polis əməkdaşı tərəfindən barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Odur ki, qeyd olunanları nəzərə alaraq şikayətinin təmin edilməsini və barəsində qəbul edilmiş 14.10.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən NBPİ-nin Dəmir yolu NPİ-nin Sabunçu st. XPŞ-nin Sumqayıt st. Xətt polis məntəqəsi xidmət üzrə inspektor polis kapitanı X2 izahatında bildirdi ki, vətəndaş Həsənov Anar Qələndər oğlu barəsində Azərbaycan Resublikası İXMnin 211.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, 14.10.2021-ci il tarixdə, Sumqayıt Dəmiryol Vağzalında qapalı məkanda tibbi maskadan istifadə etməmişdir. Həmin şəxsə maskadan niyə istifadə etməməsini söylədikdə o, maskanın avtomobilində olduğunu söyləmişdir. Hamıya məlum olduğu kimi ölkədə qapalı məkanda maskadan istifadə məcburidir. Buna görə də vətəndaş Həsənov Anar Qələndər oğlu barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında 14.10.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Odur ki, Həsənov Anar Qələndər oğlunun şikayətinin təmin olunmamasını və 14.10.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qüvvədə qalmasını Məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirdi ki, NBPİ-nin Dəmir yolu NPİ-nin Sabunçu st. XPŞ-nin Sumqayıt st. Xətt polis məntəqəsi polis nəfəri, polis serjantı vəzifəində çalışır. 14.10.2021-ci il tarixdə vətəndaş Həsənov Anar Qələndər oğlu Sumqayıt şəhər Dəmir yol vağzalında, qapalı məkanda tibbi maskadan istifadə etməmişdir. Bu səbəbdən də onun barəsində Azərbaycan Resublikası İXM-nin 211.2-ci maddəsi ilə 14.10.2021-ci il tarixli inzibati xəta haqqında protokol və 14.10.2021-ci il tarixli, MN ******* seriyalı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş 14.10.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Həsənov Anar Qələndər oğlu Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 200 ( iki yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş NBPİ-nin Dəmir yolu NPİ-nin Sabunçu st. XPŞ-nin Sumqayıt st. Xətt polis məntəqəsi xidmət üzrə inspektor polis kapitanı X1 Məhkəmə iclas zalında Məhkəməyə təqdim etdiyi inzibati xəta hadisəsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd diskə baxış zamanı müəyyən olundu ki, Həsənov Anar Qələndər oğlu həqiqətən də epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimi dövründə fərdi qoruyucu vasitədən istifadə ilə bağlı tələbi pozmuş və maskadan istifadə etməmişdir. Beləliklə, qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, NBPİ-nin Dəmir yolu NPİ-nin Sabunçu st. XPŞ-nin Sumqayıt st. Xətt polis məntəqəsi xidmət üzrə inspektor polis kapitanı X2 tərəfindən qəbul edilmiş 14.10.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə uyğundur və Həsənov Anar Qələndər oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, Həsənov Anar Qələndər oğlu tərəfindən verilmiş qərardan şikayət təmin olunmamalı, Sumqayıt şəhər X6 Şöbəsi tərəfindən qəbul edilmiş 14.10.2021-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İnzibati xətaya dair iş materiallarına əlavə edilmiş 01 ədəd disk iş üzrə sübuti əhəmiyyət daşıdığından iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: NBPİ-nin Dəmir yolu NPİ-nin Sabunçu st. XPŞ-nin Sumqayıt st. Xətt polis məntəqəsi xidmət üzrə inspektor polis kapitanı X2 tərəfindən qəbul edilmiş 14.10.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan Həsənov Anar Qələndər oğlu tərəfindən verilmiş şikayət təmin olunmasın. Sumqayıt şəhər X6 Şöbəsi tərəfindən qəbul edilmiş 14.10.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. İnzibati xətaya dair iş materiallarına əlavə edilmiş 01 ədəd disk iş üzrə sübuti əhəmiyyət daşıdığından iş materiallarında saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-34/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-34/2022
07.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver