Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3404/2021 25.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X5 iştirakları ilə, xx.xx.1981-ci ildə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində doğulmuş, subay, orta təhsilli, fərdi qaydada əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X10 tərəfindən 20 oktyabr 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Abşeron Rayon Məhkəməsinin 09.02.2021-ci il tarixli icra sənədi borclu Şəxs tərəfindən üzürsüz səbəbdən icra edilmir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. İnzibati xəta haqqında işə baxılması 20 oktyabr 2021-ci il il tarixə təyin edilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ərizə ilə məhkəməyə müraciət edərək alimentin ödənişilə bağlı işin təxirə salınmasını məhkəmədən xahiş etdiyindən və tələbkar da buna etiraz etmədiyindən işə baxılması 25 oktyabr 2021-ci il tarixə təxirə salınmışdır. 20 oktyabr 2021-ci il tarixdə protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X10 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-982/2021 saylı, 09.02.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 06.01.2008-ci il təvəllüdlü X6, 22.02.2009-cu il təvəllüdlü X7 və X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 11.11.2020-ci il tarixdən başlayaraq hər ay hər bir uçaq üçün 200,00 manat olmaqla, cəmi 600,00 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. 11.08.2021-ci il tarixədək 5.440,00 manat aliment borcu yaranmış və 2.880,00 manat aliment borcu ödənmişdir. Borclu barəsində 11 avqust 2021ci il tarixdə İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunmuş və işə inzibati xəta tərkibi olmdığından xitam verilmişdir. 11 avqust 2021-ci il tarxdən bu günə kimi borclu 1.580,00 manat sabit pul məbləğində aliment ödəmişdir. Borclu sonunu dəfə 1 həftə öncə 780,00 manat aliment ödənişi etmişdir. İcra sənədi üzrə tələbkarın şikayəti əsasında protokol tərtib olunmuşdur. Odur ki, məhkəmədən qanunamüvafiq qərar çıxarılmasını xahiş edir. 20 oktyabr 2021-ci il tarixdə icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-982/2021 saylı, 09.02.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 06.01.2008-ci il təvəllüdlü X6, 22.02.2009-cu il təvəllüdlü X7 və X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 11.11.2020-ci il tarixdən başlayaraq hər ay hər bir uçaq üçün 200,00 manat olmaqla, cəmi 600,00 manat sabit pul məbləğində aliment tutularaq ona verilməlidir. 11.08.2021-ci il tarixədək 5.440,00 manat aliment borcu yaranmış və 2.880,00 manat aliment borcu ödənmişdir. 11 avqust 2021-ci il tarixdə İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunmuş və işə inzibati xəta tərkibi olmdığından xitam verilmişdir. 11 avqust 2021-ci il tarxdən bu günə kimi borclu 1.580,00 manat sabit pul məbləğində aliment ödəmişdir. Borclu sonunu dəfə 1 həftə öncə 780,00 aliment ödənişi etmişdir. Aliment borcunun tam şəkildə ödənilməsini tələb edir. Odur ki, məhkəmədən qanunamüvafiq qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi X4 izahatında göstərdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-982/2021 saylı, 09.02.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 06.01.2008-ci il təvəllüdlü X6, 22.02.2009-cu il təvəllüdlü X7 və X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 11.11.2020-ci il tarixdən başlayaraq hər ay hər bir uçaq üçün 200,00 manat olmaqla, cəmi 600,00 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Borcluya verilən vaxt ərzində qalıq aliment borcundan 250,00 manat ödəniş etmiş və bildirmişdir ki, qalıq aliment borcunu qısa müddət ərzində ödəyəcəkdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-982/2021 saylı, 09.02.2021-ci il tarixli icra sənədinə əsasən ondan 06.01.2008-ci il təvəllüdlü X6, 22.02.2009-cu il təvəllüdlü X7 və X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 11.11.2020-ci il tarixdən başlayaraq hər ay hər bir uçaq üçün 200,00 manat olmaqla, cəmi 600,00 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. 11.08.2021-ci il tarixədək 5.440,00 manat aliment borcu yaranmış və 2.880,00 manat aliment borcu ödəmişdir. 11 avqust 2021-ci il tarixdə İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunmuş və işə inzibati xəta tərkibi olmdığından xitam verilmişdir. 11 avqust 2021-ci il tarxdən bu günə kimi o, 1.580,00 manat sabit pul məbləğində aliment ödəmişdir. Sonunu dəfə 1 həftə öncə 780,00 aliment ödənişi etmişdir. Aliment ödənişi ilə bağlı ona verilən müddət ərzində 250,00 manat aliment ödənişi etmiş və bildirir ki, qısa müddət ərzində qalıq aliment borcunu tam şəkildə ödəyəcəkdir. Qeyd olunanlara əsasən iş üzrə icraata xaitam verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra sənədi üzrə tələbkarın etibarnamə üzrə nümayəndəsinin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXM-nin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Şəxs ona verilmiş vaxt ərzində 250,00 manat ödəniş etmişdir. Məhkəmə araşdırması zamanı Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməməsi təsdiq olunmamışdır. Belə ki, yuxarıda göstərildiyi kimi o icra sənədində göstərilən məbləğdən tələbkarın bank hesabına ödənişlər etmişdir. Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məhkəmə baxışında təsdiqini tapmamışdır. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2 və 114.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-3404/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3404/2021
25.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver