Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-3405/2025 18.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında materialın Azərbaycan Respublikası İXM-in 106-cı maddəsinə müvafiq olaraq baxılması üçün hazırlanması zamanı müəyyən edilmişdir ki, inzibati xəta haqqında iş üzrə materiallar natamamdır və işə baxılarkən onu tamamlamaq mümkün deyil. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, iş üzrə icraata başlama barədə qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmiş və həmin tarixdə borclu Şəxs icra sənədində göstərilən ünvanına (ünvan 1diriş göndərilmişdir. Daha sonra icra məmurları xx.xx.2025-ci ildə Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 5, mənzil 23 ünvanında olmuşlar və borclu Şəxs həmin ünvanda yaşamadığı müəyyən edilmişdir. Bundan əlavə elektron icra sistemindən çıxarışlardan görünür ki, borcluya göndərilmiş “SMS” bildirişlər ona çatdırılmamışdır (“Tranzaksiya İD xətası” göstərilmişdir). Beləliklə də tələbin könüllü icrası barədə bildirişin və SMS bildirişin borcluya çatdırılmaması öz təsdiqini tapmışdır. Borclunun yaşadığı yer müəyyən edilmədiyi üçün xx.xx.2025-ci ildə onun barəsində axtarış qərarı qəbul edilmiş və iş üzrə ilk dəfə xx.xx.2025-ci il tarixdə borclu Şəxs ərizə ilə icra idarəsinə müraciət etmişdir. Görünüdüyü kimi iş materiallarına əsasən borclu Şəxs icra sənədindən xx.xx.2025-ci il tarixdən öncə məlumatlı olması müəyyən edilmir, lakin buna baxmayaraq tələbin könüllü icrası barədə bildirişin borcluya rəsmi qaydada verilməsindən sonra həmin bildirişdə qeyd edilmiş 10 günlük könüllü icra müddəti gözlənilmədən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, indiki halda tələbin könüllü icrası üçün müəyyən edilmiş 10 günlük müddət gözlənilmədən borclunun icra sənədini icra etməməsinin səbəbinin üzrlü və ya üzrsüz səbəbdən olmasını müəyyən etmək mümkün deyil. Ona görə də bu hal məhkəməyə təqdim edilmiş materialların natamamlığı kimi qiymətləndirilməldir. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında material natamam olduğundan geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-3405/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-3405/2025
18.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver