Məhkəmə qərarları › İş №3(060)-3407/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3407/2025

18.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3407/2025 18.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1992-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2yan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə 18 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* və ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt Şəhər Polis İdarəsinin Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin sahə rəisi X3 tərtib etdiyi protokolu müdafiə edərək izahatında bildirmişdir ki, X7 xx.xx.2025-ci il tarixdə 102 xidmətinə zəng edərək arvadı X5 ilə aralarında baş vermiş mübahisə nəticəsində sonuncunun uşaqları ilə birlikdə evdən getməsi barədə məlumat vermişdir. Araşdırma nəticəsində X4 Rameş Qiyas oğlu ilə qeyri-rəsmi münasibətlərinin olması müəyyən olunmuşdur. Bununla bağlı o, bölmənin təhqiqatçısı Orxan İmranlı və digər əməkdaş Zaur Əzizov Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisinə getmişlər, orada Şəxs müəllim işlədiyi kursun qarşısında gözləmişlər. Kursun direktoru Şəxs birazdan gələcəyini bildirmişdir. Bir müddət sonra Şəxs gəlmiş, həmin vaxt o avtombildə əyləşmiş, Orxan İmranlı isə Şəxs yaxınlaşaraq onu bölməyə dəvət emtişdir. Bu zaman Şəxs yüksək səslə səs-küy salaraq nalayiq ifadələr işlətmiş və polisin qanuni tələblərinə əməl etməmişdir. Həmin vaxt ərzində o avtombildə gözləmiş, hər hansı müdaxilə etməmişdir. Bundan sonra Orxan İmranlı Şəxs avtomobilə əyləşdirmiş və sonuncunu Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə gətirmişlər. Bölmədə olarkən növbətçi hissənin qarşısında Şəxs yenidən səs-küy salaraq nalayiq ifadələr işlətməklə normal iş rejimini pozmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Göstərilən halları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inizbati həbs tətbiq edilməsini xahiş etmişdir. Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin sahə rəisi X3 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, qeyd edilən hadisə ilə bağlı hər hansı kamera görüntüləri təqdim edə bilmirlər. Belə ki, ərazidə kamera olmamış, bölmədə olan kamera görüntülərini isə DİN-in icazəsi olmadan çıxara bilmirlər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, o, 10 ildir ki müəlimlik edir və kursda dərs deyir. xx.xx.2025-ci il tarixdə kursa gələn zaman polis əməkdaşlarının onu gözlədiyini görmüş, onlarla danışıb kursa daxil olmuş, çantasını sinifə qoymuş və tələbələrə ev tapşırığı verdikdən sonra polis əməkdaşlarının yanına qayıtmışdır. Bundan sonra polis əməkdaşlarının təklifi ilə 1-ci Polis Bölməsinə gəlmişdir. Bölmədə onun hansısa qadınla əlaqəsinin olmasını, ona görə də həmin qadının ərinin şikayətçi olmasını qeyd etmişlər. Bundan sonra ondan qanunsuz tələblər etməyə başlamışlar, həmçinin atasını və qaynatasını bölməyə çağırmışlar. O, heç vaxt polis əməkdaşları ilə mübahisə etməmiş, hər hansı tabesizlik göstərməmiş və ya polis bölməsində səs-küy salmamışdır. Göstərilən halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Sumqayıt Şəhər Polis İdarəsinin 1ci Polis Bölməsinin təhqiqatçısı X8 və həmin Bölmənin əməliyyat müvəkkili Əzizov Zaur Oqtay ondan protokol tərtib etmiş şəxs X1 izahatına oxşar, eyni məzmunlu izahat verərək Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərməsini və ictimai qaydanı pozmasını bildirmişlər Məhkəmə iclasında şahid qismində iştirak edən X2 izahatında bildirmişdir ki, o, Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən kursun direktorudur. Şəxs isə həmin kursda müəllim işləyir. xx.xx.2025-ci il tarixdə iki nəfər polis əməkdaşı yaxınlaşıb Şəxs maraqlanmışlar. O da Rameşin birazdan gələcəyini bildirmişdir. Həmçinin polis əməkdaşlarından xahiş etmişdir ki, kursdan bir az kənarda gözləsinlər ki, uşaqlar müəllim işləyən Şəxs polisə dəvət edilməsini bilməsinlər. Bir qədər sonra Rameş gəlmiş, o bu barədə Rameşə demiş, Rameş də çantasını sinifə qoyaraq polis əməkdaşlarının yanına qayıtmış və polis əməkdaşlarının təklifi ilə özü könüllü 1-ci Polis Bölməsinə getmişdir. Həmin vaxt hər hansı səs-küy və ya narazılıq olmamışdır. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin hər hansı inzibati xəta törətmədiyini və iddia edilən xətaların törədilməsi ilə bağlı heç bir sübut olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1 maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilmədiyindən onun barəsində həmin maddələrlə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs ona istinad edilən inzibati xətanı törətməsi ilə bağlı Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməkdaşlarının izahatlarından əlavə hər hansı sübut mövcud deyil. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs isə ona istinad edilən inzibati xətanı etiraf etmir, həmçinin iş üzrə digər şahid Şəxs polis əməkdaşının hər hansı tələbinə tabesizlik etmədiyini bildirir. Bundan əlavə hadisənin bir hissəsinin Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin inzibati binasının içərisində baş verməsi iddia edilsə də, hadisə vaxtı qeydə alınmış video görüntülər məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, protokol tərtib etmiş orqaının təqdim etdiyi sübutlar Şəxs istinad edilən inzibati xətanın törədilməsinin təsdiq edilməsi üçün yetərli hesab edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Məhkəmə həmçinin hesab edir ki, Vəkil təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 21, 40, 43, 53, 114.1.4, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 03 saata görə 33 (otuz üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar