Məhkəmə qərarları › İş №3(060)-341/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-341/2022

31.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-341/2022 31.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Zərərçəkmiş şəxslər X2, Gulieva Aigiun, X5, X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi ünvan 5qayıt Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1979-cu ildə ünvan 5qayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ünvan 5qayıt şəhəri Pİ-nin 1-ci və 3-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 31.01.2022-ci il tarixli, MN № ******* saylı, 31.01.2022-ci il tarixli, MN № ******* saylı, 30.01.2022-ci il tarixli, MN № ******* saylı, 30.01.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, 27.12.2021-ci il tarixdə ünvan 2 ünvanında yaşayan X1 150 manat, 31.12.2021-ci il tarixdə ünvan 3 ünvanında yaşayan X6 167 manat, 29.12.2021-ci il tarixdə saat 14:00 radələrində ünvan 4 ünvanında yaşayan Gulieva Aigiundan 240 manat, 12.12.2021-ci il tarixdə ünvan 5qayıt şəhər, 11-ci mikrorayon, ərazisində X4 40 manat məbləğində pul alaraq onlara qarşı dələduzluq etmişdir. Azərbaycan Respublikası DİN-nin ünvan 5qayıt şəhər Polis İdarəsinin 1-ci və 3-cü PB-dən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün ünvan 5qayıt şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 31.01.2022-ci il tarixli, MN № ******* saylı, 31.01.2022-ci il tarixli, MN № ******* saylı, 30.01.2022-ci il tarixli, MN № ******* saylı, 30.01.2022-ci il tarixli, MN № ******* saylı protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-339/2022, 3(060)- 340/2022, 3(060)-341/2022, 3(060)-342/2022 nömrəli işlər bir icraatda, yəni 3(060)- 342/2022 nömrəsi ilə birləşdirilməlidir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı həll etdiyim məsələlərə görə: • Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilmişdir; • işin icraatını rədd edən hallar mövcud deyil; • inzibati xəta haqqında işə mahiyyəti üzrə baxılması üçün kifayət qədər sübutlar toplanmışdır; • iş üzrə vəsatətlər və etiraz etmə yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci, 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında işin baxılması ünvan 5qayıt şəhər Məhkəməsinin binasına 31 yanvar 2022-ci il tarixə, saat 17:15-ə təyin edilsin. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının işin baxılmasında iştirakı təmin edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 31.01.2022-ci il tarixli, MN № ******* saylı, 31.01.2022-ci il tarixli, MN № ******* saylı, 30.01.2022-ci il tarixli, MN № ******* saylı, 30.01.2022-ci il tarixli, MN № ******* saylı protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-339/2022, 3(060)-340/2022, 3(060)-341/2022, 3(060)-342/2022 nömrəli işlər bir icraatda, yəni 3(060)-342/2022 nömrəsi ilə birləşdirilsin. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar