Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3411/2025 18.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X3, Zərər çəkmiş şəxslər X5 və Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2025ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)-6919/2019 nömrəli və Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(060)-3777/2025 nömrəli icra sənədlərinə əsasən Şəxs 20650 manat borcunu üzrsüz səbəbdən ödəmir. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X7 izahatında protokolu elan edərək bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)-6919/2019 nömrəli və xx.xx.2025-ci il tarixli 2(060)-3777/2025 nömrəli icra sənədlərinə əsasən Sumqayıt şəhər İcra idarəsində Şəxs barəsində icraat başlanmışdır. Şəxs Zərərçəkmiş şəxs olan borcuna münasibətdə qeyd etmişdir ki, o, icra sənədi üzrə borcunu ödəməmişdir. Dəfələrlə İcra idarəsinə dəvət olunmaqla icra sənədi üzrə borcun könüllü olaraq ödənilməsi üçün bildirişlər təqdim edilsə də, borclu borcunu ödəməmiş və icra məmurunun çağırıçlarına məhəl qoymamışdır. Bildirmişdir ki, onun barəsində dəfələrlə axtarış elan edilmişdir. Daha sonra icra idarəsində tələbkara olan borcunu ödəyəcəyinə söz vermişdir. Bu səbəbdən barəsində hər hansı bir protokol tərtib edilməmişdir. Lakin, bir müddət sonra yenidən o, icra sənədini icra etməmiş və barəsində axtarış elan edilməklə icra idarəsinə dəvət edilmişdir. Yenidən icra sənədi üzrə borcunu ödəmədiyinə görə tələbkar ərizə yazaraq məhkəməyə müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhər icra idarəsində yenidən Şəxs barəsində icraat təzələnmişdir. xx.xx.2025-ci il tarixdə borclu Şəxs Zərərçəkmiş şəxs ilə qarşılıqlı razılaşmaqla ona olan borcunu tam şəkildə ödəyəcəyinə dair iltizam imzalamış, lakin icra sənədi üzrə borcundan heç bir məbləğ ödəməmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(060)-3777/2025 nömrəli icra sənədi əsasında tələbkar X1 ödənilməli olan borc məbləği Şəxs tərəfindən ödəniş üçün ona vaxt verilməsinə baxmayaraq ödənilməmişdir. Bildirmişdir ki, Şəxs xx.xx.2019-cu il tarixli 2(060)-6919/2019 nömrəli icra sənədi üzrə 3680 manat məbləğində, xx.xx.2025-ci il tarixli 2(060)-3777/2025 nömrəli icra sənədi əsasında bağlanmış barışıq sazişinə əsasən isə 12 ay üzrə hər ay üçün 250 manat məbləğində hesablanmaqla, cəmi 3000 manat borcu vardır. Tərtib edilmiş protokolda Zəkiyə Məmmədovanın ümumi borc məbləği 17000 manat və Zərərçəkmiş şəxs ödənilməli olan borc məbləği ilə cəm şəklində hesablandığı üçün 20650 manat hesablanmışdır. Şəxs tərəfindən yuxarıda qeyd edilən icra sənədləri üzrə heç bir ödəniş edilmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə məhkəməyə təqdim edilmişdir. Məhkəmədən protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, iş üzrə özünü təqsirli bilir. Heç bir yerdə işləmədiyinə görə icra sənədləri üzrə olan borclarını ödəyə bilməmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 izahatında bildirmişdir ki, Şəxs 17000 manat məbləğində pul vermişdir. Belə ki, Şəxs ilə onun qonşusudur. Onun övladı xəstə olduğuna görə oğlunun adına tanımadığı şəxslər şirkət açmış, nəticədə onun oğlunun adına vergi borcu yığılmışdır. Şəxs ona köməklik edəcəyini bildirmiş, o da Şəxs 17000 manat məbləğində pul vermişdir. Hal-hazırda Şəxs şikayətçidir. Məhkəmədən Şəxs tərəfindən icra sənədi üzrə ona olan borcunun ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs ilə zavodda bir yerdə işləmişlər. O, Şəxs 3650 manat məbləğində borc vermiş, lakin, borcunu geri ala bilməmişdir. Şəxs tərəfindən ona borcundan heç bir ödəniş edilməmişdir. Məhkəmədən Şəxs tərəfindən icra sənədi üzrə ona olan borcunun ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil Vahid oğlu müdafiə etdiyi şəxsin əməlindən peşman olduğunu bildirmiş, məhkəmədən onun barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)-6919/2019 nömrəli icra sənədindən görünür ki, cavabdeh Şəxs 3.650 manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat pul tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(060)-3777/2025 nömrəli icra sənədindən görünür ki, X5 ilə Şəxs arasında Sumqayıt 1 saylı Mediasiya Təşkilatı vasitəsilə bağlanılmış MŞS/MT030/2024-02553 saylı 22 noyabr 2024-cü il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilmişdir. Mediasiya prosesi zamanı Şəxs X1 17000 (on yeddi min) AZN borcu olduğunu etiraf etmişdir. Şəxs 17000 (on yeddi min) AZN borcunu 2025-ci ilin yanvar ayının 1-dən başlayaraq 68 ay müddətində hər ay 250 (iki yüz əlli) AZN olmaqla, borcverən X1 ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icraatında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)-6919/2019 nömrəli Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(060)-3777/2025 nömrəli icra sənədləri bir icraatda birləşdirilmişdir. İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2019-cu il tarixli 2(060)-6919/2019 nömrəli icra sənədi icra sənədi üzrə icraata başlanmaqla Şəxs tərəfindən icra sənədi üzrə tələbin 02 gün müddətində könüllü icrası tələb edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(060)-3777/2025 nömrəli icra sənədi üzrə icraata başlanmaqla borclu Şəxs icra sənədi üzrə tələbin 10 gün müddətində könüllü icrasının təmin edilməsi tələb edilmişdir. Sumqayıt şəhər İcra idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)-6919/2019 nömrəli və Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(060)-3777/2025 nömrəli icra sənədinə əsasən borclu Şəxs 3680 manat pul tutularaq Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs icra sənədində göstərilən ünvan 2 ünvanına gəlinmiş, lakin borclunun həmin ünvanda yaşamadığı müəyyən edilmişdir. Borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. Şəxs xx.xx.2025-ci il tarixdə verdiyi izahatında bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(060)-3777/2025 nömrəli və xx.xx.2019-cu il tarixli 2(060)-6919/2019 nömrəli icra sənədlərindən xəbəbərdardır. İcra sənədi üzrə tələbi işləmədiyinə görə tam yerinə yetirə bilməmişdir. İcra sənədi üzrə borcunu hissə-hisə ödəyəcəyini bidirmişdir. xx.xx.2025-ci il tarixli iltizamdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə tələbkar X9 ilə əldə ediyi razılıq əsasında icra sənədləri üzrə borcunu tam şəkildə ödəyəcəyinə söz vermişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Şəxs əmək haqqı, pensiya, təqaüd və sair gəlirləri və avtomobil nəqliyyatı barəsində məlumatlar aşkar edilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)-6919/2019 nömrəli və xx.xx.2025-ci il tarixli 2(060)- 3777/2025 nömrəli icra sənədləri icra olunması üçün icra idarəsinə göndərilmiş, xx.xx.2025-ci il tarixli qərar ilə borclu barəsində axtarış elan olunmuş, borclu icra məmurunun çağırışlarına gəlməyərək icra sənədini icra etməmiş və məhkəmə iclasında izahatında işləmədiyinə görə icra sənədləri üzrə tələbləri yerinə yetirə bilmədiyini söyləmiş, tələbkar Zərərçəkmiş şəxs və X5 isə borclu tərəfindən icra sənədləri üzrə olan borcun ödənilməsini tələb etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə iclasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, vəkil X4 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 (üç) saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Vəkil Vahid oğlu tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-3411/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3411/2025
18.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver