Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3412/2025 29.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakı ilə, xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, “X20 X15" MMC-nin direktoru işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X6 tərəfindən “X20 X15” MMCnin direktoru Şəxs barəsində vəzifəli şəxs kimi Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə 08 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Sumqayıt Kommersiya Məhkəməsinin 2(119)-1039/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu “X20 X15” MMMC-dən xx.xx.2019-cu il tarixli 248/19 nömrəli “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə 27 (iyirmi yeddi) manat məbləğində ƏDV borcu, xx.xx.2022-ci il tarixli 356/22 nömrəli “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında" müqavilə üzrə 3215 (üç min iki yüz on beş) manat məbləğində əsas borc, 150 (yüz əlli) manat məbləğində cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci və 53,92 (əlli üç manat doxsan iki qəpik) dövlət rüsumu olmaqla, cəmi 3505.92 (üç min beş yüz beş manat doxsan iki qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır; - Sumqayıt Kommersiya Məhkəməsinin 2(119)-1190/2023 saylı. xx.xx.2023-cü il tarixli, icra sənədinə əsasən borclu “X20 and Foundry' Company" Məhdud Məsuliyyətli Cəmiyyətindən 6971,29 (altı min doqquz yüz yetmiş bir manat 29 qəpik) manat məbləğində əsas borc, 300 (üç yüz) manat məbləğində dəbbə pulu və mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 52.5 (əlli iki manat 50 qəpik) manat hissəsi olmaqla, cəmi 7323.79 (yeddi min üç yüz iyirmi üç manat 79 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. - Sumqayıt Kommersiya Məhkəməsinin 2(119)-1436/2023 saylı. xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu “X20 X15” Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 05 sentyabr 2019-cu il tarixli “Elektrik enerjisinin alqı-satqısı barədə” müqavilə üzrə 2811997,46 (iki milyon səkkiz yüz on bir min doqquz yüz doxsan yeddi manat qırx alt qəpik) manat məbləğində borc, mediasiya prosesi ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya haqqı və 1796 (min yeddi yüz doxsan altı) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2814193.46 (iki milyon səkkiz yüz on dörd min yüz doxsan üç manat qırx altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı ’’Azərenerji" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. - Sumqayıt Kommersiya Məhkəməsinin 2(119)-1323/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu “X20 X15” Məhdud Məsuliyyətli Cəmiyyətindən 140609 (yüz qırx min altı yüz doqquz) manat məbləğində borc. 400 (dörd yüz) manat məbləğində mediasiya xərci və 31 (otuz bir) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 141040 (yüz qırx bir min qırx) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. - Sumqayıt Kommersiya Məhkəməsinin 16( 119)-7/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu “X20 X15” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus bank hesablarının üzərinə işçilərin əmək haqlarının və məcburi dövlət ödənişlərinin (vergi, sosial, kommunal və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan 1 (bir) ay müddətinə tərəflər arasında mübahisə predmeti olan 8810.25 (səkkiz min səkkiz yüz on manat iyirmi beş qəpik) manat həcmində həbs qoyulmalıdır. - Sumqayıt Kommersiya Məhkəməsinin 2(119)-1528/2023 saylı. xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən “X20 X15’* Məhdud Məsuliyyətli Cəmiyyətindən 8236,5 (səkkiz min iki yüz otuz altı manat 50 qəpik) manat məbləğində əsas borc və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının əvəzi olmaqla, cəmi 8436,5 (səkkiz min dörd yüz otuz altı manat 50 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-326/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu “X20 and Foundry' Company” MMC-dən icarə haqqının əvəzi olaraq 21000 manat pul və 153 manat dövlət rüsumu tutularaq iddiaçı X7 ödənilməlidir. - Sumqayıt Kommersiya Məhkəməsinin 2(119)-105/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən “X20 X15” Məhdud Məsuliyyətli Cəmiyyətindən 8570.34 (səkkiz min beş yüz yetmiş manat otuz dörd qəpik) məbləğində əsas borc, hüquqi yardımla əlaqədar ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqı və 110 (yüz on) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 9180.34 (doqquz min yüz səksən manat otuz dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “Qlobal- Hidravlika’* Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. - Sumqayıt Kommersiya Məhkəməsinin 2(119)-209/2024 saylı. xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu “X20 X15** Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 01 iyun 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 27612,5 (iyirmi yeddi min altı yüz on iki manat, əlli qəpik) manat məbləğində borc, 1500 (min beş yüz) manat məbləğində cərimə, həmçinin 210 (iki yüz on) manat məbləğində mediasiya xərcinin əvəzi və 173,40 (yüz yetmiş üç manat, qırx qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 29495.9 (iyirmi doqquz min dörd yüz doxsan beş manat, doxsan qəpik) manat məbləğində pul vəsaiti tələbkar “TECHNOPACK** Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. - Sumqayıt Kommersiya Məhkəməsinin 2(119)-508/2024 saylı. xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən İsveçrə Konfederasiyasında qeydiyyata alınmış "xxxx" Şirkəti ilə maraqlı şəxs Azərbaycan Respublikasında qeydiyyata alınmış “X20 X15** Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Bakı 8 saylı Mediasiya təşkilatının mediatoru X12 iştirakı ilə bağlanmış 17 fevral 2024-cü il tarixli MŞB/8/2024-00397 nömrəli Barışıq sazişi təsdiq edilsin və həmin Barışıq sazişi üzrə ödənilməmiş ******* (iki milyon yeddi yüz altmış altı min yeddi yüz əlli dörd) manat məbləğində borcun məcburi icrası üçün icra sənədi verilməlidir. - Sumqayıt Kommersiya Məhkəməsinin 2(119)-458/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən “X20 X15” Məhdud Məsuliyyətli Cəmiyyətindən 7294.76 (yeddi min iki yüz doxsan dörd manat 76 qəpik) manat məbləğində əsas borc və mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqının əvəzi olmaqla, cəmi 7394,76 (yeddi min üç yüz doxsan dörd manat 76 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “Safe Season** Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. - Sumqayıt Kommersiya Məhkəməsinin 2(119)-419/2024 saylı. xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu “X20 X15** Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN **********) 306 (üç yüz altı) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 336 (üç yüz otuz altı) manat məbləğində pul vəsaiti tutularaq tələbkar “Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. - Sumqayıt Kommersiya Məhkəməsinin 2( 119)-272/2024 saylı. xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu “X20 X15” Məhdud Məsuliyyətli Cəmiyyətindən 8809,31 (səkkiz min səkkiz yüz doqquz manat otuz bir qəpik) manat məbləğində borc, hüquqi yardımla əlaqədar ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı və 108.09 (yüz səkkiz manat doqquz qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 9217.40 (doqquz min iki yüz on yeddi manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq “X22" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. - Sumqayıt Kommersiya Məhkəməsinin 2(119)-178/2024 saylı. xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu “X20 X15” Məhdud Məsuliyyətli Cəmiyyətindən 02 may 2023-cü il tarixli 2023/02BN nömrəli alqı-satqı müqaviləsi üzrə 15792 (on beş min yeddi yüz doxsan iki) manat məbləğində borc, həmçinin 210 (iki yüz on) manat məbləğində mediasiya xərcinin, hüquqi yardıma görə ödənilmiş 221 (iki yüz iyirmi bir) manat məbləğində pul vəsaitinin və 137.38 (yüz otuz yeddi manat, otuz səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 16360,38 (on altı min üç yüz altmış manat, otuz səkkiz qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “AS Metal" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. - Sumqayıt Kommersiya Məhkəməsinin 2(119)-445/2024 saylı. xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu “X20 X15" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 12 dekabr 2022-ci il tarixli xidmət göstərilməsi haqqında müqavilə üzrə ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 15854.91 (on beş min səkkiz yüz əlli dörd dollar, doxsan bir sent) ABŞ dolları məbləğində borc və 170,86 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı “ADY Ekspress" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. - Sumqayıt Kommersiya Məhkəməsinin 2(119)-452/2024 saylı. xx.xx.2024-cü il tarixli, sənədinə əsasən üzrə borclu “X20 X15” Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 5159,58 (beş min yüz əlli doqquz manat, əlli səkkiz qəpik) manat məbləğində borc, həmçinin 71.60 (yetmiş bir manat, altmış qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 5231.18 (beş min iki yüz otuz bir manat, on səkkiz qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “Araz Makina" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. - Sumqayıt Kommersiya Məhkəməsinin 2(119)-363/2024 saylı. xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən “X20 X15” Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 33806 (otuz üç min səkkiz yüz altı) manat məbləğində borc, həmçinin 210 (iki yüz on) manat məbləğində mediasiya xərcinin əvəzi olmaqla, cəmi 34016 (otuz dörd min on altı) manat məbləğində pul vəsaiti iddiaçı “SALYAN-TAXİL" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. - Sumqayıt Kommersiya Məhkəməsinin 2(119)-359/2024 saylı. xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu “X20 X15" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 3235 (üç min iki yüz otuz beş) manat məbləğində borc, habelə hüquqi yardımla bağlı ödənilmiş 300 (üç yüz) manat məbləğində pul vəsaitinin və 53 (əlli üç) manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 3588 (üç min beş yüz səksən səkkiz) manat məbləğində pul vəsaiti iddiaçı “Mexaniki Təmir Zavodu" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. - Sumqayıt Kommersiya Məhkəməsinin 2(119)-675/2024 saylı. xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu “X20 X15" Məhdud Məsuliyyətli Cəmiyyətindən 3625.79 (üç min altı yüz iyirmi beş manat yetmiş doqquz qəpik) manat məbləğində əsas borc, 180 (yüz səksən) manat məbləğində cərimə və 58.06 (əlli səkkiz manat altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3863,85 (üç min səkkiz yüz altmış üç manat səksən beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. - Sumqayıt Kommersiya Məhkəməsinin 2(119)-375/2024 saylı. xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu "X20 X15" Məhdud Məsuliyyətli Cəmiyyətindən 8000 (səkkiz min) manat məbləğində icarə haqqı borcu, mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərci və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8120 (səkkiz min yüz iyirmi) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X2 ödənilməlidir. - Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1516/2024 saylı. xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu "X20 X15" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 25.000 (iyirmi beş min) ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 5.000 (beş min) ABŞ dolları məbləğində (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. - Sumqayıt Kommersiya Məhkəməsinin 2(119)-1995/2024 saylı. xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu "X20 X15” Məhdud Məsuliyyətli Cəmiyyətindən 154799.48 (yüz əlli dörd min yeddi yüz doxsan doqquz manat, qırx səkkiz qəpik) manat məbləğdə borc və 444.8 (dörd yüz qırx dörd manat, səksən qəpik) manat məbləğdə dövlət rüsumunun əvəzi olmaqla, cəmi 155244.28 (yüz əlli beş min iki yüz qırx dörd manat, iyirmi səkkiz qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “CATİON" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-160/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu "X20 X15» MMC-dən iddiaçı X1 vurulmuş zərərin əvəzi olaraq 4224.24 (1173.4 manat x 40% x 9 ay) manat məbləğində Ödənc və 50 (əlli) manat məbləğində mediasiya xərci tutularaq tutularaq iddiaçı X11 ödənilməlidir. - Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2819/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu “X20 X15” MMC (VÖEN**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizi məbləğində, yəni 8575.63 ABŞ dolları (42878.15x20%) məbləğində (ödəniş vaxtına olan Azərbaycan manatının məzənnəsi nəzərə alınmaqla) cərimə olunmalıdır. - Sumqayıt Kommersiya Məhkəməsinin 2(119)-156/2025 saylı. xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu X20 and Foundry' Company" Məhdud Məsuliyyətli Cəmiyyətindən ƏDV daxil 8786,78 (səkkiz min yeddi yüz səksən altı manat yetmiş səkkiz qəpik) manat məbləğində əsas borc, əsas borca illik 5%-lə hesablanmış 13,24 (on üç manat iyirmi dörd qəpik) manat və 108 (yüz səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8908,02 (səkkiz min doqquz yüz səkkiz manat iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. - Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1005/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu "X20 X15" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətam törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 15.000 (on beş min) ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 3.000 (üç min) ABŞ dolları məbləğində (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. - Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-1327/2024 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu “X20 X15” Məhdud Məsuliyyətli Cəmiyyətindən 21 dekabr 2021-ci il tarixli 122358 nömrəli dalan dəmir yolunda xidmətlərinin göstərilməsinə dair müqavilə üzrə 133686.51 (yüz otuz üç min altı yüz səksən altı manat, əlli bir qəpik) manat məbləğində borc. 6700 (altı min yeddi yüz) manat məbləğində cərimə və 430.39 (dörd yüz otuz manat, otuz doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 140816.9 (yüz qırx min səkkiz yüz on altı manat, doxsan qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. - Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2638/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu "X20 X15" MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizi məbləğində, yəni 3282.00 ABŞ dolları (16410.00x20%) məbləğində (ödəniş vaxtına olan Azərbaycan manatının məzənnəsi nəzərə alınmaqla) cərimə olunmalıdır. - Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2520/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu “X20 X15" MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizi məbləğində, yəni 10000.00 ABŞ dolları (50000.00x20%) məbləğində (ödəniş vaxtına olan Azərbaycan manatının məzənnəsi nəzərə alınmaqla) cərimə olunmalıdır. - Sumqayıt Kommersiya Məhkəməsinin 2-2( 119)-872/2024 saylı. xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu “X20 X15” Məhdud Məsuliyyətli Cəmiyyətindən 8271,10 (səkkiz min iki yüz yetmiş bir manat on qəpik) manat məbləğində borc və ödənilmiş 102.71 (yüz iki manat yetmiş bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8373,81 (səkkiz min üç yüz yetmiş üç manat səksən bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq X10 ödənilməlidir. - Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-785/2024 saylı. xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu “X20 X15” Məhdud Məsuliyyətli Cəmiyyətindən 21862.75 (iyirmi bir min səkkiz yüz altmış iki manat, yetmiş beş qəpik) manat məbləğində icarə haqqı borcu tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh “X20 X15" Məhdud Məsuliyyətli Cəmiyyətindən 291165.16 (iki yüz doxsan bir min yüz altmış beş manat, on altı qəpik) manat məbləğində borc, sənədlərin notarial qaydada təsdiq edilməsi üçün çəkilmiş 82 (səksən iki) manat məbləğində xərcin əvəzi və 603.03 (altı yüz üç manat, üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 291850.19 (iki yüz doxsan bir min səkkiz yüz əlli manat, on doqquz qəpik) manat məbləğində pul vəsaiti "X5 Agentliyi" publik hüquqi şəxsinin xeyrinə tutulmalıdır. - Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-1044/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu “X20 X15” Məhdud Məsuliyyətli Cəmiyyətindən 3197,46 (üç min yüz doxsan yeddi manat qırx altı qəpik) manat məbləğində borc və 52 (əlli iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3249.46 (üç min iki yüz qırx doqquz manat qırx altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq "LV Caspian Limited" şirkətinin Azərbaycan Respublikasındakı filialına ödənilməlidir. - Sumqayıt Kommersiya Məhkəməsinin 2-2( 119)-569/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu X20 X15” Məhdud Məsuliyyyətli Cəmiyyətindən dövlət rüsumunun qalığı olan 31,66 (otuz bir manat 66 qəpik) manat məbləğində pul vəsaiti dövlət nəfmə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. - Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-2009/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu “X20 X15” Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 3376 (üç min üç yüz yetmiş altı) manat məbləğində əsas borc və 53.76 (əlli üç manat 76 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3429.76 (üç min dörd yüz iyirmi doqquz manat 76 qəpik) manat məbləğində pul vəsaiti “Technoak" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. - Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1159/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu "X20 X15" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 2740312.00 (iki milyon yeddi yüz qırx min üç yüz on iki) Rusiya rublu valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 548062 (beş yüz qırx səkkiz min altmış iki) Rusiya rublu 04 (dörd) kopek məbləğində (Rusiya rublunun ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. - Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-722/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu "X20 X15” Məhdud Məsuliyyətli Cəmiyyətindən ƏDV daxil olmaqla 20679,3 (iyirmi min altı yüz yetmiş doqquz manat otuz qəpik) manat məbləğində əsas borc, 1447 (min dörd yüz qırx yeddi) manat məbləğində faiz, hüquqi yardıma görə ödənilmiş 1000 (min) manat məbləğində vəkil xərci və 156.38 (yüz əlli altı manat otuz səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 23282.68 (iyirmi üç min iki yüz səksən iki manat altmış səkkiz qəpik) manat məbləğində pul vəsaiti “Büro Veritas Azeri" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. - Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1558/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu “X20 X15" MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizi məbləğində, yəni ******* Rusiya rublu (9494900.00x20%) məbləğində (ödəniş vaxtına olan Azərbaycan manatının məzənnəsi nəzərə alınmaqla) cərimə olunmalıdır. - Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1457/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" şirkəti ilə “X20 X15" MMC arasında bağlanan 12 yanvar 2024-cü il tarixli, BNFFC- STİ001.12012024 saylı “Tələbin güzəşt olunmasına dair" müqavilə etibarsız hesab edilsin. "X18" Qapalı Səhmdar Cəmiyyətinin Sumqayıt şəhəri. Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşən əmlak kompleksinin ərazisində, sexin axrasındakı ərazidə olan "X20 X15" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus kömür, ələnmiş kömür tozu, kvarsit, dəmir tozu (okalina) “X20 X15” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən və onun öz vəsaiti hesabına çıxarılmalıdır. - Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1629/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu “X20 X15” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4- cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 3140975.77 Rusiya Rublu valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 628196 (altı yüz iyinni səkkiz min yüz doxsan altı) Rusiya Rublu məbləğində (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. - Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2569/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu "X20 X15" MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizi məbləğində, yəni 15726.88 ABŞ dolları (78634.44 ABŞ dollarıx20%) məbləğində (ödəniş vaxtına olan Azərbaycan manatının məzənnəsi nəzərə alınmaqla) cərimə olunmalıdır. - Sumqayıt Şəhər 4 Saylı Notariat Kontorunin 8İ-12679 nömrəli. xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu "X20 X15" MMC-dən 4431.57 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "Azercell Telekom" MM-nin xeyrinə ödənilməlidir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X8 izahatında bildirmişdir ki, borcluya MMC tərəfindən ödəniş edilməsi üçün elektron qaimələr təqdim edilmiş, lakin ödənişlər həyata keçirilməmişdir. Şəxs direktoru olduğu “X20 X15” MMC fəaliyyətini bərpa etsə də, yenə də ödənişlər edilməmişdir. Hal-hazırda şikayətçidirlər və borcun tam ödənilməsini tələb edirlər. Göstərilən halların nəzərə alınmasını xahiş etmişdir.. Məhkəmə iclasının yeri və vaxtı barədə Sumqayıt şəhəri üzrə İcra idarəsinə, barəsində inizbati qaydada icraat aparılan şəxs “X20 X15” MMC-nin direktoru Şəxs və digər zərərçəkmiş şəxslərə məlumat verilməsinə baxmayaraq onarl məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə İXM-in 112.1.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, “X20 X15” MMC-nin direktoru Şəxs vəzifəli şəxs kimi Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, inzibati xəta haqqında prtokolda qeyd edilən icra sənədləri üzrə icraata başlama haqqında qərarlar qəbul edilərək tələbin könüllü icrası haqqında bildirişlər borclu "xxxx" ASC-yə göndərilmiş və rəsmi qaydada qəbul edilmişdir. İcra işi üzrə borclu hüquqi şəxsin direktoru dəfələrlə icra idarəsinə dəvət edilərək borcun ödənilməsi təklif edilsə də bu günə kimi borc üzrə hər hansı ödəniş olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni “X20 X15” ASC-nin direktoru kimi həmin MMC-nin borclu olduğu icra sənədlərinin icrası istiqamətində bu günə kimi heç bir hərəkət etməməsi icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və icra məmurunun qanuni tələbinin yerinə yetirilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. O da qeyd edilməlidir ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati hüquq nəzəriyyəsində məhkəmə qətnaməsini, hökmünü, qərarını və yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərini üzrsüz səbəbdən icra etməmə onda ehtiva olunur ki, təqsirkar şəxsə yazılı şəkildə məhkəmə qərarının icra edilməsi barədə xəbərdarlıq edilmiş olsun, həmin xəbərdarlıqdan və icra məmurlarının qanuni tələblərindən təqsirkar şəxsin məlumatı olsun və hər hansı üzrlü səbəb göstərmədən həmin hərəkətlərini davam etdirmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli plenum qərarında göstərilmişdir ki, “...məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir...”. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il 18 dekabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi, borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi, borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi, borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi ilə müəyyən etmək olar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarının hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətinin yaranması hər bir halda onun vəzifəli şəxslərinin və ya işçilərinin hüquqazidd davranışı nəticəsində baş verir, təqsiri isə İnzibati Xətalar Məcəlləsinin 18.2- ci maddəsində sadalanan şəxslərin təqsirinin törəməsidir. İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə əsasən, hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: - hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə müvafiq olaraq, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Göründüyü kimi, vəzifəli şəxs öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində, hüquqi şəxs isə məhz onun xeyrinə və ya maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan vəzifəli şəxslərinin və ya sonuncular tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində işçisinin törətdiyi inzibati xətalara görə məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Qanunvericinin bu mövqeyi onunla bağlıdır ki, hüquqi şəxsin bir işçisinin, vəzifəli şəxsinin hüquqazidd əməllərinin qarşısı digər vəzifəli şəxsləri tərəfindən alına bilər. Belə ki, hüquqi şəxsin məsuliyyəti İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən inzibati xətanın törədilməsi zamanı həmin Məcəllənin 18.2.1- 18.2.4-cü maddələrində qeyd edilən şəxslərin buna yol verməsi, qarşısını almaması, təqsirkarın fəaliyyətinə lazımi nəzarəti aparmaması nəticəsində yaranır. Beləliklə, bir xətaya görə iki subyektin, yəni həm hüquqi şəxsin, həm də onun vəzifəli şəxsinin məsuliyyətə cəlb edilməsi ondan irəli gəlir ki, inzibati xətanı törətmiş vəzifəli şəxs hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün və məhz onun nəzarətsizliyi nəticəsində hüquqazidd hərəkət (hərəkətsizlik) edir. Bu zaman öz vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən, yəni İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsi ilə nəzərdə tutulan vəzifəli şəxslə Məcəllənin 18.2-ci maddəsi ilə müəyyən edilən, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan şəxsin eyni şəxs (fərd) olması müstəqil hüquqi məna kəsb etmir. Belə ki, faktiki məzmun baxımından hər iki subyektin törətdiyi inzibati xətanın eyni xəta olmasına baxmayaraq, onların inzibati xətaya görə məsuliyyətə cəlb edilməsinin əsasları fərqlidir. Azərbaycan Respublikası İXM-in 17-ci maddəsinin Qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-in aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində vəzifəli şəxs kimi Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1.500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-3412/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3412/2025
29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver