Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3415/2025 29.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Qərardan şikayət verən şəxs Salahova Vəfa Səməd qızının, Sumqayıt Şəhər Dövlət X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan Salahova Vəfa Səməd qızı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Salahova Vəfa Səməd qızı Sumqayıt Şəhər Dövlət X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Salahova Vəfa Səməd qızı şikayət ərizəsini onunla əsaslandırmışdır ki, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmiş və 40 manat məbləğində cərimə olunmuşdur. O, ünvan 1 ünvanında Sumqayıt DYPŞ Yol patrul xidməti inspektoru, polis serjantı X1 tərəfindən cərimələnmişdir və bu qərarla razı deyildir və qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs Salahova Vəfa Səməd qızı şikayətini müdafiə edərək bildirmişdir ki, o, xx.xx.2025-ci il tarixdə Bulvar yolu ilə Simurq restoranına tərəf hərəkətdə olarkən yol boş olduğundan avtomobili saxlamadan keçib getmişdir. Belə ki, o, hərəkətdə olarkən ətrafda heç bir nəqliyyat vasitəsi olmamışdır. Bundan sonra yol patrul xidmətinin əməkdaşı onun avtomobilini saxlayaraq, özünü təqdim etmiş və onun yol nişanı qaydalarını pozduğunu və 40 manat məbləğində cərimə olunduğunu bildirmişdir. O, həmin ərazidə stop nişanı olduğunu, lakin ətrafda avtomobil olmadığına görə hərəkət etdiyini, bu səbəbdən də barəsində qəbul edilmiş qərarın ədalətli olmadığını bildirmiş və məhkəmədən cərimənin silinməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş Sumqayıt Şəhər Dövlət X3 nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə Sumqayıt Şəhər Dövlət X3 nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli qərardan görünür ki, Salahova Vəfa Səməd qızı xx.xx.2025-ci il tarixdə, saat 20:11-də ünvan 1 ərazisində “KİA FORTE MİNİK” markalı **-CR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsi nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Qərarı qəbul etmiş şəxs Sumqayıt DYPŞ Yol patrul xidməti inspektoru, polis serjantı X1 tərəfindən təqdim edilmiş video görüntüyə baxış keçirilmiş, həmin video görüntüdə xx.xx.2025-ci il tarixdə saat 18:41-də “KİA FORTE MİNİK” markalı **-CR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan sürücünün yol nişanının tələblərinə əməl etməyərək dayanmadan keçməsi və daha sonra yol patrul xidmətinin inspektoru tərəfindən saxlanılması müşahidə edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Sumqayıt DYPŞ Yol patrul xidməti inspektoru, polis serjantı X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, qərardan şikayət vermiş şəxs Salahova Vəfa Səməd qızı öz izahatında onun hərəkət etdiyi yolda “stop” nişanının olduğunu, lakin, yolun hərəkət hissəsində avtomobil olmadığından avtomobili saxlamadığını və hərəkətə davam etdiyini bildirmişdir. Həmçinin, yol patrul xidməti inspektorunun təqdim etdiyi video görüntü ilə də Salahova Vəfa Səməd qızının “KİA FORTE MİNİK” markalı **-CR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol nişanının tələblərinə riayət etməməsi öz təsdiqini tapmışdır. Məhkəmə, eyni zamanda qeyd edir ki, yolun hərəkət hissəsinin boş olması sürücünün yol nişanlarının tələblərinə əməl etməməsinə əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ-nin Dövlət X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan Salahova Vəfa Səməd qızının verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Salahova Vəfa Səməd qızının şikayəti təmin edilməsin. Sumqayıt ŞPİ-nin Dövlət X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-3415/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3415/2025
29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver