Məhkəmə qərarları › İş №3(060)-342/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-342/2022

31.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-342/2022 31.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Zərərçəkmiş şəxslər X2, Gulieva Aigiun, X5, X8, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi ünvan 5qayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1979-cu ildə ünvan 5qayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ünvan 5qayıt şəhəri Pİ-nin 1-ci və 3-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 31.01.2022-ci il tarixli, MN № ******* saylı, 31.01.2022-ci il tarixli, MN № ******* saylı, 30.01.2022-ci il tarixli, MN № ******* saylı, 30.01.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, 27.12.2021-ci il tarixdə ünvan 2 ünvanında yaşayan X1 150 manat, 31.12.2021-ci il tarixdə ünvan 3 ünvanında yaşayan X6 167 manat, 29.12.2021-ci il tarixdə saat 14:00 radələrində ünvan 4 ünvanında yaşayan Gulieva Aigiundan 240 manat, 12.12.2021-ci il tarixdə ünvan 5qayıt şəhər, 11-ci mikrorayon, ərazisində X4 40 manat məbləğində pul alaraq onlara qarşı dələduzluq etmişdir. İş üzrə zərərçəkmiş X7 məhkəmə iclasında bildirdi ki, Şəxs 27.12.2021-ci il tarixdə ondan 150 manat məbləğində pul alaraq dələduzluq etmişdir. Şəxs barəsində qanunvericiliyə uyğun cəzanın tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş üzrə zərərçəkmiş Gulieva Aigiun məhkəmə iclasında bildirdi ki, Şəxs 29.12.2021ci il tarixdə saat 14:00 radələrində ondan 240 manat məbləğində pul alaraq dələduzluq etmişdir. Şəxs barəsində qanunvericiliyə uyğun cəzanın tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş üzrə zərərçəkmiş X11 məhkəmə iclasında bildirdi ki, Şəxs 12.12.2021-ci il tarixdə ondan 40 manat məbləğində pul alaraq dələduzluq etmişdir. Şəxs ona dəymiş zərəri tam şəkildə ödədiyindən heç bir şikayəti və tələbi yoxdur. Ona aid olan hissədə inzibati materiala xitam verilməsini məhkəmədən xahiş etdi. İş üzrə zərərçəkmiş X12 məhkəmə iclasında bildirdi ki, Şəxs 31.12.2021-ci il tarixdə ondan 167 manat məbləğində pul alaraq dələduzluq etmişdir. Şəxs barəsində qanunvericiliyə uyğun cəzanın tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta törətmiş Şəxs məhkəmə iclasında özünü tam təqsirli bilərək bildirdi ki, həqiqətən də 27.12.2021-ci il tarixdə ünvan 2 ünvanında yaşayan X1 150 manat, 31.12.2021-ci il tarixdə ünvan 3 ünvanında yaşayan X6 167 manat, 29.12.2021-ci il tarixdə saat 14:00 radələrində ünvan 4 ünvanında yaşayan Gulieva Aigiundan 240 manat, 12.12.2021-ci il tarixdə ünvan 5qayıt şəhər, 11-ci mikrorayon, ərazisində X4 40 manat məbləğində pul alaraq onlara qarşı dələduzluq etmişdir. O, hal-hazırda törətdiyi əməldən səmimi olaraq peşmandır və bir daha oğurluq edib belə hallara yol verməyəcəkdir. Qeyd edilənləri nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 28.01.2022-ci il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan müəyyən olunur ki, Şəxs 28.01.2022-ci il tarixdə saat 19:00-da inzibati qaydada tutulmuş, 30.01.2022-ci il tarixdə saat 18:00-da azad edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, proses iştirakçılarının izahatını, vəkilin çıxışını dinləyərək hesab edir ki, inzibati xətanın törədilməsi ünvan 5qayıt şəhər Polis İdarəsinin 1-ci və 3-cü Polis Bölməsi tərəfindən tərtib edilmiş 31.01.2022-ci il tarixli, MN № ******* saylı, 31.01.2022-ci il tarixli, MN № ******* saylı, 30.01.2022-ci il tarixli, MN № ******* saylı, 30.01.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokollarla və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə almışdır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs tərəfindən əməlin təkrar törədilməsi məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində müəyyən edilmiş həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 manat pul dövlət büdcəsindən tutularaq ünvan 5qayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Zərərçəkmiş şəxs X9 vurulmuş ziyan ilə əlaqədar hissədə iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 30 (otuz) gün müddətinə inzibati həbs olunsun. 2 gün tutulduğu müddət təyin edilmiş cəzadan çıxılmaqla qəti olaraq 28 gün saxlanılsın. Cəzanın əvvəli 31.01.2022-ci il saat 17:15 tarixindən hesablansın. Qərarın icrası ünvan 5qayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Zərərçəkmiş şəxslər X3, Gulieva Aigiunə, X10 vurulmuş zərərin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilən Şəxs ünvan 5qayıt Regional Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 08 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 manat dövlət büdcəsindən tutularaq ünvan 5qayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə ünvan 5qayıt Şəhər Məhkəməsi vasitəsi ilə ünvan 5qayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar