Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3426/2025 22.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-nin sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən xx.xx.2025-ci il tarixdə saat 00 radələrində Bakı-Quba yolu ilə Sumqayıt şəhərinə gedən yolda təsadüf nəticəsində Zərərçəkmiş şəxs tanış olduğu Şəxs ona müxtəlif vədlər verərək sonda onun 225 manatını ələ keçirmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ 3-cü PB-nin sahə rəisi X2 öz izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 00.00 radələrində Bakı-Quba yolu ilə H.Z.Tağıyev qəsəbəsindən Sumqayıt şəhərinə taksi ilə yol gedən Zərərçəkmiş şəxs yanacaq doldurma məntəqəsi yaxınlığında bir qadının dayandığını görmüş, onunla söhbət etməyə başlamışdır. Daha sonra həmin qadınla birlikdə taksi ilə Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisinə gəlmiş və dönər yerindən 2 ədəd dönər almışlar. Daha sonra onlar 15-ci məhəllə istiqamətində hərəkət etmiş və “Tamstore” marketdən 25 manatlıq ərzaq məhsulları almışlar. Qadın Zərərçəkmiş şəxs 40 manat, evinin kirayə pulunu ödəmək üçün isə 150 manat istəmiş, sonunca isə ona 200 manat vermişdir. Bundan sonra həmin qadın Zərərçəkmiş şəxs “Asan Xidmət”in arxasındakı yataqxanada, 4-cü mərtəbədə, 72-ci mənzildə yaşadığını bildirmiş, o evə getdikdən sonra Zərərçəkmiş şəxs gəlməsini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs qadının dediyi mərtəbəyə qalxmış, orada həmin mənzilin olmadığını, aldadıldığını başa düşmüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs daha ağır inzibati tənbeh tədbiri tətbiq edilməsini, lakin hal-hazırda onun Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini nəzərə alaraq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, hadisə polis əməkdaşının izahatında qeyd etdiyi kimi olmuşdur, lakin ödənilmiş məbləğ hissəsində razı deyil. Belə ki, Zərərçəkmiş şəxs onun üçün marketdən 50 manatlıq ərzaq məhsulu almış, ümumilikdə isə 60 manat xərcləmişdir. Qeyd edir ki, həmin kişi onunla görüşmək istədiyini bildirmiş və 15-ci məhəllə ərazisinə gəlmişlər. O aldığı ərzaq məhsullarını evə qoyub gələcəyini bildirmiş, lakin gəlməmiş, daha sonra kişi ilə telefonla danışmış, lakin onunla görüşməmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, hadisə polis əməkdaşının izahatında qeyd etdiyi kimi olmuşdur. O, “Azpetrol” YDM-in yaxınlığında yol kənarında bir nəfər qadının dayandığını görüb taksini saxlatdırıb həmin qadın ilə söhbət etdikdə həmin qadının ac olduğunu bilmiş, qadın ondan yemək almasını istəmişdir. O həmin qadına yemək almış, daha sonra 15-ci məhəllə ərazisində, “Asan Xidmət”in arxasındakı marketdən 25 manatlıq ərzaq almış və o, ödənişi kartla etmişdir. Daha sonra onlar əl-ələ qadının yaşadığı yataqxananın qarşısına gəlmiş və qadın ona evinin kirayə pulunu ödəməli olduğunu, əks halda onu evdən çıxaracaqlarını söyləmişdir. Bu vaxt o, cibindən 01 ədəd 100 manat, 02 ədəd 50 manat çıxararaq qadına vermiş, yerdə qalan pulu isə özünə götürməsini bildirmişdir. Daha sonra qadın evinə qalxmış və ona 4-cü mərtəbədə 72-ci mənzildə yaşadığını bildirmişdir. Lakin o daha sonra 4-cü mərtəbəyə qalxmış və həmin nömrəli mənzilin orada olmadığını bilmişdir. Orada yaşayan məhəllə sakinindən həmin qadının bu yataqxanada yaşamadığını, başqa şəxsdən isə həmin qadının yataqxananın arxa qapısından çıxdığını öyrənmişdir. Bundan sonra həmin qadına dəfələrlə telefon vasitəsilə zəng etmiş, qadın ona müxtəlif yerlərdə olacağını bildirsə də, dediyi yerlərə gəlməmişdir. Daha sonra Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyanın tam olaraq ödənildiyini, Şəxs qarşı heç bir şikayəti və tələbinin olmadığını, onunla barışdığını bu səbəbdən sonuncu barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə zərərçəkmiş şəxs barışmış, vurulmuş ziyan tam ödənilmiş, zərərçəkmiş şəxsin hazırda Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş təhqiqatçısı polis mayoru Əlinasir Nəsirlinin xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə 3-cü PB-nə göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:45-də inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 12:30-da azad edilmişdir. İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 00 radələrində Sumqayıt şəhərinin Bakı-Quba yolu istiqamətində yerləşən çıxışında dayanmışdı. Bu zaman yanında bir avtomobil dayandı. Avtomobildə ön sərnişin oturacağında əyləşmiş yaşlı kişi cinsli şəxs ondan hara getdiyini soruşdu. O da ona bir nəfər şəxsi gözlədiyini dedi. O, avtomobilə əyləşməyi təklif etdi. O da razılaşıb avtomobilə əyləşdi. Həmin avtomobil ilə 17-ci məhəllə ərazisinə gəlib avtomobildən düşdülər. Həmin kişi erotik məzmunlu söhbətlər aparmağa başladı və cinsi əlaqədə olmağı təklif etdi. O isə onu tanıdıqdan sonra buna qərar verəcəyini söylədi. Onlar əvvəlcə 36-cı məhəllə ərazisində yerləşən “Şaurma" restoranına getdilər. Oradan həmin şəxs ödəniş edərək iki ədəd “şaurma” aldı. Daha sonra o, mağazadan müəyyən ərzaq məhsulları almaq istədiyini dedi. Onunla birlikdə piyada Sumqayıt şəhəri, 15-ci məhəllədə yerləşən “Tam store” mağazasına gəldilər. Oradan 50 manatlıq ərzaq məhsulu aldılar. Ödənişi həmin şəxs özü etdi. Həmin şəxs gecəni onunla qalmaq istəyirdi. O aldığı ərzaq məhsullarını əlindən almasın deyə etiraz etmədi, lakin ona yalan məlumat verməklə 15-ci məhəllədə yataqxanada qaldığını söylədi. Onlar birlikdə “Asan xidmət”-in arxa hissəsində yerləşən yataqxanalardan birinin qarşısına gəldilər. O ona yataqxananın qarşısında gözləməsini, o qalxdıqdan sonra 4-cü mərtəbəyə qalxıb 72 saylı otağa gəlməsini dedi. O da razılaşdı. O yataqxanaya qalxıb 3-cü mərtəbəyə qalxaraq oradan başqa keçid ilə yataqxananı tərk edib yaşadığı yataqxanaya getdi. Həmin şəxs ona nə qədər zəng etsə də zənglərinə cavab vermədi. Bildirir ki, Zərərçəkmiş şəxs yalan danışır. Ona 200 manat pul verməmişdir. Yalnız onun üçün 50 manatlıq ərzaq məhsulları almışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 00 radələrində taksi ilə Bakı-Quba yolu ilə H.Zeynalabdin qəsəbəsində Sumqayıt şəhərinə doğru hərəkət edirdi. “Azpetrol” YDM-in yaxınlığında yol kənarında bir nəfər qadının dayandığını görüb taksini saxlatdırıb həmin qadın ilə söhbət etdikdə o, ac olduğunu, Sumqayıt şəhərinə getmək istədiyini dedi. Onlar Sumqayıt şəhəri 34-cü məhəllə ərazisində taksidən düşdülər. Orada yerləşən dönər satışı restoranından dönər aldılar. Daha sonra piyada Sumqayıt şəhəri, 15-ci məhəllə istiqamətində hərəkət etdilər. Həmin qadın marketdən bir neçə ərzaq məhsulu almaq lazım olduğunu söylədiyindən onunla orada yerləşən “Tam store” mağazasına daxil olub, 25 manatlıq ərzaq məhsulu aldılar. Həmin qadın onunla cinsi əlaqədə olmaq üçün 40 manat, həmçinin evin kirayəsi üçün 150 manat pul lazım olduğunu söylədikdə ona 200 manat pul verdim. Onlar birlikdə “Asan xidmət”-in arxa hissəsində yerləşən yataqxanalardan birinə daxil oldular. O, 72 saylı otaqda yaşadığını söylədi. Həmin qadın əvvəlcə özü yataqxanaya daxil olaraq onun ardınca 4-cü mərtəbəyə qalxmağını söylədi. O, getdikdən bir neçə dəqiqə sonra yataqxanaya daxil olub 4-cü mərtəbəyə qalxdıqda orada 72 saylı otaq olmadığını görüb ona zəng etsə də zənglərinə cavab vermədi. Bundan sonra o aldadıldığını anlayıb oranı tərk etdi. Hazırda da həmin şəxs zənglərinə cavab vermədiyindən onunla əlaqə saxlaya bilmir. Həmin şəxs 25 yaşlarında, arıq bədən quruluşlu, uzun qara saçlı şəxs idi, çənə nahiyəsində xal var idi. Məhkəmə inzibati xətaya dair materialları araşdıraraq hesab edir ki, Şəxs tərəfindən İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu, iş materialları ilə tam təsdiq edilir. İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Həmin maddənin Qeydinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxs ilə barışdığı və ona vurduğu ziyanı tam ödədiyi üçün onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 43, 48-51, 53, 114-117 və 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-3426/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3426/2025
22.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver