Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3427/2025 05.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 31474898 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 31474898 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli EQ 31474898 saylı inzibati protokola əsasən onun barəsində 80 (səksən) manat məbləğində cərimə və 2 bal tətbiq edilmişdir. Bu qərardan məhkəməyə etdiyi şikayət araşdırılmış və Sumqayıt Şəhər Məhkəməsi tərəfindən şikayəti qismən təmin edilərək qərarın ləğv edilməsi, işin yenidən araşdırılması üçün AR DİN-in Baş X10 İdarəsinə göndərilməsi haqqında qərar qəbul edilmişdir. Lakin bu günə kimi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı DİN tərəfindən icra edilməmiş, cərimə sistemdən silinməmiş, hələ də "qərarlı“statusu ilə qalmaqdadır. Bu isə AR inzibati Xətalar Məcəlləsinə, həmçinin məhkəmə qərarının məcburiliyinə dair qanunvericiliyinə ziddir. Məhkəmənin qərarı icra olunmadığına görə onun hüquqları pozulur və əsassız olaraq cərimə qüvvədə saxlanılır. Bununla əlaqədar olaraq məhkəmədən EQ 31474898 saylı cərimənin tam şəkildə ləğv edilməsinə qərar verilməyini, Sumqayıt Şəhər Məhkəməsinin qəbul etdiyi qərarın AR DİN tərəfindən icra edilməsi faktı araşdırılmağını və icrasının təmin edilməsi üçün tədbirlərin görülməsi barədə qərar saxlanılmağını, cərimənin dərhal sistemdən silinməsinin təmin edilməyini xahiş edir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi və şikayətçi X3 məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4cü maddəsinə əsasən işə Baş X10 İdarəsinin nümayəndəsinin və şikayətçi X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bundan başqa Vahid Məhkəmə Portalı vasitəsi ilə şahidin cəlb edilməsi barədə vəsatət verərək məhkəmə iclaslarında şəxsən iştirak edə bilmədiyini, iş üzrə baş vermiş hallar, faktiki vəziyyət və digər mühüm məqamlar barədə birbaşa məlumatı olan atası X4 dindirilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X6 bildirmişdir ki, xx.xx.2025-ci ildə Sumqayıt şəhəri, Nərimanov küçəsində özünə məxsus avtomobili etibarnamə əsasında qızı Dilarə Pirkişiyeva idarə edirdi. O, park hissəsində digər avtomobilin çıxdığını görmüş, aşağı sürətlə avtomobilə yaxınlaşmış, faktiki olaraq dayanmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 31474898 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, Dilarə Pirkişiyeva barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 31474898 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 “Kia Sportage minik” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və durmasına görə Azərbaycan Respublikası İXM-in 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan “SMSRADAR” tətbiqetməsindən əldə edilmiş çıxarışdan görünür ki, X3 İXM-in 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 72 manat və 2 bal inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin nəqliyyat vasitəsinin arxa hissəsinin şəkilləri çəkilərək elektron qərara əlavə edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X5 şikayəti qismən təmin edilmiş və DİN BDYPİ-nin X2 xx.xx.2025ci il tarixli EQ 31474898 saylı qərarı ləğv edilmiş və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə göndərilmişdir. Məhkəmə qeyd edir ki, İXM-in 346.4-cü maddəsinin dispozisiyasında yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və durmasına görə məsuliyyət müəyyən edilmişdir. Məhkəmə iclasları vaxtı və yari barədə lazımı qaydada məlumatlandırılmış, BDYPİnin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmiş, həmçinin hər hansı sübut təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdə nəqliyyat vasitəsinin yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanması görünür. Lakin məhkəmə iclaslarına videogörüntü təqdim edilmədiyindən şikayətçinin həmin vaxt hərəkətdə olmasını və ya dayanması(durması)nı müəyyən etmək mümkün deyil. Bununla da, qeyd olunanlar məhkəmə tərəfindən şikayətçinin təqsirli olmasını şübhə altına alan hal kimi qiymətləndirilərək onun xeyrinə həll edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İXM-in 53.2-ci maddəsinə əsasən Dilarə Pirkişiyevanın təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində başlanmış inzibati xətalar haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-in 40, 43, 50, 53, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin olunsun. DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 31474898 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X3 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Bu qərar Azərbaycan Respublikası DİN-in Baş X10 İdarəsinin Mərkəzi İnformasiya sistemində X1 adına qeyd edilmiş xx.xx.2025 -ci il tarixli EQ 31474898 nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati cərimənin, ona hesablanmış dəbbə pulunun və cərimə balının silinməsi üçün əsasdır. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-3427/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3427/2025
05.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver