Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-343/2021 28.01.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin sahə rəisləri X14, X9 və X10, zərərçəkmiş şəxs “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X11, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Ermənistan Respublikası, Yexenqnadzor rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, evli, orta təhsilli, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 52-ci məhəllə, ev 114 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində cinayət işinin başlanmasının rədd olunması barədə qərarlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 28.01.2021-ci il tarixli MN seriyalı ******* №li, 28.01.2021-ci il tarixli MN seriyalı ******* №li, 28.01.2021-ci il tarixli MN seriyalı ******* №li, 27.01.2021-ci il tarixli MN seriyalı ******* №li, 28.01.2021-ci il tarixli MN seriyalı ******* №li, 28.01.2021-ci il tarixli MN seriyalı ******* №li, 28.01.2021-ci il tarixli MN seriyalı ******* №li, 28.01.2021-ci il tarixli MN seriyalı ******* №li, 28.01.2021-ci il tarixli MN seriyalı ******* №li, 27.01.2021-ci il tarixli MN seriyalı ******* №li və 27.01.2021-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, Şəxs müvafiq olaraq 11.01.2021-ci il tarixdən 12.01.2021-ci il tarixə keçən kecə 10-cu mikrorayon ərazisində yerləşən binadan su sayğacını oğurlamışdır; Bundan başqa 15.01.2021-ci il tarixdə Sumqayıt şəhəri, 47-ci məhəllə ərazisində yerləşən binadan su sayğacını oğurlamışdır; Bundan başqa 25.01.2021-ci il tarixdə 26.01.2021-ci il tarixədək Sumqayıt şəhəri, 47-ci məhəllə ərazisində tanışı Anar adlı şəxslə binadan su sayğacını oğurlamışdır; Bundan başqa 21.01.2021-ci il tarixdə ünvan 3 ünvanında X5 evinin su sayğacını oğurlamışdır; Bundan başqa 21.01.2021-ci il tarixdə Sumqayıt şəhəri, 17-ci mikrorayonda X16 mənzilinə quraşdırılmış su sayğacını oğurlamışdır; Bundan başqa 21.01.2021-ci il tarixdə saat təxminə 21:00 radələrində Əhmədova Hicran Elxan qızına məxsus su sayğacını blokdan oğurlamışdır; Bundan başqa 26.01.2021-ci il tarixdə Sumqayıt şəhəri, 18-ci mikrorayonda X7 mənzilinə quraşdırılmış su sayğacını oğurlamışdır; Bundan başqa 19.01.2021-ci il tarixdən 20.01.2021-ci il tarixə keçən gecə 18-ci mikrorayon, ev 25B, mənzil 34-də yaşayan X1 sayğacını blokdan oğurlamışdır; Bundan başqa 22.01.2021-ci il tarixdə saat təxminən 22 radələrində X2 məxsus mənzilin su sayğacını oğurlamışdır; Bundan başqa 18.01.2021-ci il tarixdə saat 23:00 radələrində Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində X12 məxsus olan su sayğacını oğurlamışdır; Bundan başqa 15.01.2021-ci il tarixdə saatb 16:10 radələrində Sumqayıt şəhəri, 34cü məhəllə, ev 15/16, mənzil 8-də yaşayan X8 məxsus olan su sayğacını oğurlamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 28 yanvar 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 28.01.2021-ci il tarixli MN seriyalı ******* №li, 28.01.2021-ci il tarixli MN seriyalı ******* №li, 28.01.2021-ci il tarixli MN seriyalı ******* №li, 27.01.2021-ci il tarixli MN seriyalı ******* №li, 28.01.2021-ci il tarixli MN seriyalı ******* №li, 28.01.2021-ci il tarixli MN seriyalı ******* №li, 28.01.2021-ci il tarixli MN seriyalı ******* №li, 28.01.2021-ci il tarixli MN seriyalı ******* №li, 28.01.2021-ci il tarixli MN seriyalı ******* №li, 27.01.2021-ci il tarixli MN seriyalı ******* №li və 27.01.2021-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-342/2021, 3(060)-343/2021, 3(060)-344/2021, 3(060)-345/2021, 3(060)-346/2021, 3(060)-347/2021, 3(060)-348/2021, 3(060)-349/2021, 3(060)-350/2021, 3(060)-364/2021 və 3(060)-365/2021 №li işlər bir icraatda 3(060)-365/2021 nömrə ilə birləşdirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(060)-342/2021, 3(060)-343/2021, 3(060)-344/2021, 3(060)- 345/2021, 3(060)-346/2021, 3(060)-347/2021, 3(060)-348/2021, 3(060)-349/2021, 3(060)- 350/2021, 3(060)-364/2021 və 3(060)-365/2021 №li işlər bir icraatda 3(060)-365/2021 nömrə ilə birləşdirilsin. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-343/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-343/2021
28.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver