Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-344/2024 15.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Vəkil2 İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1989-cu ildə Ağdam ray., doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ağdam ray., ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2vanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 3(060)-2968/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək, 550 (beş yüz əlli) manat məbləğində cərimə edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 3(060)-2968/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından narazı qalan icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, Sumqayıt şəhər Məhkəməsinin 3(060)-2968/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini, Şəxs barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(105)-29/2024 saylı qərarı ilə Şəxs İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Sumqayıt şəhər Məhkəməsinin 3(060)-2968/2023 saylı, xx.xx.2023cü il tarixli qərarının ləğv edilməsi, Şəxs barəsində olan inzibati xəta haqqında işin yenidən baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi xx.xx.2024-cü il tarixli, 3(105)-29/2024 saylı qərarında qeyd etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsi Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinin tələblərini pozaraq işin hallarını hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaq üçün lazımi tədbirlər görmədiyindən, hazırki inzibati xəta haqqında iş üzrə qərarı işin hallarının tam və hərtərəfli şəkildə araşdırılmaması ilə bağlı əsaslı və qanuni hesab edilə bilməz. Belə ki, məhkəmə tərəfindən Ağdam Rayon Məhkəməsinin 2(013)- 528/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin Şəxs tərəfindən 1 il 09 ay müddət keçsə də indiyədək icra olunmaması, icra sənədində və inzibati xəta haqqında protokolda qeyd olan qalıq 3058 manat məbləğində pulun tələbkara ödənilməməsinin, o cümlədən borclunun hazırda təqaüd alması və tələbin həmin təqaüdə yönəldilib-yönəldilməməsi səbəbləri araşdırılmamışdır. Protokolu tərtib etmiş icra məmuru Mirelnur Musəvi izahatında bildirdi ki, Ağdam rayon Məhkəməsinin 2(013)- 528/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 3658 manat məbləğində borc pul tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi ilə əlaqədar olaraq borclu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə dəvət olunmuş, izahatı alınmış və icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. İlk dəfə olaraq borclu Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3182/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İXM-nin 528.1ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat inzibati cərimə olunmuş, sonradan o, həmin məhkəmənin 3(060)- 1871/2023 saylı, xx.xx.2023-cü il tarixli qərari ilə yenidən İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat inzibati qaydada cərimə olunmuşdur. Əvvəllər borclunun iş yeri olduğu üçün tələb onun əmək haqqına yönəldilmiş, 600 manat pul tutulmuşdur. Hazırda borcunun icra sənədi üzrə ödənilməmiş 3058 manat borcu qalmış, 500 (beş yüz) manat inzibati cəriməni ödəməmişdir. X4 iştirakçısı olduğu üçün səksən manat pensiya alır. Borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Hazırda məhkəmə istintaqı dövründə tələbkar ilə borclu razılığa gəlmiş, aralarında olan razılığa əsasən borclu qalıq borcdan 15 mart 2023-cü il tarixədək 1000 manat ödəniş edəcəyinə söz vermiş, tələbkar bu təkliflə razılaşmışdır. Qeyd olunanlara əsasən tələbkarın mövqeyini nəzərə alaraq qanunamüvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib edilmiş protokol üzrə özünü təqsirli bilərək izahatında göstərdi ki, Ağdam rayon Məhkəməsinin sözügedən icra vərəqəsinə əsasən onun Zərərçəkmiş şəxs 3658 manat manat borcu vardır. Qeyd edir ki, o, Vətən Müharibəsi iştirakçısı və veteranıdır, bununla bağlı aylıq olaraq 80 (səksən) manat təqaüd alır. Əvvəllər əmək haqqı aldığı üçün ümumilikdə 600 manat pul əmək haqqısından tutularaq tələbkara ödəniş edilmişdir. Hazırda tələbkarla ödənişlərlə bağlı razılığa gəlmişdir. Belə ki, o, 15 mart 2024-cü il tarixədək qalıq borcdan 1000 manat ödəniş edəcəyinə söz verir. Hazırda tələbkarın ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanlara əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Şəxs məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, hazırda tələbkarla ödənişlərlə bağlı razılığa gəlmiş, belə ki, o, 15 mart 2023-cü il tarixədək qalıq borcundan 1000 manat pulu tələbkara ödəcəyinə söz verir. Hazırda tələbkarın ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Ağdam rayon Məhkəməsinin sözügedən icra sənədinə əsasən Şəxs 3658 manat məbləğində borc pul alınaraq ona verilməsi qət edilmiş, borclunun hazırda ona 3058 manat borcu qalmışdır. Məhkəmə istintaqı dövründə borclu ilə aralarında razılıq əldə edilmişdir. Belə ki, borclu Şəxs 15 mart 2023-cü il tarixədək 1000 manat ödəniş edəcəyinə söz vermişdir. Qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, borclu ilə aralarında borcun ödənilməsi barədə razılıq əldə edilmişdır. Belə ki, borclu Şəxs 15 mart 2024-cü il tarixədək 1000 manat ödəniş edəcəyinə söz vermiş, özü də bu təkliflə razılaşmışdır. Qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3182/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat inzibati cərimə olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1871/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat inzibati cərimə olunmuşdur. İş materiallarında olan çıxarışdan görünür ki, Şəxs müharibə veteranıdır, “Füzulinin azad olunmasına” görə, “Xocavəndin azad olunmasına” görə və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs Vətən müharibəsi iştirakçısıdır, 80 manat sosial müavinət alır. İş materiallarına əlavə edilmiş, elektron icra informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. “İcra haqqında” Qanunun 43-cü maddəsində icra məmurları tərəfindən görülə bilən məcburi icra tədbirləri kimi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər nəzərdə tutulmuşdur. İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra sənədi üzrə tələbkarın izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmamışdır. sonuncunun hərəkətlərində inzibati xəta tərkibi yoxdur və barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Ağdam Rayon Məhkəməsinin müvafiq icra sənədinə əsasən Şəxs 3658 manat məbləğində borc qalmış, qalıq borc ödənilməmişdir. Buna görə də, icra məmuru tərəfindən qalıq borcun ödənilməməsini inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi qənaətinə gəlmiş və İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İXM-nin 528.1-1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Maddənin “Qeyd” hissəsində bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunduğu göstərilmişdir. “İcra haqqında” Qanunun 23-cü maddəsində - tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılması əsaslarından biri kimi tələbkarın bu barədə müvafiq ərizəsinin olması təsbit edilmişdir. Qeyd olunan normanın məzmunundan göründüyü kimi, tələbkar hətta icra edilməyən icra sənədinin məhkəməyə geri qaytarılması barədə ərizə yazmaqla həmin icra sənədini məhkəməyə və digər orqana geri qaytarılması barədə müraciət edə bilər. Bu tələbkarın qanunla təsbit edilmiş hüququdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən bir il ərzində təkrar icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Lakin tərtib olunmuş inzibati xəta haqqında protokolda icra sənədinin borclu tərəfindən məhz hansı üzrsüz səbəbdən yerinə yetirilməməsi öz əksini tapmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə verdiyi izahatında tələbkarla razılığa gəldiklərini, 15 mart 2023-cü il tarixədək 1000 manat ödəniş edəcəyinə söz vermiş, öhdəsinə götürmüşdür. Lakin icra məmuru tərəfindən tələbkarın borclu ilə qətnamə üzrə borcun hissə-hissə ödənilməsi barədə razılığa gəlmək niyyətinin olması hissəsində hər hansı araşdırma aparılmadan, bu suallara aydınlıq gətirmədən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdır. Lakin məhkəmə baxışı zamanı Şəxs öz izahatında borcun hissə-hissə ödənilməsi barədə özünün tələbkar ilə razılığa gəldiyini, bu səbəbdən inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bu faktı icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs öz izahatında və məhkəməyə təqdim etdiyi ərizəsində təsdiq etmişdir. Qeyd olunanlardan göründüyü kimi, hazırda Şəxs hərəkətlərində İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil2 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 04 (dörd) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Vəkil2 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-344/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-344/2024
15.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver